“Norm” MMC

 

“Norm” MMC Bakı şəhərinin Qaradağ rayonu ərazisində, Səngəçal Neft Terminalından 2,6 km şimalda, istehsal gücü gündə 5,000 ton klinker, ildə 2 milyon ton sement təşkil edən “Qızıldaş Sement” zavodunun inşasını həyata keçirir.

Şirkət işçilərinin zavod ərazisinə çatdırılması və iş gününün sonunda geri qayıtmasının təmin edilməsi üçün sərnişindaşıma xidmətlərinin həyata keçirilməsi məqsədilə “Norm” MMC tender elan edir və bu sahə üzrə ixtisaslaşmış,

lisenziyalı şirkətləri tenderdə iştirak etməyə dəvət edir.

Sərnişindaşıma xidmətlərinin aşağıdakı marşrutlar üzrə həyata keçirilməsi nəzərdə tutulur:

-“Bridge Plaza” - Bakıxanov küçəsi - Hüseyn Cavid prospekti - Fövqəladə Hallar Nazirliyi - maşın bazarı - Bakı-Qazax yolu - zavod ərazisi. Sərnişinlərin sayı: 20 nəfər.

-Ümüd qəsəbəsi - Səngəçal qəsəbəsi - Sahil qəsəbəsi - zavod ərazisi. Sərnişinlərin sayı: 17 nəfər.

-Bakı DYPİ - Lökbatan qəsəbəsi - Buta qəsəbəsi - Qızıldaş qəsəbəsi - zavod ərazisi. Sərnişinlərin sayı: 11 nəfər.

-Metronun “Koroğlu” stansiyası - Heydər Əliyev prospekti - Azneft dairəsi - Şıx yolu - Bakı-Qazax yolu - zavod ərazisi.

Sərnişinlərin sayı: 13 nəfər.

Qeydlər: 1. Bütün marşrutlar üzrə yola düşmə vaxtı saat 8.00, geri qayıtma vaxtı saat 18.00-dır.

2. Aprel ayından etibarən yeni marşrutların açılması və sərnişinlərin ümumi sayının 230 nəfərədək artırılması planlaşdırılır.

Sərnişindaşımada istifadə ediləcək avtobuslarla bağlı irəli sürülən minimum tələblər:

-Buraxılış ili 2008-ci ildən gec olmamalı;

-təhlükəsizlik sisteminə aid olan bütün ləvazimatlarla, o cümlədən təhlükəsizlik kəmərləri, yanğınsöndürən, üçbucaq, ilk tibbi yardım çantası ilə təmin olunmalı;

-bütün zəruri avadanlıqlarla, o cümlədən açarlar, qaldırıcı, tros və nasosla təmin olunmalı;

-havalandırma - kondisioner və isitmə sistemi normal işləməli;

-şinləri mövsümə uyğun dəyişdirilməli;

-oturacaqların üz örtükləri təzə və təmiz olmalı;

-məlumat-qeydiyyat sistemi ilə təmin edilməli;

-xarici və daxili işıqlandırma sistemi saz vəziyyətdə olmalıdır.

Tenderdə iştirak etmək niyyətində olan şirkətlər aşağıdakı sənədləri 20.02.2013-cü il, saat 18.00-dək təqdim etməlidirlər:

-Yazılı müraciət;

-sərnişin daşınması üzrə son beş il ərzində, həcmi 50 sərnişin/gündən az olmamaq şərtilə görülmüş işlər barədə məlumat, o cümlədən sifarişçi rəyləri;

-avtobusların siyahısı və sərnişin tutumları haqqında məlumat;

-şirkətin qeydiyyata alınması haqqında sənədin surəti;

-təşkilati struktur, işçi heyətinin tərkibi, diplom və ya sertifikatların surəti;

-bu cür işlərin yerinə yetirilməsi üçün səlahiyyətli qurum tərəfindən verilmiş lisenziyaların surəti;

-təhlükəsizlik üzrə şirkətin sənədləri (şirkət siyasəti və prosedurları).

İddiaçılar “Norm” şirkətinin aşağıdakı ünvanda yerləşən ofisindən əlavə məlumat ala, tender sənədlərini nəzərdən keçirə və əldə edə bilərlər:

“Norm” MMC

Əlaqələndirici şəxs: Rüfət Məlikov (077 2771407)

Ünvan:   AZ1065, Azərbaycan, Bakı şəhəri,

Bakıxanov küçəsi 6, Bridge Plaza, 7-ci mərtəbə

Telefon/Faks No: (+99412) 404 54 00/10

E-mail ünvanı:

[email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında