MARAQ İFADƏLƏRİNİN BİLDİRİLMƏSİ ÜÇÜN DƏVƏT

 

 

AZƏRBAYCAN RESPUBLİKASI İSVEÇRƏNİN İQTİSADİ MƏSƏLƏLƏR ÜZRƏ DÖVLƏT KATİBLİYİ (SECO) MALİYYƏ SEKTORUNUN MODERNLƏŞDİRİLMƏSİ LAYİHƏSİ Qrant: No. TF011975

Tapşırığın adı: “Azərpoçt” MMC-nin yeni imicinin formalaşdırılması kompaniyasının keçirilməsi istinad nömrəsi (satınalma planına uyğun olaraq) : Azerpost/CS-2/13

Azərbaycan Respublikası “maliyyə sektorunun modernləşdirilməsi” (MSM) layihəsi çərçivəsində xərclərin qarşılanması məqsədilə Dünya Bankından maliyyə vəsaiti almış və bu vəsaitin bir hissəsini məsləhət xidmətlərinə sərf etmək niyyətindədir. Bu layihə üçün maliyyələşmə SECO təşkilatı tərəfindən təmin olunmuşdur.

Bu məsləhət xidmətlərinə (xidmətlər) yeni maliyyə məhsullarının hazırlanması üçün tələbatın qiymətləndirilməsi də daxil olmaqla, marketinq strategiyasının hazırlanması vasitəsilə “Azərpoçt” MMC-nin yeni imicinin formalaşdırılması sahəsində texniki yardımın göstərilməsi daxildir.

Bu texniki yardım layihəsinin əsas məqsədi “Azərpoçt”un marketinq və satış strategiyasının tərkib hissəsi kimi onun brend strategiyasının yenidən müəyyənləşdirilməsində köməyin göstərilməsidir. Bununla əlaqədar olaraq işin əsas hissəsi:

a)bazar araşdırması, marketinq strategiyası, bazar planlaşdırması, kommunikasiya planlaşdırması və media planlaşdırması sahəsində “Azərpoçt”un potensialının daha da gücləndirilməsində ona istiqamətin verilməsi və dəstəyin göstərilməsi;

b)7 poçt şöbəsi olan pilot rayon üçün 3 aylıq rebrending kompaniyasının hazırlanması və həyata keçirilməsindən ibarətdir. Layihənin hədəflərinə və təqdim olunacaq sənədlərə aşağıdakılar daxildir:

-Brend təhlilinin aparılması və maliyyə xidmətlərinin göstərilməsində “Azərpoçt”un  hazırkı bazar mövqeyinin və bazar fəaliyyətinin qiymətləndirilməsində və “Azərpoçt”un aktivləri və resurslarından səmərəli istifadənin artırılması üçün məhsulların təkmilləşdirilməsində dəstəyin göstərilməsi;

-“Azərpoçt”un hazırkı marketinq planının nəzərdən keçirilməsi və satış və reklam üçün spesifik və ölçülə bilən hədəflər müəyyənləşdirməklə “Azərpoçt”un marketinqinin gücləndirilməsi məqsədilə yenilənmiş strategiyanın hazırlanmasında dəstəyin göstərilməsi;

-Brendin formalaşdırılması və bazar mövqeyinin müəyyənləşdirilməsi üçün təzə və ya yenilənmiş konsepsiya kommunikasiyanın səmərəli qiymətləndirilməsinə imkan verən və obyektiv şəkildə yoxlanıla bilən göstəricilərin də əks olunduğu inteqrasiya edilmiş kommunikasiya planının hazırlanmasında “Azərpoçt”a dəstəyin göstərilməsi;

-Kommunikasiya üçün təfərrüatlı media planının hazırlanması; 

-Şirvan pilot şəhərində kommunikasiya planı və media planlaşdırılmasının həyata keçirilməsi; “Azərpoçt” MMC məsləhət xidməti sahəsində təklif təqdim etmək hüququ olan məsləhətçi şirkətləri (məsləhətçilər)  yuxarıda qeyd olunmuş xidmətləri göstərmək üçün maraq ifadələrini bildirməyə dəvət edir. Maraqlı olan məsləhətçilər bu xidmətləri göstərmək üçün tələb olunan ixtisas göstəriciləri və müvafiq təcrübəyə malik olduqlarını əks etdirən məlumatı təqdim etməlidirlər.

Maraqlı  məsləhətçilər maraq münaqişəsi ilə əlaqədar Dünya Bankının siyasətini özündə əks etdirən Dünya Bankının “Dünya Bankının Borcalanları tərəfindən BYİB kreditləri və BİA kredit və qrantları çərçivəsində məsləhətçilərin seçilməsi və fəaliyyəti təlimatı”nın (yanvar, 2011-ci il) 1.9 paraqrafına diqqət yetirməlidirlər. 

Məsləhətçilər özlərinin ixtisas göstəricilərini artırmaq məqsədilə digər şirkətlərlə birgə müəssisə və ya sub-məsləhətçi formasında əməkdaşlıq edə bilərlər.

Məsləhətçi Dünya Bankının məsləhətçi təlimatında göstərilmiş təsbit olunmuş büdcə əsasında seçim metoduna uyğun olaraq seçiləcəkdir. Əlavə məlumat almaq üçün həftənin iş günləri saat 9:00-dan 18:00-dək aşağıda qeyd edilən ünvana müraciət edilə bilər.

Maraq ifadələri yazılı şəkildə (şəxsən, poçtla, faksla və ya e-poçt vasitəsilə) 11 mart 2013-cü il tarixədək aşağıda qeyd edilən ünvana təqdim edilməlidir.

“Azərpoçt” MMC Nazim Süleymanov: baş direktor müavini Azerbaijan, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 36, AZ1000

Tel:  +99412 4935600 (dax. 160)

Fax: +99412 4931490

E-mail: [email protected],

[email protected]

Web site: www.azerpost.az 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında