Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti 2013-cü ildə “İçərişəhər” ərazisində mənzil fondunun əsaslı təmiri üçün
AÇIQ TENDER ELAN EDİR
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı lot üçün tender təkliflərini imzalanıb möhürlənmiş, ikiqat zərflərdə yazılı təqdim etsinlər. İddiaçılar tender təklifində bütün vergi və rüsumları, işçiliyi və yarana biləcək digər xərcləri nəzərə almalıdır.
LOT-1: mənzil fondunun əsaslı təmiri.
Göstərilən iş 31 dekabr 2013-cü il tarixədək görülüb qurtarmalıdır.
Tenderdə iştirak etmək istəyənlər 150 (yüz əlli) AZN məbləğində iştirak haqqını sifarişçinin bankdakı hesablaşma hesabına köçürdükdən sonra mənzil-kommunal və təmir xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi, 6 nömrəli ünvanda tenderin əsas şərtlər toplusunu ala bilərlər.
İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:
Bank: “Kapital Bank”ın 2 saylı filialı
Kod: 200060
VÖEN: 9900003611
M/h:137010001944
S.W.İ.F.T.AİİBAZ-2X
Hesab:AZ03AİİB33050019443600287106
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.
Tenderdə iştirak etmək istəyənlər 25 fevral 2013-cü il saat 17:00-dək aşağıdakı sənədləri tender komissiyasına təqdim etməlidirlər (tender təklifi və təklifin təminatı 1% bank zəmanəti istisna olmaqla). Göstərilən tarixdən gec təqdim olunan sənədlər qəbul olunmayacaq.
Tenderdə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub-olmamağı barədə arayışlar;
-iddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı;
-analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat;
-tender təklifi;
-tender təklifinin 1%-i məbləğində bank zəmanəti;
Yuxarıda göstərilən sənədlər düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə tenderdə iştirak etmək istəyənlər iddiaçı kimi qeydə alınacaqlar.
Tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır. Tender təklifinə onun ümumi dəyərinin 1%-i məbləğində bank təminatı verilməlidir. Həmin təminat zərflər açıldığı gündən sonra 60 bank günü müddətində qüvvədə olmalıdır.
İddiaçılar tender təklifini və bank təminatını 5 mart 2013-cü il saat 17:00-dək Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi, 6 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Tender proseduru 6 mart 2013-cü il saat 11:00-da Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi, 6 nömrəli ünvanda keçiriləcəkdir.
Tenderlə əlaqəli daha ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs:
Rasim Məmmədov
(tel: 492-24-27)
baycan ��n��%( �dır.
İddiaçılar tələb olunan sənədləri möhürlənmiş zərflərdə 1 mart 2013-cü il saat 17.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Ağcabədi şəhəri, F.Əlizadə küçəsi, 19 nömrəli ünvanda yerləşən Ağcabədi Rayon İcra Hakimiyyətinin şəhər üzrə Nümayəndəliyinin Tender Komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri Ağcabədi şəhəri, F.Əlizadə küçəsi, 19 nömrəli ünvanda yerləşən Ağcabədi Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəliyində 4 mart 2013-cü il saat 15.00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.