Azərbaycan Respublikası Mərkəzi Bankı

 

Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati işləri üçün mal, iş və xidmətlərin satınalınması ilə əlaqədar T E N D E R      E L A N I

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı aşağıdakı lotlar üzrə mal, iş və xidmətlərin satınalınması ilə əlaqədar açıq tender keçirir:

Lot -1: Mərkəzi Bankın inzibati (Bakı şəhəri, R.Behbudov küçəsi, 32)  və 2 nömrəli xəzinə (Bakı şəhəri, Ə.Əliyev küçəsi, 10) binalarında isitmə-soyutma və tozsoran sistemlərində müvafiq təmir-bərpa işlərinin aparılması, lazımı avadanlıqların alınması və quraşdırılması.

Lot -2: Mərkəzi Bankın inzibati və 2 nömrəli xəzinə binalarında təmir və rəngləmə işlərinin aparılması, divarların hidroizolyasiya olunması və kovralit örtüyünün dəyişdirilməsi.

Lot -3: Mərkəzi Bankın inzibati, 2 nömrəli xəzinə və Sumqayıt Ehtiyat Mərkəzi (Sumqayıt şəhəri, 40-cı məhəllə, C.Cabbarlı küçəsi,1) binalarında aşağı gərginlikli enerji təchizatı qurğularının yenilənməsi və müvafiq təmir işlərinin aparılması.

Lot -4: Mərkəzi Bankın inzibati binasında istismar olunan OTİS markalı sərnişin və yük liftlərinin təmiri.

Tender proseduru 29 mart 2013-cü il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün ərizə;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;

- Azərbaycan dilində iki nüsxə tender təklifi (tender təklifi 13 may 2013-cü il tarixədək qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada). Bank təminatı 27 iyun 2013-cü il tarixədək qüvvədə olmalıdır;

-  iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış.

-  iddiaçıların oxşar işlərdə son iki il ərzində təcrübəsinin olması, o cümlədən maddi-texniki bazası, insan resursları və əməkdaşlarının peşəkarlığı (təhsil, təcrübə və sertifikasiya) barədə məlumat.

4-cü lot üzrə iştirakçılar əlavə olaraq liftlərin quraşdırılması və təmiri ilə məşğul olmaq hüququ verən xüsusi razılığın (lisenziyanın) surətini təqdim etməlidirlər.

3. İddiaçılar hər bir lot üçün ayrı-ayrılıqda tender təklifini və tender təklifinin bank təminatını 28 mart 2013-cü il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 13 mart 2013-cü il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 32 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

4. İddiaçılar 1-ci, 3-cü və 4-cü lotlar üçün ayrı-ayrılıqda tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 100 (bir yüz) manat, 2-ci lot üçün 50 (əlli) manat məbləğində vəsait köçürməlidirlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı,

Kod: 501004

VÖEN: 9900071001

Hesab: AZ25NABZ01701190000000001944

Müxbir hesab: AZ74NABZ01451700000000001944

S.W.İ.F.T. BİK  NABZAZ2C

Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamenti.

5. Qiymətləndirmə meyarları: maliyyə amili; ə-ödəniş şərtləri; ə-iş təcrübəsi; malların keyfiyyəti (texniki xarakteristikası); zəmanət müddəti.

6. İşlərin göstərilməsinin tamamlanması vaxtı satınalma müqaviləsi imzalandığı gündən:

- 1-ci lot üçün 120 (bir yüz iyirmi) təqvim günü;

- 2-ci lot üçün 60 (altmış) təqvim günü;

- 3-cü və 4-cü lotlar üçün 90 (doxsan) təqvim günü müddətində.

7. Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. Tender üzrə əlaqələndirici şəxs: Adil Sadıqov (İnzibati departamentin əməkdaşı). Telefon: 493-11-22 ( 2-95).

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında