Ağstafa Rayon Təhsil Şöbəsi

AÇIQ TENDER ELAN EDİR

 

Ağstafa Rayon Təhsil Şöbəsi 2013-cü ildə rayonun təhsil müəssisələri  üçün əsaslı təmir işlərinin və inventarların satınalınması məqsədilə

AÇIQ  TENDER  ELAN  EDİR

 Tender 2 (iki) lot üzrə aparılır

Lot 1- Əsaslı təmir işlərinin satınalınması.

Lot 2-  İnventarların satınalınması.

Müqavilənin müddəti: 31 dekabr 2013-cü il tarixədəkdir.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə Ağstafa Rayon Təhsil Şöbəsinin tender komissiyasına təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot  üçün aşağıda göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürməklə Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Ağstafa şəhəri, H.Əliyev prospekti, 36 nömrəli ünvanda yerləşən Ağstafa Rayon Təhsil Şöbəsindən ala bilərlər (Əlaqələndirici şəxs: Nəsibov İmran Süleyman oğlu. Əlaqə telefonları: (022) 225-31-58

Lot 1- 300 (üç yüz) manat

Lot 2 - 400 (dörd yüz) manat

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Ağstafa Rayon YXO

Hesab: 32051019445200201152

VÖEN: 3600076651

“Kapital bank”ın Ağstafa rayon filialı:

KOD: 200521

VÖEN: 9900003611

Müxbir hesab: 0137010001944

S.W.İ.F.T.: AIIBAZ2X

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.

Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri tender komissiyasına təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-son bir ildəki dövriyyəsi, işçilərinin sayı, onlara hesablanmış əmək haqqı və ödənilmiş verginin məbləği barədə vergi orqanından arayış;

-son bir ildə işçilərin sayı, hesablanmış əmək haqqı və ödənilmiş məcburi dövlət sığorta məbləği haqqında sosial müdafiə fondundan arayış;

-iddiaçının nizamnaməsi (surəti), fəaliyyət növü, hüquqi statusu və rekvizitləri;

-iddiaçının əsas vəsaitlərinin, texniki və maliyyə imkanlarının mövcudluğu barədə müvafiq orqanlar tərəfindən təsdiqlənmiş məlumatlar;

-tender təklifi (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

-tender təklifinin 2 (iki) faizi həcmində bank zəmanəti (tender təklifinin qüvvədə olma müddətindən ən azı  30 bank günü çox olmalıdır);

-vergi orqanlarına, sosial müdafiə fonduna və digər icbari ödənişlərə dair borcların olmaması barədə müvafiq arayış;

-satınalınacaq malların uyğunluq və mənşə sertifikatları:

-analoji işlərdə  təcrübəsi barədə məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank zəmanəti və iş qrafiki istisna olmaqla) 6 fevral 2013-cü il saat 17.00 qədər, iş qrafiki, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 13 fevral 2013-cü il saat 17.00-a qədər, Ağstafa şəhəri, H.Əliyev prospekti, 36 nömrəli  ünvanda yerləşən, Ağstafa Rayon Təhsil Şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 14 fevral 2013-cü il saat 11.00-da Ağstafa şəhəri, H.Əliyev prospekti, 36 nömrəli  ünvanda yerləşən, Ağstafa Rayon Təhsil Şöbəsində açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında