Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qubadlı Rayon Mərkəzi Xəstəxanası

AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qubadlı Rayon Mərkəzi Xəstəxanası 2013-cü il üçün tələb  olunan dərman və sarğı ləvazimatlarının satınalınması ilə əlaqədar

AÇIQ  TENDER  ELAN  EDİR

Tender 1(bir) lot üzrə keçirilir:

LOT -1. Dərman preparatlarının satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq tender təkliflərini möhürlənmiş və imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir : aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, maliyyə vəziyyəti  və analoji  işlərdə  təcrübəsi.

Müqavilənin yerinə yetirilməsi üçün tender iştirakçılarının lazımi texniki və maliyyə imkanları olmalıdır.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs - Vəliyev Təvəkgül

Tel: (018) 65 -5 - 89 -35

Ünvan: Sumqayıt şəhəri, 9-cu məhəllə, M. Hüseynzadə küçəsi, 11. Qubadlı Rayon Mərkəzi Xəstəxanası.

Tenderdə iştirak etmək istəyənlər lot- 1 üçün 100 manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Sumqayıt şəhəri, 9-cu məhəllə, M. Hüseynzadə küçəsi, 11, Qubadlı Rayon Mərkəzi Xəstəxanasından ala bilərlər.

Təşkilat: Qubadlı Rayon Mərkəzi Xəstəxanası Qubadlı YXO H/H: 3205001-02 VÖEN: 4600022691 Bank: “Turan bank ASC Sumqayıt filialı Kod: 508212 VÖEN: 1300016391 Müxbir hesab: AZ26NABZ01350100000000027944 SWİFT TURAAZ 22

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Tenderdə iştirak etmək üçün yazılı müraciət ;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- vergilərə, sosial sığortaya və digər icbari ödənişlərə borcların olmaması barədə arayış;

- tender təklifi təminatı (zərflər açıldığı gündən 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflər açıldığı gündən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında arayış;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ərazi və rekvizitləri.

İddiaçılar tələb olunan sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 2013-cü il yanvarın 31-də saat 18. 00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 2013-cü il fevralın 7-də saat 18. 00-a qədər Sumqayıt şəhəri,  9-cu məhəllə, M. Hüseynzadə küçəsi, 11, Qubadlı Rayon Mərkəzi Xəstəxanasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Tender zərfləri 2013-cü il fevralın 8-də saat 15.00 -da Sumqayıt şəhəri,  9-cu Məhəllə, M. Hüseynzadə küçəsi, 11, Qubadlı Rayon Mərkəzi Xəstəxanasında açılacaqdır.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında