SATINALMALAR ÜZRƏ XÜSUSİ BİLDİRİŞ

 

 

AZƏRBAYCAN  “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” (MSTKXL)

Kredit No: 7460-AZ

Müqavilə:

DB/7460/LV/012/154 Hacıqabul Rayonu Ərazisində Yerləşən Kür Su Təmizləyici Qurğular Kompleksindən Sabirabad və Saatlı rayonları üçün magistral su xəttinin tikintisi.

Azərbaycan Respublikası hökuməti “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi”nin maliyyələşdirilməsi üçün kredit əldə etmək məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına (BYİB) müraciət etmiş və kredit vəsaitlərinin bir hissəsinin aşağıdakı işlərin həyata keçirilməsi üçün ayrılmasını nəzərdə tutur.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti aşağıdakı layihənin tikintisi və tamamlanması məqsədilə seçilmək hüququna malik iddiaçıları öz təkliflərini təqdim etməyə dəvət edir:

MST9-1-4: Hacıqabul Rayonu Ərazisində Yerləşən Kür Su Təmizləyici Qurğular Kompleksindən Sabirabad və Saatlı rayonları üçün magistral su xəttinin tikintisi bir mərhələli tender Dünya bankının BYİB və BİA (Beynəlxalq İnkişaf Assosiasiyası) kreditləri üzrə satınalma təlimatında (may 2004, oktyabr 2006 və may 2010-cu ildə düzəliş olunmuş) müəyyənləşdirilən beynəlxalq müsabiqəli tender prosedurlarına müvafiq həyata keçiriləcək və təlimatlarda müəyyən olunan bütün seçilmək hüququna malik iddiaçılar üçün açıqdır. Bu tender proseduru üçün layihələndirmə, təchizat və quraşdırmanın satınalınması üçün standart tender sənədləri (aprel 2008, avqust 2010-cu ildə düzəliş olunmuş) istifadə edilmişdir.

Maraqlanan iddiaçılar daha ətraflı məlumatı və tender sənədlərini aşağıdakı ünvandan əldə edib nəzərdən keçirə bilərlər:

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti,

Moskva Prospekti 67,

ZİP Kod: AZ1012 Bakı, Azərbaycan

Telefon: +99412 530 43 44

Elektron ünvan:

   [email protected]

Əlaqələndirici şəxs: cənab Madər Quliyev, tenderlərin təşkili və idarə olunması departamentinin rəisi.

Maraqlanan iddiaçılar ingilis dilində tender sənədlərinin tam dəstini (çap və elektron nüsxədə) yazılı formada ərizə təqdim etdikdən və geri qaytarılmayan 160 AZN (yüz altmış Azərbaycan manatı) və ya 200 (iki yüz) ABŞ dolları aşağıda göstərilən hesaba köçürdükdən sonra yuxarıda qeyd olunan ünvandan əldə edə bilərlər. Tələb olunduğu təqdirdə,  geri qaytarılmayan  200 AZN (iki yüz Azərbaycan manatı) və ya 250 (iki yüz əlli) ABŞ dolları eyni hesaba  köçürməklə kuryer vasitəsilə göndərilə bilər. “Azərsu” ASC sənədlərin tam dəstinin çatdırılması zamanı baş verə biləcək istənilən gecikmələrə görə məsuliyyət daşımır.

Çap olunmuş nüsxə və elektron nüsxə arasında uyğunsuzluq olarsa, çap olunmuş nüsxəyə üstünlük veriləcəkdir.

Elektron nüsxədən istifadə edərkən yarana biləcək istənilən texniki çətinliklə üzləşən zaman dərhal məlumat vermək xahiş olunur. Benefisiarın adı: “Azərsu” ASC   INTP:  9900003611

        Benefisiarın Bankı:   “Kapital Bank”ın 1 saylı Nəsimi filialı

        Yerli valyuta ilə hesab No:             AZ65AIIB33070019441100216111

        Xarici valyuta ilə hesab No:             AZ55AIIB33170018401100216111

        Kod:  200112

        SWİFT Kod:  AIIBAZ 2X

İddiaçılar üçün təlimatda və müqavilənin ümumi şərtlərində olan müddəalar Dünya Bankının Layihələndirmə, təchizat və quraşdırmanın satınalması üzrə standart tender sənədlərində əks olunan müddəalardır.

Tender təklifləri 550 000,00 (beş yüz əlli min) ABŞ dolları həcmində tender zəmanəti ilə birlikdə aşağıda qeyd olunan ünvana 19 mart 2013-cü il  saat 11:00-dan gec olmamaq şərtilə çatdırılmalıdır.

Təkliflər 19 mart 2013-cü il saat 11:00-da iştirak etmək istəyən iddiaçıların nümayəndələrinin iştirakı ilə aşağıdakı ünvanda açılacaqdır:

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

Moskva prospekti, 67, AZ1012

Konfrans zalı, 4-cü mərtəbə

Azərbaycan, Bakı, AZ1012


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında