Abşeron Suvarma Sistemləri İdarəsi

Abşeron Suvarma Sistemləri İdarəsi 2013-cü ildə cari və əsaslı təmir işlərinin yerinə yetirilməsi üçün mal və materialların satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Abşeron Suvarma Sistemləri İdarəsi 2013-cü ildə cari və əsaslı təmir işlərinin yerinə yetirilməsi üçün mal və materialların satınalınması məqsədilə AÇIQ  TENDER  ELAN  EDİR

Tender 3 Lot üzrə keçirilir:

Lot 1. Qapalı şəbəkələrin, təzyiqli boru xətlərinin, magistral kanalın, mexaniki avadanlıqların  əsaslı təmiri üçün mal-materialların və ehtiyat hissələrin  satınalınması.

Lot 2. Mexaniki və elektrik avadanlıqlarının , təzyiqli boru xətlərinin, beton kanalların, hidrotexniki qurğuların, istismar yollarının cari təmiri üçün mal-materialların və avadanlıqların satınalınması.

Lot 3. Mexanizmlərin cari təmiri üçün ehtiyat hissələrinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 30 manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Abşeron Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs: Ələsgərov Heydər Sədaqət oğlu. Telefon: 340-62-06) ala bilərlər.

Təşkilat : Abşeron Suvarma Sistemləri İdarəsi YXO

Hesab: 32051019442300601123

VÖEN: 3100030961

Bank: “Kapital bank”ın Abşeron filialı

Kod: 200231

VÖEN : 9900003611

Müxbir hesab: 0137010001944

SWİFT BİK - AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

– Tenderdə iştirak etmək üçün yazılı müraciət:

– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

– tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

– tender təklifinin dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış:

– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

– müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri ( tender təklifi və bank zəmanəti istisna olmaqla ) 22 yanvar 2013-cü il saat 18.00-a qədər , tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 29 yanvar 2013-cü il saat 18.00-a qədər Abşeron Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 30 yanvar 2013-cü il, saat  15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında