“Norm” MMC-nin “Qızıldaş Sement” zavodunun xammal təchizatı

 

Bakı şəhərinin Qaradağ rayonu ərazisində, Səngəçal Neft Terminalından 2,6 kilometr şimalda “Norm” MMC-nin sifarişi ilə istehsal gücü gündə 5,000 ton klinker, ildə 2 milyon ton sement təşkil edən “Qızıldaş Sement” zavodu inşa edilir.

Zavodun xammalla təchiz edilməsi məqsədilə “Norm” MMC və bu sahə üzrə ixtisaslaşmış  lisenziyalı şirkətləri tenderdə iştirak etməyə dəvət edir.

Xammal təchizatı ilə əlaqədar aşağıdakı işlərin yerinə yetirilməsi nəzərdə tutulur:

- Əhəng daşı - süxurun partladılması, xammalın yük maşınlarına yüklənməsi və “Qızıldaş Sement” zavodunun ərazisinə daşınması. Yataq “Qızıldaş Sement” zavodundan 5 kilometr məsafədə yerləşir.

- Gil - xammalın qazma yolu ilə çıxarılması, yük maşınlarına yüklənməsi və “Qızıldaş Sement” zavodu ərazisinə daşınması. Yataqlar “Qızıldaş Sement” zavodundan 2 və 10 kilometr məsafədə yerləşir.

- Gips - xammalın qazma yolu ilə çıxarılması, yük maşınlarına yüklənməsi və “Qızıldaş Sement” zavodu ərazisinə daşınması. Yataq “Qızıldaş Sement” zavodundan 120 kilometr məsafədə yerləşir.

- Daxili daşımalar - “Qızıldaş Sement” zavodunun daxili xammal sahəsində ehtiyatların idarə edilməsi.

- Əhəng daşı tullantıları - tullantı materiallarının ərazidən toplanması, yük maşınlarına yüklənməsi və “Qızıldaş Sement” zavodu ərazisinə daşınması. Ərazi “Qızıldaş Sement” zavodundan 30 kilometr məsafədə yerləşir.

İrəli sürülən minimum tələblər:

- Partlayış işləri elektriksiz kapsullarla yerinə yetirilməli;

- tender iştirakçısı xammal hasilatı və daşınması üzrə son beş il ərzində həcmi ildə 500 min tondan az olmamaq şərtilə iş təcrübəsinə malik olmalı;

- tender iştirakçısı ayrı-ayrı sahələr üzrə tələb olunan aşağıdakı maşın və mexanizmlərə sahib olmalı;

Əhəng daşı üzrə maşın və mexanizmlər

Yükünü özüboşaldan avtomobil (minimum tutumu 28 m3) 20 ədəd

Yükləyici maşın (Kon) 3 ədəd

Ekskavator 2 ədəd

Qazıma qurğusu 2 ədəd

Suçiləyici maşın 1 ədəd

Gil üzrə maşın və mexanizmlər

Yükünü özüboşaldan avtomobil (minimum tutumu 28 m3) 10 ədəd

Yükləyici maşın (Kon) 1 ədəd

Ekskavator 1 ədəd

Suçiləyici maşın 1 ədəd

Gips üzrə maşın və mexanizmlər

Yükünü özüboşaldan avtomobil (minimum tutumu 28 m3) 10 ədəd

Yükləyici maşın (Kon)1 ədəd

Ekskavator1 ədəd

Suçiləyici maşın 1 ədəd

Daxili daşımalar üzrə maşın və mexanizmlər

Yükünü özüboşaldan avtomobil (minimum tutumu 28 m3) 4 ədəd

Yükləyici maşın (Kon) 2 ədəd

Tullantı əhəng daşı üzrə maşın və mexanizmlər

Yükünü özüboşaldan avtomobil (minimum tutumu 28 m3) 4 ədəd

Yükləyici maşın (Kon) 2 ədəd

Tenderdə iştirak etmək istəyən şirkətlər aşağıdakı sənədləri 11.02.2013-cü il, saat 18.00-dək təqdim etməlidirlər:

- yazılı müraciət;

- xammal hasilatı və daşınması üzrə son beş il ərzində, həcmi ildə 500.000 tondan az olmamaq şərti ilə görülmüş işlər barədə məlumat və fotoşəkillər, o cümlədən sifarişçi rəyləri;

- avadanlıq və mexanizmlərin siyahısı;

- şirkətin son üç il üzrə maliyyə hesabatı;

- şirkətin qeydiyyata alınması haqqında sənədin surəti (notarius tərəfdən təsdiqlənmış);

- təşkilati struktur, işçi heyətinin tərkibi, diplom və ya sertifikatların surəti;

- bu cür işlərin yerinə yetirilməsi üçün səlahiyyətli qurum tərəfindən verilmiş lisenziyaların surəti;

- SƏTƏM üzrə şirkətin sənədləri (şirkət siyasəti və prosedurları).

İddiaçılar “Norm” şirkətinin aşağıdakı ünvanda yerləşən ofisindən əlavə məlumat ala, tender sənədlərini nəzərdən keçirə və əldə edə bilərlər:

“Norm” MMC

Əlaqələndirici şəxs: Rüfət Məlikov

(077 2771407)

Ünvan: AZ1065, Azərbaycan, Bakı şəhəri,

Bakıxanov küçəsi, 6, Bridge Plaza, 7-ci mərtəbə

Telefon/Faks No: (+99412) 404 54 00/10

E-mail ünvanı: [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında