Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsi 2013-cü ildə polis orqanlarının şəxsi heyətini yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyim əmlakları ilə təmin etmək üçün AÇIQ TENDER ELAN EDİR
Tender 9 lot üzrə 12 fevral 2013-cü il saat 15.00 -da təchizat idarəsinin inzibati binasında (Bakı, Azadlıq prospekti, 161) keçiriləcəkdir.
1-ci lot - orta, sıravi və kiçik rəis heyəti üçün parad-çıxış furajkaları, böyük və orta rəis heyəti üçün gündəlik furajkalar.
2-ci lot - orta, sıravi və kiçik rəis heyəti üçün parad-çıxış kostyumu, böyük və orta rəis heyəti üçün gündəlik kostyum, gündəlik geyim forması “Mont”, parad-çıxış paltosu, plaş-palto, yay yubkası və yay şalvarlarının tikilişi (sifarişçinin parçasından). İsti qış gödəkçələri, yataq kisələr, yağmurluq və yay örtüyü (YPX).
3-cü lot - orta, sıravi və kiçik rəis heyəti üçün parad-çıxış kostyumu, böyük və orta rəis heyəti üçün gündəlik kostyum, gündəlik geyim forması “Mont” parad-çıxış paltosu, plaş-palto, yay yubkası və yay şalvarları üçün müxtəlif tərkibli parçalar.
4-cü lot - gündəlik ayaqqabı, idman ayaqqabısı, səhra çəkməsi və qadın üçün uzunboğaz çəkmələr.
5-ci lot- qış papaqları, qış səhra papağı, qış səhra gödəkçəsi, ağ uzunqol köynək, açıq boz rəngli uzunqol və qısaqol köynəklər, qalstuk, polis paqonları,səhra kostyumu, səhra furajkası və sıravi heyət üçün gündəlik furajkalar.
6-cı lot - pulover, əlcək, şərf, idman kostyumu, isti alt tuman-köynək, mayka, tuman, səhra maykası və pambıq corablar.
7-ci lot- akselbant, parad kəməri, şalvar qayışı, xüsusi kəmər və xüsusi ləvazimat
8-ci lot - fərqlənmə nişanları.
9-cu lot - yataq ləvazimatları.
İddiaçılar bütün lotlarda iştirak etmək üçün 16066,23 manat, 1-ci lot üçün 434,13 manat, 2-ci lot üçün 4302,06 manat, 3-cü lot üçün 3443,30 manat, 4-cü lot üçün 1933,73 manat, 5-ci lot üçün 2680,92 manat, 6-cı lot üçün 1412,60 manat, 7-ci lot üçün 516,90 manat, 8-ci lot üçün 834,16 manat və 9-cu lot üçün 508,43 manat iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər:
Dövlət Xəzinədarlıq Agentliyi kodu 210005, VÖEN 1401555071,
müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, DİN-in Təchizat İdarəsi, hesab 2077770, VÖEN 1500281641, BTK 142340 fond 7.
İddiaçılar iştirak haqqını həmin hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.
İştirak haqqı geri qaytarılmır.
Təchizat İdarəsinin tender komissiyasına iddiaçılar tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:
-tenderdə iştirak etmək üçün ərizə;
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (30 bank günü qüvvədədir);
-tender təklifinin ümumi dəyərinin 2 faizi həcmində bank təminatı. Təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;
- malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-vergi orqanlarından müvafiq arayış;
-malgöndərənin son bir ildəki(əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
-keyfiyyət sertifikatı.
Tender təklifi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydalara uyğun hazırlanaraq bank təminatı ilə birlikdə iddiaçı tərəfindən imzalanıb və möhürlənərək ikiqat zərfə qoyulur. Hər iki zərfin bağlı tərəfləri imzalanıb möhürlənir və tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, yəni 2013-cü il fevralın 11-də saat 17-dək tender keçirənə təqdim edilir.Bu müddətdən gec təqdim olunmuş tender təklifi baxılmadan malgöndərənə qaytarılır və onun tenderdə iştirakına yol verilmir.
Digər sənədlər tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış 2013-cü il fevralın 1-də saat 17-dək satın alana çatdırılmalıdır. Təkliflər qiymətləndirildikdə və müqayisə edildikdə aşağıdakı meyarlar nəzərə alınmaqla malgöndərənlərə üstünlük veriləcəkdir:
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması;
-satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi imkanları;
-ən aşağı qiymət və yüksək keyfiyyət.
Tenderdə iştirak etmək istəyənlərin nəzərinə çatdırılır ki, satınalınacaq əmlaklar 1-ci, 2-ci, 4-cü, 5-ci və 7-ci lotlar üzrə 2013-cü ilin dekabr ayınadək, 3-cü lot üzrə iyun ayınadək, 6-cı, 8-ci və 9-cu lotlar üzrə isə sentyabr ayınadək DİN-in Mərkəzi Bazasına göndərilməlidir.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçiriləcəkdir.
Əlaqələndirici şəxslər- Habil Ağayev və Məhərrəm İbrahimov.
Telefonlar: 590-98-91, 590-80-22.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.