Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi

 

 

“Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində sahibkarların və menecerlərin 2013-cü ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirakı məqsədilə

M Ü S A B İ Q Ə    E L A N    E D İ R

Proqramın məqsədi Azərbaycanın şirkət nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçməsinə, beynəlxalq təcrübəyə yiyələnməsinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkar və mədəni dünyagörüşün genişlənməsinə şərait yaratmaqdır.

Namizədlərə aşağıdakı tələblər irəli sürülür:

X Ali təhsil (bakalavr və ya magistr dərəcəsi);

X Menecment sahəsində azı 1 (bir) il iş təcrübəsi;

X Yaşı 45-dən çox olmamalı;

X İngilis dilini bilməli.

Qeyd: Tədris ingilis dilində aparılacaqdır.

Almaniyada keçiriləcək  ixtisasartırma kursu aşağıdakı mərhələlərdən ibarətdir:

1. Treninqlər (praktiki idarəetmə vərdişlərinin qazanılması);

2. Şirkətlərdə praktiki təcrübə (qrup və ya fərdi halda təcrübə keçmək, işgüzar əlaqələr yaratmaq).

İxtisasartırma kursunun keçirilməsi vaxtı: 22 aprel-17 may 2013-cü il

İxtisasartırma kursları zamanı Almaniyada qalmaq xərclərini və təhsil haqqının ödənilməsini alman tərəfi öz öhdəsinə götürür. Yol xərci iştirakçıların təmsil etdiyi təşkilat və ya namizədlər tərəfindən ödənilir.

2013-cü ilin 26-28 fevral tarixlərində Almaniyanın GİZ təşkilatının mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə müsabiqə keçiriləcəkdir.

Namizədlər aşağıdakı formaları (iki nüsxədən ibarət) tələb olunan qaydada doldurmalı və qeyd olunan ünvana şəxsən təqdim etməlidirlər:

- Namizəd haqqında məlumat (Candidate Profile)

- Zəmanət məktubu (Letter of Refrence)

- Vəzifəsi göstərilməklə iş yerindən təşkilat rəhbəri tərəfindən təsdiq olunmuş arayış.

Formaları Bakı Biznes Tədris Mərkəzinin saytından əldə etmək mümkündür: www.bbtc.az

Sənədlər 2013-cü il fevral ayının 25-dək aşağıdakı ünvanda qəbul ediləcəkdir:

Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, 172,  4-cü mərtəbə, otaq 402, tədrisin təşkili və metodikası şöbəsi.

Əlaqələndirici şəxs: Məlahət Kazımova

Tel: (012) 431-39-07, 430-93-22,  e-mail: [email protected] ailto:[email protected]

Azərbaycan Respublikasının

İqtisadi İnkişaf Nazirliyinin

Bakı Biznes Tədris Mərkəzi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında