Azərbaycan Respublikası Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi
Kredit No. 7549-AZ
Tullantıların daşınması üçün yük maşınlarının satınalınması
G-2
Hazırkı təkliflər üçün dəvətnamə (TÜD) 28 dekabr 2012-ci il tarixdə “Xalq qəzeti”ndə və Azerweb.com saytında dərc olunmuş və yeni elanla təkliflərin son təqdimetmə tarixi 28 fevral 2013-cü ilə kimi uzadılmışdır.
1. Bu layihə ilə əlaqədar təkliflər üçün dəvətnamə 11 iyul 2009-cu il tarixdə DgMarket internet səhifəsində dərc olunmuş ümumi satınalma bildirişinə əsaslanır.
2. Azərbaycan Respublikasının Hökuməti Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsinin həyata keçirilməsi məqsədilə kredit almış və bu kredit vəsaitinin bir hissəsini tullantıların daşınması üçün yük maşınlarının satınalınması müqaviləsindən irəli gələn ödənişlərə ayırmaq niyyətindədir.
3. İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən Layihə İdarəetmə Qrupu (LİQ) münasib və təcrübəli iddiaçıları tullantıların daşınması üçün yük maşınlarının təchizatına dair möhürlənmiş təkliflərini təqdim etməyə dəvət edir.
Avadanlığın adı Sayı
Tullantıların daşınması üçün yük maşını 29
4. Tender Dünya Bankının (may 2004-cü il 1 oktyabr 2006-cı il və 1 may 2010-cu ildə qəbul olunmuş) BYİB və BİA kreditlərinin satınalınması üzrə təlimatlarında göstərilən beynəlxalq rəqabətli tender müsabiqəsi (BRTM) prosedurlarına əsasən keçiriləcəkdir və təlimatlara uyğun müvafiq mənbə ölkələrindən olan bütün iddiaçılar üçün açıqdır.
5. Maraqlı olan iddiaçılar əlavə məlumatı Layihə İdarəetmə Qrupunun satınalma üzrə mütəxəssisi Hüseynqulu İsmayılovdan ([email protected]) əldə edə bilər və tender sənədlərini aşağıda göstərilən ünvanda Bakı vaxtı ilə saat 9.00-dan 18.00-a kimi yoxlaya bilərlər.
6. İxtisas tələblərinə daxildir: maliyyə potensialı: son 3 maliyyə ili üçün orta maliyyə dövriyyəsi 6,000,000 (6 milyon) ABŞ dollarından az olmamalı və ya bu məbləğə ekvivalent olan və sərbəst şəkildə mübadilə edilə bilən digər valyutada olmalıdır. Təcrübəsi və texniki potensialı: iddiaçıların son beş il ərzində minimum 15 tullantı daşıyan yük maşını təchizatı üçün uğurla tamamlanmış ən azı 2 müqaviləsi olmalıdır. Sifarişçilər tərəfindən verilən müqavilələrin müvəffəqiyyətlə tamamlanmasına dair rəylərin təqdim olunması zəruridir. İddiaçı şirkətlər TÜD-də tələb olunan oxşar avadanlığın istehsalı və ya təchizatı üzrə ən azı 5 illik təcrübəyə malik olmalıdır. İddiaçı təchiz olunacaq bütün əmtəələrin bazarda ən azı 2 il mövcud olduğuna dair sənədli sübut təqdim etməlidir. Əmtəələri istehsal edən yerli şirkətlərə üstünlüklər tətbiq olunmayacaqdır. Əlavə məlumatlar tender sənədlərində təqdim olunur.
7. Maraqlı olan iddiaçılar tender sənədlərinin ingilis dilindəki tam toplusunu aşağıda göstərilən ünvana məktub təqdim etməklə və geri qaytarılmayan 120 AZN və ya 150 ABŞ dolları ödəməklə əldə edə bilərlər. Ödəniş birbaşa depozit və ya İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi, Layihə İdarəetmə Qrupunun aşağıda göstərilən hesabına köçürmə yolu ilə keçirilə bilər. Tender sənədləri kuryer vasitəsilə göndəriləcəkdir.
8. Təkliflər 28 fevral 2013-cü il Bakı vaxtı ilə saat 15.00-dan gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir. Təkliflərin elektron şəkildə təqdim edilməsinə icazə verilmir. Gecikmiş təkliflər qəbul olunmayacaqdır. Təkliflər 28 fevral 2013-cü il Bakı vaxtı ilə saat 15.05-də aşağıda göstərilən ünvanda keçiriləcək açılış mərasimində iddiaçıların nümayəndələrinin iştirakı ilə açılacaqdır. Bütün təkliflər 80.000 ABŞ dolları və ya bu məbləğə ekvivalent olan və sərbəst şəkildə mübadilə edilə bilən valyuta ilə ifadə olunmuş məbləğdə təklif təminatı ilə birlikdə təqdim olunmalıdır.
9.Yuxarıda nəzərdə tutulan ünvan:
Layihə İdarəetmə Qrupu
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi
İqtisadi İnkişaf Nazirliyi
Hüseynqulu İsmayılov, satınalma üzrə mütəxəssis
Xocalı prospekti, 55, AZ1025
Bakı, Azərbaycan Respublikası
Faks: (99412) 464 4157 Telefon: (99412) 464 4156
E-mail: [email protected].
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.