Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti
2013-cü ildə epizootiya əleyhinə tədbirlərin aparılması üçün bioloji preparat, diaqnostikum, alət, dezinfeksiyaedici maddələr və laboratoriya cihaz və avadanlıqlarının satınalınması məqsədilə
AÇIQ TENDER ELAN EDİR
Tender 3 (üç) lot üzrə keçirilir:
I Lot : Bioloji preparatların satınalınması.
II Lot : Diaqnostikum, alət və dezinfeksiyaedici maddələrin satınalınması.
III Lot : Laboratoriya cihaz və avadanlıqların satınalınması.
Tender proseduru 6 mart 2013-cü il saat 15-00-da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin akt zalında keçiriləcəkdir (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, məhəllə 3123).
Bioloji preparatlar, diaqnostikumlar, alətlər və laboratoriya cihaz və avadanlıqlarının satınalınması büdcə vəsaitləri hesabına maliyyələşdirilir. Tenderin qalibi olmuş iddiaçı tərəfindən tələb olunan mallar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dövlət Baytarlıq Təchizatı Birliyinə 2013-cü il dekabrın31-nə kimi təhvil verilməlidir.
Tenderdə iştirak etmək istəyənlər, tenderin əsas şərtlər toplusunu Dövlət Baytarlıq Xidmətinin hesabına: VÖEN: 1500504901, “Kapital Bank”ın Rabitə filialı, Kod: 200189, VÖEN (bank): 9900003611, M/H: 0137010001944, SWİFT BİK: AIIBAZ2X, DXA-nın 7 saylı Xəzinədarlıq idarəsi, H/H 32051019441801748118, VÖEN: 1501412631. I lot üçün 1700.00 manat, II lot üçün 500.00 manat III lot üçün isə 1300.00 manat və ya sərbəst dönərli valyuta ekvivalenti məbləğində iştirak haqqı ödədikdən sonra şərtlər toplusunu tender komissiyasının əlaqələndiricisi N.P.Abbasovdan ala bilərlər.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon 3123-cü məhəllə, Dövlət Baytarlıq Xidməti. Telefon: (+99412) 562-01-39;
Faks: (+ 99412) 562-66-06.
Tenderin əsas şərtlər toplusu Azərbaycan və rus dillərində hazırlanacaqdır.
Tender iştirakçıları öz tender təkliflərini tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq ikiqat bağlı zərfdə 5 mart 2013- cü il saat 17-00-a kimi tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır.
Tender təklifi və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə lotun nömrəsi, əsli, surəti və 6 mart 2013-cü il saat 15-00-a kimi açılmamalıdır sözləri qeyd olunmalıdır.
İddiaçı tender təklifinin 2 faizi həcmində, ən azı 60 bank günü qüvvədə qalan (zərflərin açıldığı tarixdən) səlahiyyətli bank tərəfindən verilmiş təminat təqdim etməlidir.
Tender təkliflərinin qiymətləndirilməsi zamanı ən sərfəli qiymətə, yüksək keyfiyyətə, müqavilənin vaxtında icra edilməsinə, iddiaçının potensial maliyyə və texniki imkanlarına, aidiyyəti işlər üzrə təcrübəsinin olmasına üstünlük veriləcəkdir.
İştirakçılar aşağıda qeyd olunmuş sənədləri 26 fevral 2013-cü il saat 17-00-a kimi tender keçirənə təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün ərizə;
-iddiaçının rekvizitləri (tam adı, hüquqi statusu, qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və lisenziyası);
-iddiaçının potensial imkanlarının olması, ixtisas göstəriciləri və əgər mümkündürsə, son 3 ildə aidiyyəti iş üzrə fəaliyyəti haqqında texniki - iqtisadi məlumatlar;
-iddiaçının son bir ildə maliyyə vəziyyəti barədə bank arayışı;
-iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub - olmaması haqqında müvafiq arayış;
-işin icrası ilə bağlı digər məlumatlar.
Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyən vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Telefonlar : (+99412) 562-01-39; 562-66-06;
www.tender.gov.az
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.