Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) “Dövlət satınalmaları haqqında”

A Ç I Q T E N D E R E L A N E D İ R

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq pul nişanlarının ekspertizası üzrə beynəlxalq standartlara cavab verən ekspertiza mərkəzinin yaradılması ilə əlaqədar zəruri sistem və avadanlıqların alınması və tətbiqi üçün

A Ç I Q   T E N D E R   E L A N   E D İ R

AMB üçün ekspertiza mərkəzinin sistem və avadanlıqlarla təchizatı özündə aşağıdakıları əks etdirməlidir:

- pul nişanlarının beynəlxalq standartlara uyğun ekspertizasının aparılması üçün zəruri sistem və avadanlıqların alınması;

- müvafiq sistem və avadanlıqların AMB-yə çatdırılması (DDP Baku - İncoterms 2012) Mərkəzi Bankın 2 saylı xəzinə saxlancında, eləcə də nağd pulla əməliyyatlar aparılan zaman zəruri olan ilkin ekspertiza avadanlıqlarının Mərkəzi Bankın baş ofisində və 5 regional mərkəzlərdə instalyasiyası;

- ekspertiza mərkəzinin vahid proqram təminatının yaradılması və alınacaq sistem və avadanlıqların (ətraflı əsas şərtlər toplusunda) proqram təminatına inteqrasiyası;

- yeni yaradılacaq ekspertiza mərkəzinin vahid informasiya bazasının, statistik və analitik hesabatlıq sisteminin yaradılması və bu sistemə kənar istifadəçilərin qoşulma imkanının yaradılması;

- ekspertiza mərkəzinin informasiya bazasının AMB-də yaradılacaq Cash Managament System-lə (CMS) informasiya mübadiləsi sisteminin yaradılması;

3. tenderdə aşağıdakı tələblərdən ən azı birinə cavab verən yerli və ya xarici şirkətlər iştirak edə bilərlər:

3.1 pul nişanlarının ekspertizası üzrə müvafiq institutlar yaradan və ya belə sistemləri tətbiq edən;

3.2 pul nişanlarının ekspertizası üçün avadanlıq və sistemlər istehsal edən və ya onlara xidmət göstərən və ya belə sistemləri tətbiq edən;

3.3 pul nişanlarının emalı üzrə avtomatlaşdırılmış sistemlər istehsal edən və ya onlara xidmət göstərən və ya belə sistemləri tətbiq edən.

4. İddiaçılar elanın 3-cü bəndində müəyyən edilmiş və uyğun gəldikləri sahələr üzrə adekvat kadrlara malik olmalıdır.

5. Tender proseduru 7 mart 2013-cü il saat 15:00-da AMB-nin inzibati binasında (Azərbaycan Respublikası, Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

6. Tenderdə iştirak etmək istəyən iddiaçılar yazılı müraciət etməklə aşağıdakı sənədləri təqdim etməlidirlər:

6.1 bu elanın 3-cü bəndində göstərilən tələblərə uyğunluğunu təsdiq edən imza və/və ya möhürlə təsdiqlənmiş sənədlər/məlumatlar;

6.2 təklif olunan əsas sistem və avadanlıqların (ətraflı əsas şərtlər toplusunda) satılmasına, tətbiqinə və instalyasiyasına  iddiaçının muvəkkil edildiyini təsdiq edən sənəd (Manufacturer Authorization Form);

6.3 avtorizasiya forması tələb olunan sistem və avadanlıqların ən azı bir mərkəzi bankda və ya pul nişanlarının istehsalı şirkətlərində son 2 ildə istifadə edilməsinə dair “referens” sənədi;

6.4 təklif olunan əsas sistem və avadanlıqların (ətraflı əsas şərtlər toplusunda) instalyasiyası və dəstəklənməsi üçün istehsalçı şirkət tərəfindən sertifikatlaşdırılmış mütəxəssislərin təmin olunmasına dair sənəd;

6.5 təklif olunan sistem və avadanlıqların iddiaçı tərəfindən tətbiq olunmasına təşkilatdan təsdiqedici sənəd;

6.6 iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) müvafiq qaydada təsdiq edilmiş surətləri;

6.7 tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan məsul əməkdaşın səlahiyyətlərini təsdiq edən sənəd;

6.8 son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

6.9 Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən fəaliyyət göstərdiyi dövlətə məcburi ödənişin (vergi və digər icbari) olmadığını sübut edən sənəd/məlumat);

6.10 yerli iddiaçılar tərəfindən Azərbaycan, xarici iddiaçılar tərəfindən isə Azərbaycan və ingilis dillərində olan iki nüsxə (əsli və surəti) tender təklifi (tender təklifi 13 may 2013-cü ilədək qüvvədə olmalıdır);

6.11 tender təklifinin qiymətinin 1 (bir) %-i məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında və 28 iyun 2013-cü ilədək qüvvədə olmalıdır);

Qeyd: xarici iddiaçılar surəti tələb olunan sənədlərin surətlərini qanunvericiliyə uyğun leqallaşdırmaqla və ya “Apostille” təsdiqi tələblərinə uyğun təqdim etməlidirlər.

7. Tenderdə iştirak etmək istəyən iddiaçılar tenderdə iştirak haqqı kimi AMB-nin aşağıda göstərilən hesabına 300 (üç yüz) manat məbləğində vəsaitin köçürülməsinə dair bank arayışının surətini təqdim etməklə tenderin əsas şərtlər toplusunu AMB-nin inzibati binasından və ya elektron poçt ünvanına ([email protected]) müraciət etməklə əldə edə bilərlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı, hesab № 0170690001944,

kod 501004,

m/h AZ74NABZ01451700000000001944, VÖEN 9900071001, BİC NABZAZ2C.

Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında və ya avroda aşağıda göstərilmiş müvafiq hesablara ödəyə bilərlər:

- Central Bank of the Republic of Azerbaijan.

USD correspondent bank Federal Reserve Bank of New York, FRNYUS33

Beneficiary: Central Bank of the Republic of Azerbaijan, NABZAZ2X, ABA 021088221; Account number: № 0170690001944

- Central Bank of the Republic of Azerbaijan.

EUR correspondent bank:

Deutsche Bundesbank,

Frankfurt am Main, MARKDEFF

Beneficiary: Central Bank of the Republic of Azerbaijan, NABZAZ2X, 5040040062; Account number: № 0170690001944

8. İddiaçı bu elanın 6.1 - 6.9 bəndlərində göstərilmiş sənədləri ən geci 26 fevral 2013-cü il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə, tender təklifini və tender təklifinin bank təminatını isə 6 mart 2013-cü il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli  ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

9. Satınalma müqaviləsi imzalandığı gündən etibarən ekspertiza mərkəzinin sistem və avadanlıqları, eyni zamanda, proqram təminatı 9 ay müddətində AMB-nin 2№-li xəzinə saxlancında, mövcud inzibati binasında və 5 regional mərkəzdə quraşdırılıb təhvil verilməlidir.

10. İddiaçıların tender təkliflərinin qiymətləndirilməsi amilləri: qiymət amili - 60%, avadanlıqların və proqram təminatının texniki spesifikasiyası - 35%, təminat və dəstək şərtləri və müddəti - 5%.

11. İddiaçı AMB-də tam təchiz olunmuş ekspertiza mərkəzi razılaşdırılmış formada təhvil verilən gündən etibarən təqdim olunmuş mal və xidmətlərə ən azı 1 (bir) il zəmanət verməli, zəmanət müddəti bitdikdən sonra isə texniki dəstəyin təmin edilməsi üçün potensiala malik olmalı və bu barədə yazılı təminat verməlidir.

12. Tenderlə bağlı bütün sənədlər yerli iddiaçılar tərəfindən Azərbaycan, xarici iddiaçılar tərəfindən isə Azərbaycan və ingilis dillərində təqdim edilməlidir.

13. Tenderlə bağlı ətraflı məlumat üçün əlaqələndirici şəxsə (Nəsib Pənahlı, +994(12) 493-11-22 (daxili nömrə 265) nömrəli telefon və ya [email protected] elektron poçt ünvanı vasitəsilə) müraciət etmək olar.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında