Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tovuz Rayon Mərkəzi Xəstəxanası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tovuz Rayon Mərkəzi Xəstəxanası 2013-cü il üçün tələb olunan dərman preparatları, sarğı materialları, ərzaq məhsulları, təsərrüfat inventarları avadanlıqlarının satınalınması və əsaslı təmir işlərinin aparılması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tovuz Rayon Mərkəzi Xəstəxanası 2013-cü il üçün tələb olunan dərman preparatları, sarğı materialları, ərzaq məhsulları, təsərrüfat inventarları avadanlıqlarının satınalınması və əsaslı təmir işlərinin aparılması məqsədilə AÇIQ  TENDER  ELAN  EDİR

Tender 6 (altı) lot üzrə keçirilir: 

Lot-1. Dərman preparatlarının (əsas dərman preparatları, sarğı materialları, reaktivlər, vaksinlər və rentgenplyonkalar) satınalınması.

Lot-2. Narkotik və psixotrop dərmanların satınalınması.

Lot-3. Ərzaq məhsullarının satınalınması.

Lot-4. Təsərrüfat inventarlarının satınalınması.

Lot-5. Avadanlıqların satınalınması.

Lot-6. Əsaslı təmir işlərinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və   imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lotlar üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Tovuz Rayon Mərkəzi Xəstəxanasından ala bilərlər.

İştirak haqları lot-1 üçün 200 manat, qalan hər bir lot üçün isə 100 manatdır.

Təşkilat: Tovuz Rayon Yerli Xəzinədarlıq Orqanı 

Hesab: 32051019448200201182 

VÖEN: 7300102661

Bank: Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005  

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

SWİFT CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanlarından arayış;

- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat.

Sənədlər Azərbaycan dilində 2 nüsxədən ibarət  olunmalıdır. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 30 yanvar 2013-cü il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 7 fevral 2013-cü il saat 17.00-a qədər Tovuz Rayon Mərkəzi Xəstəxanasına (Ünvan: Tovuz şəhəri, Şəhriyar küçəsi, 38) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərfləri 8 fevral 2013-cü il saat 11.30-da qeyd olunan ünvanda açılacaqdır. Tenderdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Mirzəliyev Ədalət.

Tel.: 02231-5-31-42

Ünvan: Tovuz şəhəri, Şəhriyar küçəsi, 38.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında