Şriftin ölçüsü:
06.07.2010 08:33 | Oxunma sayı: 3195
Mikrolayihələrin qiymətləndirilməsi üzrə menecer (MQM)
İşin təsviri:
MQM icma mikrolayihələrinin qiymətləndirilməsinə cavabdehdir və əməliyyat üzrə rəhbərliyin prosedurlarına müvafiq olaraq MKSİF-in direktoruna hesabat verir.
Əsas vəzifələr:
-Əməliyyat üzrə rəhbərlikdə təsvir edilmiş qiymətləndirmə prosedurlarına riayət etmək;
-Ən azı bir dəfə hər bir infrastruktur mikrolayihə obyektində olmaq;
-Məcburi köçkün icmaları tərəfindən təqdim olunmuş mikrolayihələrin ilkin qiymətləndirilməsində təbliğat və ictimai əlaqələr üzrə menecerlə və məsləhətçilərlə sıx əlaqədə işləmək;
-Mikrolayihələrin dəqiq qiymətləndirilməsi üçün məsləhətçiləri müəyyən etmək;
-Mikrolayihələrin dəqiq qiymətləndirilməsini həyata keçirən məsləhətçilərdən alınan layihə materiallarını qəbul etmək;
-Mikrolayihələrin ətraf mühitlə bağlı aspektlərinin qiymətləndirilməsi;
-Əldə olunan qiymətləndirmə materiallarını idarəetmə informasiya sisteminə daxil etmək;
-Mikrolayihələrin qiymətləndirilməsi üzrə tam paketin hazırlanması və təsdiq üçün MKSİF-in İcraiyyə Komitəsinə təqdim olunması;
Tələb olunan ixtisas dərəcəsi:
-İnşaat və mühəndislik sahəsində ali təhsil;
-Tikinti, layihələndirmə və xüsusilə texniki-iqtisadi əsaslandırma sahəsində ən azı 5 il iş təcrübəsi;
-Mikrolayihələrin qiymətləndirilməsi üzrə menecerin icmaları cəlbetmə metodikaları ilə iş təcrübəsinin olması arzu edilir.
İşin şərtləri:
Mikrolayihələrin qiymətləndirilməsi üzrə menecer tez-tez işlə əlaqədar ezamiyyətlər etməyə hazır olmalıdır.
Müqavilənin şərtləri:
Müqavilə 6 ay müddətinə bağlanır və işdəki müvəffəqiyyətindən asılı olaraq müqavilənin müddəti uzadıla bilər.
Mikrolayihələrin həyata keçirilməsinə nəzarət üzrə menecer (MHKNM)
İşin təsviri:
MHKNM icma mikrolayihələrin həyata keçirilməsinə nəzarət və müşahidə etmək məqsədilə təyin olunur. Menecer müqavilə həcminin və dəyərinin dəyişilməsinə nəzarət edilməsinə və başa çatmış işlərin qəbuluna cavabdehdir. Bu proses təbliğat işləri və mikrolayihələrin qiymətləndirilməsi üzrə menecerlərin fəaliyyətinin davamıdır. Mikrolayihələrin həyata keçirilməsinə nəzarət üzrə menecer Bakı və Sumqayıt şəhərləri, Abşeron, Quba, Qusar, Şabran, Dəvəçi, Siyəzən və Xızı rayonları istisna olmaqla Azərbaycanın qalan digər ərazilərində icra olunan icma mikrolayihələrinə nəzarət edəcəkdir. MHKNM MKSİF-in əməliyyat üzrə rəhbərliyində göstərilən qaydalara riayət etməlidir. Mikrolayihələrin həyata keçirilməsi üzrə əməliyyat prosedurları MKSİF-in əməliyyat üzrə rəhbərliyində ətraflı təsvir edilmişdir.
Əsas vəzifələr:
- İcma mikrolayihələrinin həyata keçirilməsi üçün podratçı təşkilatların seçilməsi prosesində iştirak etmək və satınalmalar üzrə menecerə kömək göstərmək;
-Hər bir mikrolayihəyə gündəlik nəzarəti təmin etmək üçün yerli texniki nəzarətçi təyin etmək və onların işini tənzimləmək;
-Mikrolayihələrə nəzarətin gücləndirilməsi məqsədilə regional texniki nəzarətçiləri təyin etmək və onların işini tənzimləmək;
-Yerli və regional texniki nəzarətçilər üçün standart texniki tapşırıqlar hazırlamaq;
-Yerli və regional texniki nəzarətçilərin siyahısını hazırlamaq və onları təlim etmək;
-Öz cari fəaliyyətini MKSİF-in qiymətləndirmə meneceri ilə uzlaşdırmaq;
-Hər bir mikrolayihə obyektinə ən azı ayda bir dəfə, o cümlədən işin əvvəlində və sonunda səfər etmək;
-Görülmüş işlər üzrə podratçılar tərəfindən təqdim edilən ödənişləri təqdir etmək;
-Yerli və regional texniki nəzarətçilərin hesabatlarını qəbul etmək və yoxlamaq;
-İcma mikrolayihə komitələri ilə sıx əlaqədə işləmək;
-Əldə olunan müşahidə materiallarını idarəetmə məlumat sisteminə daxil etmək;
-Kontraktların sonunda, tərkibində mikrolayihə komitələrinin, podratçı təşkilatların, müxtəlif istismar idarələrinin nümayəndələri olan komissiyada iştirak edərək təhvil-təslim işlərinin aparılmasını təşkil etmək;
-Mikrolayihə obyektlərinə təyin edilmiş zəmanət müddəti ərzində mütəmadi olaraq müşahidə etmək və lazım gələrsə müvafiq tədbirlər görmək;
-MHKNM aylıq, rüblük və tələb olunan digər hallarda hesabat verəcəkdir.
Tələb olunan ixtisas dərəcəsi:
-Mühəndislik sahəsində ali təhsil;
-İnşaat və texniki-iqtisadi əsaslandırma sahəsində ən azı 5 il iş təcrübəsi;
-Azərbaycan və rus dillərini sərbəst bilmək;
-Kompyuter biliyinə malik olmaq vacibdir.
İşin şərtləri:
MHKNM tez-tez işlə əlaqədar ezamiyyətlər etməyə hazır olmalıdır.
Müqavilənin şərtləri:
Müqavilə 6 ay müddətinə bağlanır və işdəki müvəffəqiyyətindən asılı olaraq müqavilənin müddəti uzadıla bilər.
Namizədlər öz tərcümeyi-hallarını (CV) və diplomların surətlərini 19 iyul 2010-cu il, saat 18.00-dək aşağıdakı ünvana təqdim etməlidirlər:
Azərbaycan Respublikası, Bakı şəhəri,
Tbilisi prospekti, 57.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu
Tel: (99412) 431 8703, 431 8769
Faks: (99412) 431 8703, 431 8769
Elektron poçtu: [email protected]
Əlaqələndirici şəxs: Sabir Əhmədov, MKSİF-in satınalmalar üzrə meneceri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.