2013-cü ilin ilk uduşları Hyundai “SantaFe”, Dodge “Durango”, Kia “Optima” və Volkswagen “Passat” sahiblərinə təqdim edildi

 

 

2012-ci ilin bayram qayğıları ilə yaşadığımız son günlərində yaxınlarımıza hədiyyələr axtararkən  Gədəbəy sakini Bayramova Səkinə Bayram qızını hədiyyə özü tapdı. Dekabrın 26-da Səkinə Bayramova “Yeni il Sevincləri” lotereyasında  Hyundai “SantaFe” avtomobili udmaqla əsil bayram sevinci yaşadı və “Space” kanalının çoxsaylı tamaşaçıları yanvar ayının 9-da, axşam, canlı yayımda bu sevincə şərik oldular.

Lotereya bazarında aparılan araşdırmalar göstərir ki, “Azərlotereya” ASC-nin keçirdiyi mövsümi lotereyalar qadınlar arasında daha populyardır. Səkinə xanım bildirdi ki, bütün lotereyalarda iştirak edir. “Ailədə üç övlad böyüdüb başa çatdırmışıq, yeddi nəvəmiz var və həmişə inanmışam ki, gec-tez, iri bir uduşa sahib çıxacam. Nəticə göz qabağındadır”, – deyir. 54 yaşında 7 nəvənin nənəsi olmaq özlüyündə əsl var-dövlətdir. Hyundai “SantaFe” avtomobili isə, sadəcə yeni il hədiyyəsidir. Yeri gəlmişkən, həmin axşam tamaşaçılarla öz sevincini bölüşən təkcə Səkinə xanım deyildi. Dekabrın 28-də “Qış möcüzəsi” lotereyası ilə əsl möcüzə yaşayan Lənkəran şəhər sakini Rəhimli Fərid Əlibaba oğlu da yanvarın 9-da “möcüzəni” reallığa çevirdi və Dodge “DURANGO” avtomobilinin açarlarını aldı. Təsadüfi hallarda lotereya bileti alan, avtomobil təmiri ustası, 23 yaşlı subay gənc bu qış əsl qış möcüzəsi yaşadı. Yanvarın 9-da təkcə “Yeni il sevincləri” və “Qış möcüzəsi” lotereyalarının qalibləri deyil, “Super Binqo” lotereyasının da qaliblərindən biri, Mingəçevir sakini Həsənova Zəminə Gülabbas qızı udduğu Kia “Optima” avtomobilinin açarlarını təhvil aldı. 57 yaşlı Zəminə xanım evdar qadındır, 3 övladı, 2 nəvəsi var. Bir qayda olaraq, bayramlarda mövsümi lotereyalarda iştirak edir. Bu dəfə də 2 bilet alıbmış və dekabr ayının 31-də,  onun ikiqat bayramına Kia “Optima” avtomobili ilə üçüncü bayram qatılıb. Ötən ilin son saatlarında irili xırdalı pul uduşları ilə neçə-neçə ailənin bayram süfrəsinə sevinc, şənlik gətirən “Super Binqo” lotereyasında daha bir avtomobil, Volkswagen  “Passat” da oynanıldı. Bu uduş Bakı sakini Elvüsal Samir Hidayət oğlunun qismətinə çıxdı. Özünün dediyinə görə, lotereya azarkeşidir, bir neçə il ərzində çox lotereyalarda iştirak edib və 3-5 manatı nəzərə almasaq bir dəfə 88 manat udub. Nəhayət ki, yeni il axşamı Volkswagen “Passat”a sahib oldu. Avtomobilin açarları yanvar ayının 16-da “Space” kanalının çoxsaylı tamaşaçılarının gözləri qarşısında Samirə  təqdim olundu.

Yanvar ayının 9-da və 16-da çoxsaylı “Space”  tamaşaçıları tirajları izləyərkən neçə-neçə həmvətənimizin sevinc dolu çöhrələrini görə bildilər. Əlbəttə ki, Salyan sakini Cəfərov Məqsəd Kamil oğlu və Bakı sakini Məmmədov Yarəhməd Xanəhməd oğlunun hər birinin udduğu 2850 manat, Xaçmaz şəhər sakini Əliyev Elşad Oktay oğlunun udduğu 2000 manat yuxarıda qeyd etdiyimiz uduşlarla müqayisədə çox kiçik görünür. Amma siz onların yaşadığı həyacanlı anları təsəvvür edin. Onların hər biri “5/36” lotereyasında artıq 110 min 150 manatadək artan “Cek Pot”un bir addımlığınadək irəliləyiblər.

 2013-cü ilin ilk günlərinin nəticələri ilə tanış olduqda görürük ki, yeni il nikbin notlarla başlayır. Sumqayıt şəhər sakini Əliyeva Ezangül Gülağa qızı artıq yanvarın 7-də “Binqo” lotereyasında Chevrolet “Aveo” avtomobilinə, Tərtər rayonunun sakini Məmmədov Məhəmməd Calal oğlu “Klassik Loto” lotereyasının 18-ci tirajında Nissan “Sunny” avtomobilinə sahib oldular. Hazırda lotereya bazarında unikal bir vəziyyətdir. “Azərlotereya” ASC-nin bütün tirajlı lotereyalarında əsas uduşların məbləği 100 000 manatlıq həddi keçib. Bu lotereyaların hər hansı birində ilk əsas uduş rekord həddə olacaq. Qoy, bu uduş sizin olsun!..


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında