Azərbaycan Respublikası Təhsil Nazirliyi birbaşa tabeliyində olan internat tipli təhsil müəssisələrində oxuyan, dövlət təminatında olan şagirdlərin yeməklə təmin edilməsi üçün həmin təhsil müəssisələrinin ərzaq məhsulları ilə təchizatı məqsədilə
A Ç I Q T E N D E R E L A N E D İ R
Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.
Tenderin predmeti:
8 nömrəli sanatoriya tipli internat məktəbində valideyn himayəsindən məhrum olan uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində, sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində təlim-tərbiyə alan, qanunvericiliyə uyğun dövlət təminatında olan şagirdlərin yeməklə təmin edilməsi üçün bu təhsil müəssisələrinin ərzaq məhsulları ilə təchizatı.
Ərzaq məhsullarının təchizatı cədvəli tələbata uyğun müəyyən edilmişdir.
Tender proseduru 27 fevral 2013-cü il saat 15.00-da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə təhsil nazirliyinin iclas zalında keçiriləcəkdir.
Tender iştirakçılarına təklif edilir ki, tender təkliflərini tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq ikiqat bağlı zərfdə 26 fevral 2013-cü il saat 17.00-a kimi tender komissiyasına təqdim etsinlər. Tender təklifi və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Tender təklifləri zərflər açıldıqdan sonrakı dövrdə 30 bank günü qüvvədə olmalıdır.
Müəyyən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçı ərzaq məhsullarının alınması ilə bağlı ödənilməli olan vergi və rüsumları öz təklifində nəzərə almalıdır.
İddiaçılar tender təklifləri ilə birlikdə tender təkliflərinin 2 faizi həcmində 60 bank günü qüvvədə olan (zərflərin açıldığı tarixdən) bank təminatını təqdim etməlidirlər.
Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi zamanı ən sərfəli qiymətə, yüksək keyfiyyətə, ərzaq məhsulları ilə təchizat sahəsində peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, etibarlığı olan iddiaçılara üstünlük veriləcəkdir.
İddiaçı şagirdlərin tələbat üzrə ərzaq məhsulları ilə təmin edilməsinə təminat verməlidir.
Tenderdə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin müvafiq xərc hesabına (VÖEN 1500046011, Beynəlxalq Bankın mərkəzi filialı, VÖEN 9900001881, h/h 33205019449328518204, kod 805722, müxbir hesab 0137010002944, S.W.İ.F.T. BİK İBAZAZ 2X, MN-DXA-nın 1 saylı Xəzinədarlıq İdarəsi, VÖEN 1700986181) hər bir lot üçün 200 manat məbləğində iştirak haqqını ödədikdən sonra tenderin əsas şərtlər toplusunu tender komissiyasının əlaqələndiricisi İ.Mirzəhmədovadan ala bilərlər (Bakı şəhəri, Xətai prospekti, 49, otaq 308, telefon: 496-33-52, faks: 496-07-03). İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
İştirakçılar tenderdə iştirak etmək hüququnu qazanmaq üçün 18 fevral 2013-cü il saat 18.00-a kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə və ya məktub);
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və nizamnaməsinin notarial qaydada 2013-cü ildə təsdiq olunmuş surətləri;
-iddiaçının vergilərə və digər icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında arayışlar;
-iddiaçının son bir ildə maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış və bank rekvizitləri;
-iddiaçının son bir ildəki maliyyə vəziyyətini əks etdirən vergi bəyannaməsi;
-son üç ildə təhsil müəssisələrinin ərzaq məhsulları ilə təchizatı sahəsində təcrübəsi barədə məlumat (geniş arayış);
-iddiaçının satınalma müqaviləsinin icrasını təmin etmək üçün maddi-texniki bazası, maliyyə imkanları, kadr potensialı haqqında məlumat;
-müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması barədə məlumat.
Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyən vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqdır.
Malgöndərənlərin satınalma prosedurunda iştirakına dövlət mənsubiyyətinə görə heç bir məhdudiyyət qoyulmur.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.