İlin sonunadək Dodge “DURANGO”, Volkswagen “Passat” və Kia “Optima” avtomobilləri qalibləri gözləyir

Dekabr ayının 26-da “Azərlotereya” ASC-nin daha bir layihəsi başa çatdı.

Dekabr ayının 26-da “Azərlotereya” ASC-nin daha bir layihəsi başa çatdı. Yeni il qabağı onlarla evə sevinc gətirən “Yeni il Sevincləri” lotereyası 146 984 saylı biletin sahibinə yeni Hyundai “SantaFe” kimi  hədiyyə verdi. Cari ilin əvvəlindən bəri neçə-neçə həmvətənimiz “Azərlotereya” ASC-dən sevinc payı alıb, böyük pul uduşlarına, avtomobillərə sahib olublar.

Başa çatmaqda olan ilin yekunlarına ötəri nəzər saldıqda təəccüblənməmək olmur. İl ərzində “Ailə sevinci” lotereyasından 29 000 manat məbləğində “Cek Pot”, “Binqo”dan 19 000 manat məbləğində “Cek Pot” və 75 000 manat  məbləğində “Fortuna” udulmuşdur. “Uğur” lotereyası  ümumi məbləği 154 000 manat olan beş “Cek Pot”la 5 iştirakçıya uğur gətirmişdir. “5/36” və “6/40” lotereyaları isə ümumi məbləği 347 935 manat təşkil edən səkkiz “Cek Pot”la səkkiz iştirakçıya sevinc bəxş etmişdir. Başqa sözlə il ərzində yalnız iri pul uduşlarının ümumi məbləği 600 000 manatdan çox olmuşdur. Vacib bir amili qeyd etmək lazımdır ki, oyunların təşkili və keçirilməsində obyektivlik, aşkarlıq və şəffaflıq kimi prinsiplərə  sadiq olan “Azərlotereya” ASC iri uduşlar və bu uduşların sahibləri haqda oyun iştirakçılarını müntəzəm olaraq məlumatlandırmışdır. Yeri gəlmişkən, lotereyalar 2013-cü ilə sanballı uduşlarla qədəm qoyurlar. Belə ki, hazırda “Klassik loto” lotereyasında “Cek Pot” 31 000 manat, “Meqa Pot” 147 000 manat, “Binqo”lotereyasında “Cek Pot” 47 000 manat, “Meqa Pot” 55 000 manat, “Binqo” prizi 90 000 manat, “Fortuna” 14 000 manat, “Super Binqo” isə 148 000 manatdır. “6/40” və “5/36” lotereyalarında “Cek Pot”ların ümumi məbləği 200 000 manatı keçdi. Bu məbləğlər günbəgün artmaqda davam edirlər. Məsələn, son bir həftə ərzində Bakı sakini Əliyev Şahmar Məmmədqulu oğlu və Abşeron rayon sakini İbayev Nicat Oqtay oğlu “5/36” lotereyasında artıq 80 000 manatı üstələyən “Cek Pot”un bir addımlığına qədər çatmışlar. Razılaşarsınız ki, onların udduqları 2700 və 3756 manat yeni ilə yaxşı hədiyyələrdir. Hər halda 17 yaşlı, universitet tələbəsi olan Nicat İbayev, öz etirafına görə, 3756 manat məbləğində uduşdan çox məmnundur.

Yeni il qabağı “Uğur” lotereyasının 71-ci tirajında  2003 manat udan Astara rayon sakini  Dədəyev Əbülfət Məmədi oğlu, 2500 manat udan Tovuz rayon sakini Salahov Əli Məhərrəm oğlu, “Kia Rio” avtomobilinə sahib olan Bərdə rayon sakini Əliyev İsmayıl Salah oğlu da əsil bayram ovqatına kökləniblər. İsmayıl kişinin özü demişkən, ömrü boyu fəhləliklə halal çörəyini qazanan, 5 övlad atası, 10 nəvənin babası, 69 yaşlı insan üçün “Kia Rio” avtomobili nağılvari bir hədiyyə deyilmi? Yeri gəlmişkən, “Uğur” lotereyası məhz dekabrın 21-də keçirilən 71-ci tirajdan sonra öz yerini, 123 000 manat məbləğində “Cek Pot”la birgə, yeni unikal bir layihəyə - “Qızıl Onluq” lotereyasına verdi. 2013-cü il yanvar ayının 4-də “Qızıl Onluq” lotereyasının qalibini, ilk tirajda 123 000 manat məbləğində “Cek Pot” gözləyir.

Sadalanan iri uduşları cəmləsək möhtəşəm bir məbləği görə bilərik. Baxın, 2013-cü ilin ilk həftəsində lotereya həvəskarlarını beş lotereya üzrə 900 000 manatadək məbləğdə uduş gözləyir. Bəli! 900 000 manat və söhbət yalnız “Cek Pot” tipli uduşlardan gedir. Lotereyalardan danışarkən, xüsusi mövsümi oyunları qeyd etməmək olmur. Bu tipli oyunlar iştirakçıları möhtəşəm abtomobillərlə sevindirir. Cari ildə iştirakçılar ənənəvi həftəlik lotereyalarda udulan 150 ədəd Nissan “Sunny”, Chevrolet “Aveo” və Kia “Rio” avtomobillərinə əlavə olaraq “Binqo+8”, “Bahar sevincləri”, “Binqo+10”, “Qızıl Payız” və “Yeni il Sevincləri” kimi oyunlarda 2 ədəd “Toyota Prado”, Hyundai “SantaFe”, Hyundai “Sonata”, Kia “Sportage”, Nissan “Juke”, Hyundai İ-20, 2 ədəd Hyundai “I10”,  Kia “RIO”, Nissan “Sunny”, 2 ədəd Chery “Cowin” və 14 ədəd Chevrolet “Aveo” avtomobillərinə sahib olmuşlar. Bu tipli lotereyalar üzrə ilin uduş limiti hələ bitməyib və hazırda lotereya həvəskarlarını dekabrın 28-də “Qış Möcüzəsi”, dekabrın 31-də isə “Super Binqo” lotereyaları gözləyirlər və yenidən qeyd etmək istərdik ki, ilin sonunadək Dodge “DURANGO”, Volkswagen “Passat” və Kia “Optima” avtomobilləri sahiblərini gözləyirlər. Bəs siz nə gözləyirsiniz?


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında