MARAQ İFADƏLƏRİNİN TƏQDİMATINA DƏVƏT Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi Kredit №7435 - AZ
DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ “Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında rəqəmsal kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi” layihəsində məhsulların keyfiyyətinə nəzarət və qəbulu ilə bağlı xidmətlərin göstərilməsi sahəsində şirkət seçimi
İstinad No.: RERP/PP#45c-A4C3/CS/CQS
Azərbaycan Respublikası Hökuməti Dünya Bankından Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin maliyyələşdirilməsi məqsədilə kredit almışdır və onun müəyyən bir hissəsini keyfiyyətə nəzarət üzrə məsləhətçi xidmətləri üçün istifadə etmək niyyətindədir.
Məsləhətçi xidmətlərinə (xidmətlər) daxildir: müqavilənin imzalandığı şirkət tərəfindən Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin A4C3 subkomponenti (daşınmaz əmlakın rəqəmli kadastr xəritələrinin yaradılması və torpaq kadastr məlumatlarının hazırlanması) çərçivəsində “Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında rəqəmsal kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi” layihəsində məhsulların keyfiyyətinə nəzarət və qəbulu ilə bağlı xidmətlərin göstərilməsi daxildir. Qeyd olunan xidmətlərin göstərilməsi məqsədilə təcrübəli beynəlxalq şirkətin iki fərdi eksperti cəlb ediləcəkdir. Ekspertlərdən biri kadastr ölçmələri üzrə keyfiyyətə nəzarət, ikincisi isə GİS və məlumat bazası üzrə keyfiyyətə nəzarət işlərini aparmalıdır. Podratçı şirkət tərəfindən həyata keçiriləcək işlər aşağıdakı həcmləri əhatə edir: 1) Kadastr ölçmə işləri üzrə- 1 adam 5 ay; 2) GİS və Məlumat Bazası üzrə - 1 adam 4 ay. Ekspertlər iş həcmlərini eyni zamanda yerinə yetirəcəklər.
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin Layihə İdarəetmə Qrupu müvafiq məsləhət şirkətlərini (məsləhətçilər) Xidmətlərin təmin edilməsində öz maraqlarını ifadə etməyə dəvət edir. Maraqlanan Məsləhətçilər Xidmətləri icra etmək üçün tələb olunan ixtisas və müvafiq təcrübəyə malik olduqlarını göstərən məlumatları təqdim etməlidirlər. Daşınmaz əmlaklar haqqında rəqəmsal kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi üzrə məsləhətçi şirkət üçün müsabiqə şərtləri aşağıdakılardır: keyfiyyətə nəzarət üzrə ekspert:
-kadastr ölçmə işləri üzrə ekspert kimi beş il təcrübəyə malik olan;
-texniki əməkdaşlıq üzrə kadastr layihələrində beş illik təcrübəsi olan;
- müvafiq sertifikatları olan, kadastr ölçmələri üzrə ən azı beş illik iş təcrübəsinə malik olan;
- daşınmaz əmlak obyektləri üzrə kadastr işinin həyata keçirilməsi və sistemli yanaşma tətbiq etməklə kadastr ölçmə işlərindən istifadə edərək kadastr məlumatlarının tərtibi üzrə ən azı beş illik iş təcrübəsi;
- fotoqrammetriya üsulu ilə vektorlaşdırılmış məlumatların keyfiyyətinə fotoqrametriya avadanlıqlarında nəzarət işləri üzrə təcrübəsi olan,
-müasir geodeziya vasitələrindən (elektron taxometr və GPS) istifadə qaydalarına dair biliklərə malik olmaq;
- sistemli kadastr inventarlaşdırılması üzrə texniki yardım sahəsində ən azı iki oxşar beynəlxalq layihə ilə bağlı keyfiyyət təminatı komponentlərinin uğurlu icrası;
- rəqəmsal məkan məlumatlarının çatdırılması üçün məlumat bazası və strategiya ilə bağlı rəqəmsal məlumatların idarə edilməsi üzrə təcrübə;
GİS üzrə ekspert üçün:
- müvafiq sertifikatları olan, coğrafi informasiya sistemi üzrə ekspert kimi ən azı beş illik professional iş təcrübəsinə malik olması;
- coğrafi informasiya sistemi layihələrində ən azı beş illik iş təcrübəsi;
- daşınmaz əmlak obyektlərinin qeydiyyatı üçün məlumatların hazırlanması üzrə ən azı beş illik iş təcrübəsinin olması;
- keyfiyyətə nəzarət sahəsində ən azı iki oxşar beynəlxalq layihə ilə bağlı keyfiyyət təminatı komponentlərinin uğurlu icrası;
- rəqəmsal məkan məlumatlarının çatdırılması üçün məlumat bazası və strategiya ilə bağlı rəqəmsal məlumatların idarə edilməsi üzrə təcrübə;
- İNTERLİS məlumat modellərinə uyğun olaraq formatlaşdırılmış məlumatların keyfiyyətinə nəzarət üzrə bilik.
Maraqlanan məsləhətçilər BYİB və BİA kreditləri üzrə Dünya Bankının Borcalanları tərəfindən məsləhətçilərin seçilməsi və işlə təmin edilməsi" üzrə təlimatında (may 2004) (məsləhətçilərlə bağlı təlimat) Dünya Bankının maraqların ziddiyyəti ilə bağlı siyasətindən bəhs edən 1.9-cu paraqrafını nəzərə almalıdırlar.
Məsləhətçilər öz ixtisaslarını artırmaq üçün müştərək müəssisə və ya alt məsləhətçi şirkəti formasında digər şirkətlərlə birləşə bilərlər.
Məsləhətçi, məsləhətçilərlə bağlı təlimatda müəyyən edilmiş məsləhətçinin ixtisasına əsaslanan Seçim (CQS) metoduna müvafiq olaraq seçiləcək.
Maraqlanan şirkətlər aşağıda göstərilən ünvandan həftənin bazar ertəsi-cümə günləri saat 9:00-dan 18:00-dək daha ətraflı məlumat əldə edə bilərlər.
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi, Layihə İdarəetmə Qrupu, Günel Səfərəliyeva, satınalmalar üzrə mütəxəssis, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin binası, Hüseyn Cavid prospekti 31A, 6-cı mərtəbə, otaq 612, AZ1073, Bakı, Azərbaycan.
Email: [email protected];
[email protected]
Tel.: (+994 12) 510 91 45 (daxili: 7227).
Maraq ifadələri 11 mart 2013-cü il tarixə kimi yazılı şəkildə aşağıdakı ünvana ya şəxsən, ya da elektron formada təqdim edilməlidir.
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi
Layihə İdarəetmə Qrupu
Şahin Pənahov, layihə meneceri
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,
Hüseyn Cavid prospekti 31 A, 6-cı mərtəbə, otaq 612,
AZ1073, Bakı, Azərbaycan.
Email: [email protected]
Tel.: (+994 12) 510 91 45 (dax. 7210)
Faks: (+994 12) 510 91 47
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.