Azərbaycan Respublikası Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi

Azərbaycan Respublikası Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi

Kredit No. 7549-AZ

Tullantı konteynerlərinin satınalınması G-3

1. Bu layihə ilə əlaqədar təkliflər üçün dəvətnamə 11 iyul 2009-cu il tarixdə DgMarket internet səhifəsində dərc olunmuş ümumi satınalma bildirişinə əsaslanır.

2. Azərbaycan Respublikası Hökuməti Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsinin həyata keçirilməsi məqsədilə kredit almış və bu kredit vəsaitinin bir hissəsini tullantı konteynerlərinin  satınalınması müqaviləsindən irəli gələn ödənişlərə ayırmaq niyyətindədir.

3. İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən Layihə İdarəetmə Qrupu (LİQ) münasib və təcrübəli iddiaçıları tullantı konteynerlərinin təchizatına dair möhürlənmiş təkliflərini təqdim etməyə dəvət edir.

Avadanlığın adı            Sayı 

Tullantı konteynerləri 1.1 m3    1848 

Tullantı konteynerləri 0.5 m3    1391

4. Tender Dünya Bankının (may 2004-cü il, 1 oktyabr 2006-cı il və 1 may 2010-cu ildə qəbul olunmuş) BYİB və BİA kreditlərinin satınalınması üzrə təlimatlarında göstərilən beynəlxalq rəqabətli tender müsabiqəsi (BRTM) prosedurlarına əsasən keçiriləcəkdir və təlimatlara uyğun müvafiq mənbə ölkələrindən olan bütün iddiaçılar üçün açıqdır.

5. Maraqlı olan iddiaçılar əlavə məlumatı Layihə İdarəetmə Qrupunun satınalma üzrə mütəxəssisi Hüseynqulu İsmayılovdan ([email protected]) əldə edə bilər və tender sənədlərini aşağıda göstərilən ünvanda Bakı vaxtı ilə saat 9.00-dan 18.00-a kimi yoxlaya bilərlər.

6.  İxtisas tələblərinə daxildir: maliyyə potensialı: son 3 maliyyə ili üzrə orta maliyyə dövriyyəsi 2,000,000 (2 milyon) ABŞ dollarından az olmamalı və ya bu məbləğə ekvivalent olan və sərbəst şəkildə mübadilə edilə bilən digər valyutada olmalıdır. Təcrübəsi və texniki potensialı: iddiaçıların son 3 il ərzində ən azı  uğurla tamamlanmış 2 müqaviləsi və hər iki müqavilə üzrə minimum 3000 tullantı konteyneri təchiz olunmalıdır. Sifarişçilər tərəfindən verilən müqavilələrin müvəffəqiyyətlə tamamlanmasına dair rəylərin təqdim olunması zəruridir. İddiaçı şirkətlər TÜD-də tələb olunan oxşar avadanlığın istehsalı və ya təchizatı üzrə ən azı 3 illik təcrübəyə malik olmalıdır. Əmtəələri istehsal edən yerli şirkətlərə üstünlüklər tətbiq olunmayacaqdır. Əlavə məlumatlar tender sənədlərində təqdim olunur.

7. Maraqlı olan iddiaçılar tender sənədlərinin ingilis dilindəki tam toplusunu aşağıda göstərilən ünvana məktub təqdim etməklə və geri qaytarılmayan 120 AZN və ya 150 ABŞ dolları ödəməklə əldə edə bilərlər. Ödəniş birbaşa depozit və ya İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi, Layihə İdarəetmə Qrupunun aşağıda göstərilən hesabına köçürmə yolu ilə keçirilə bilər. Tender sənədləri kuryer vasitəsilə göndəriləcəkdir.

ABŞ DOLLARI HESABI       AZN HESABI   

Azerbaijan Republic Ministry of Economic Development         Azerbaijan Republic Ministry of Economic Development

Tax ID 1700012751     Tax ID 1700012751

IBAN: AZ55IBAZ38190018401100442120 IBAN: AZ65IBAZ38090019441100442120

International Bank of Azerbaijan          International Bank of Azerbaijan

Baku  Branch   Baku Branch

Bank code (BIC): 805250       Bank code (BIC): 805250

Corr acc: 0137010002944      Corr acc: 0137010002944

SWIFT: IBAZAZ2X   SWIFT: IBAZAZ2X

8. Təkliflər 26 fevral 2013-cü il Bakı vaxtı ilə saat 15.00-dan gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir. Təkliflərin elektron şəkildə təqdim edilməsinə icazə verilmir. Gecikmiş təkliflər qəbul olunmayacaqdır. Təkliflər 26 fevral 2013-cü il Bakı vaxtı ilə saat 15.05-də aşağıda göstərilən ünvanda keçiriləcək açılış mərasimində, iddiaçıların nümayəndələrinin iştirakı ilə açılacaqdır. Bütün təkliflər 18.000 ABŞ dolları və ya bu məbləğə ekvivalent olan və sərbəst şəkildə mübadilə edilə bilən valyuta ilə ifadə olunmuş məbləğdə təklif təminatı ilə birlikdə təqdim olunmalıdır.

9. Yuxarıda nəzərdə tutulan ünvan:

 

Layihə İdarəetmə Qrupu

Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi

İqtisadi İnkişaf Nazirliyi

Hüseynqulu İsmayılov, satınalma üzrə mütəxəssis

Xocalı prospekti 55, AZ1025

Bakı, Azərbaycan Respublikası

Faks: (99412) 464 4157 Telefon: (99412) 464 4156

E-mail: [email protected].


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında