Xaçmaz Rayon Mərkəzi Xəstəxanası

 

Xaçmaz Rayon Mərkəzi Xəstəxanası

2013-cü il üçün  yumşaq inventarların  satınalınması, sosial-mədəni və məişət tipli obyektlərin əsaslı təmiri işlərinin görülməsi ilə əlaqədar

 AÇIQ  TENDER  ELAN EDİR

Tender 2 lot üzrə keçirilir:

Lot 1. Yumşaq inventarların satınalınması.

Lot 2. Sosial-mədəni və məişət tipli obyektlərin əsaslı təmiri işlərinin görülməsi.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yuxarıda göstərilən işlər üzrə öz yazılı tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlanmış zərfdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: yüksək keyfiyyət, aşağı qiymət və müqavilənin vaxtında yerinə yetirilməsi.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər. Əlaqələndirici şəxs: Şeydayeva Gülnarə. Telefon nömrəsi   (0172,023-32) 5-25-50. Ünvan: Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 49, Xaçmaz Rayon Mərkəzi Xəstəxanası.

Yumşaq inventarın satınalınması,  sosial -mədəni və məişət tipli obyektlərin əsaslı təmir işlərinin görülməsi üçün tenderdə iştirak etmək istəyənlər əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.

İştirak haqqı:

Lot-1-50 manat

Lot -2- 50 manat

Təşkilat: Xaçmaz Dövlət Xəzinədarlıq Agentliyi

Xaçmaz Rayon Mərkəzi Xəstəxanası

Hesab :AZ53STRE0000000000000212463

VÖEN: 7700155521

Büdcə səviyyəsi 7. Təsnifat 142340. XHK 2124631

Bank: Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

Müxbir hesab:

AZ41NABZ01360100000000003944

VÖEN: 1401555071

S.W.İ.F.T.BİK-CTREAZ 22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi  orqanlarından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq  olunmuş maliyyə hesabatının surəti;  

-  iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-  iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tender təklifi (tender zərfləri açıldıqdan sonra 30 bank günü qüvvədə olmalıdır).    

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 28 fevral 2013-cü il saat 17:00-dək, tender təkliflərini və bank təminatlarını isə 11 mart 2013-cü il saat 17:00-dək təqdim edə bilərlər. Göstərilən vaxtdan gec təqdim olunan təkliflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 12 mart 2013-cü il  saat 11:00-da Xaçmaz şəhəri,  N.Nərimanov küçəsi, 49 nömrəli  ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında