“BAKIELEKTRİKŞƏBƏKƏ”ASC

 

“BAKIELEKTRİKŞƏBƏKƏ”ASC 2012-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditinin aparılması xidmətinin satınalınması məqsədilə

AÇIQ  TENDER  ELAN  EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:

  LOT-1. 2012-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditinin aparılması.

İştirak haqqı  300 manatdır.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün yararlı olmasını aşağıdakılara dair sənədli sübut təqdim etməklə nümayiş etdirməlidir:

a)şirkət Azərbaycan Respublikasının müvafiq orqanından audit yoxlamalarının aparılması üçün etibarlı lisenziya almışdır.

b)şirkət tender elanında müəyyən edilmiş maliyyə-təsərrüfat fəaliyyətinin auditinin aparılması üçün lazımi meyarlara cavab verir. Belə sübut audit üzrə işləyəcək əsas heyətin qüvvədə olan CPA/ACCA lisenziyaları və tərcümeyi-halları formasında olmalıdır.

Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Bakıxanov küçəsi, 13 (əlaqələndirici şəxs: Fərhad İbrahimov, telefon: 440-39-93) ala bilərlər.

Təşkilat:

Bank: QSC “Bank Standard” KB

Kod: 505237

VÖEN: 9900006801

Müxbir hesab:

AZ66NABZ01350100000000003944

SWİFT BİK: MOSZAZ22

Hesab:330209440017515501 AZN

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs: Fərhad İbrahimov, (telefon: 440-39-93)

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə  iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 21  fevral 2013-cü il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 4 mart  2013-cü il saat 12.00-a qədər, Bakı şəhəri, Bakıxanov küçəsi, 13 nömrəli ünvana, ümumi şöbəyə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 5 mart  2013-cü il saat 12.00-da Bakı şəhəri, Kazımzadə küçəsi, 20 nömrəli  ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında