Azərbaycan Respublikası Mərkəzi Bankı

 

Azərbaycan Respublikası Mərkəzi Bankı aylıq statistik bülletenlərinin, maliyyə sabitliyi və pul siyasəti icmallarının elektron formatda dizayn edilməsi, habelə illik hesabatının elektron dizaynı ilə yanaşı çap edilməsi üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq

AÇIQ  TENDER  KEÇİRİR

Tender proseduru 3 aprel 2013-cü il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.    

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

-tenderdə iştirak üçün ərizə;

-iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;

-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

-Azərbaycan dilində iki nüsxə (əsli və surəti) tender təklifi  (2013-cü il mayın 16-dək qüvvədə olmalıdır);

-tender təklifinin qiymətinin 2 (iki)%-i məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada 2013-cü il iyulun 1-dək qüvvədə olması şərti ilə);

-son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; 

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

-iddiaçı tərəfindən maliyyə-iqtisadi mövzu üzrə (mətn, diaqram və cədvəllər) son 3 il ərzində hazırlanmış nəşr (elektron və çap formasında) nümunələri;

-mətnlərin yüksək keyfiyyətlə tərcümə və redaktə edilməsi üçün maliyyə-iqtisadi sahədə peşəkar işçi heyəti və ya onların cəlb edilməsi imkanları haqqında ətraflı məlumat;

-tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumatlar.

Tenderdə iştirak edən iddiaçılar aşağıdakı tələblərə cavab verməlidirlər:

-maliyyə-iqtisadi mövzu üzrə hesabatların nəşr edilməsi üçün minimum 3 il iş təcrübəsinə malik olmaq;

-mətnlərin yüksək keyfiyyətlə tərcümə və redaktə edilməsi üçün maliyyə-iqtisadi sahədə mütəxəssislərə, dizayn işi üzrə peşəkar işçi heyətinə və ya onları cəlb etmək imkanına malik olmaq. 

1.İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 2 aprel 2013-cü il saat 18.00-a  qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri və məlumatları isə ən geci 18 mart 2013-cü il, saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

İştirak haqqı 100 (yüz) manatdır. Tenderdə iştirak haqqı Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına köçürülməlidir:

Müxbir hesabı: AZ74NABZ01451700000000001944

Hesablaşma hesabı: AZ25NABZ01701190000000001944 kod:501004

VÖEN: 9900071001

Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamenti.

Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilən hesaba ödəyə bilərlər:

Correspondent Bank: FRNYUS33, Federal Reserve Bank of New York, corr. account number: 021088221 AZER, account № 0170690001944.

İşlərin görülməsinə başlanma vaxtı: satınalma müqaviləsi imzalandıqdan sonra.

Xidmətin göstərilmə müddəti: 12 ay.

Qiymətləndirmə meyarları: maliyyə amili, iş təcrübəsi, texniki amillər: nəşr məhsullarının keyfiyyəti (texniki xarakteristikası), təqdim olunan nümunələrin keyfiyyəti və  ödəniş şərtləri.

Tenderdə iştirak etmək istəyənlər iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.

 Əlaqələndirici şəxs:  Namiq Nağdəliyev (pul siyasəti departamentinin əməkdaşı).

Telefon: 493-11-22 (375). 

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında