Azərbaycan Respublikası Şəki İşıqlanma İdarəsi

Azərbaycan Respublikası Şəki İşıqlanma İdarəsi 2013-cü ildə mal və materialların satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Şəki İşıqlanma İdarəsi 2013-cü ildə mal və materialların satınalınması ilə əlaqədar AÇIQ  TENDER   ELAN   EDİR

Tender 1 (bir) Lot üzrə keçirilir:

Lot-1. Mal və materialların satınalınması.

Malların təchizat müddəti aylar üzrə ilin sonuna kimidir. Tenderdə  iştirak  etmək  üçün iddiaçılar 80 (səksən) manat məbləğində pul  vəsaitini aşağıdakı  hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində  hazırlanmışdır.

İddiaçılar iştirak haqqını aşağıdakı bank hesabına  köçürməlidirlər.

Təşkilat:  Şəki İşıqlanma  İdarəsi.

Hesab: 33020019447002243170

VÖEN: 3000100571

Bank: “Kapital Bank”ın Şəki filialı

Kod: 200703

VÖEN: 9900003611

Müxbir hesab: 0137010001944

S.W.İ.F.T.  AİİBAZ2X 

İştirak haqqı  heç bir halda geri qaytarılmır.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: mövcud  qanunvericiliyə uyğun olaraq ən səmərəli tender təklifinə, yüksək keyfiyyətə, analoji işlər üzrə təcrübəsinə, kadr potensialına, maliyyə və texniki imkanlarına.

İddiaçılar tenderdə iştirak etmək üçün 25 yanvar 2013-cü il saat 17.00-a qədər aşağıdakı  sənədləri təqdim  etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;   

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair  yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- iddiaçının son bir ildəki maliyyə  vəziyyəti haqqında bank arayışı;

-  iddiaçının son bir ildəki fəaliyyəti  haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (forma-1 və forma-2);

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- analoji işlərdə təcrübəsi, iddiaçıların potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat;

- iddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.

Tender  təklifləri  2  (iki)  nüsxədə  (əsli  və  surəti) 5 fevral 2013-cü il saat 17.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Şəki İşıqlanma İdarəsinə təqdim edilməlidir.

Tender təklifləri açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır.

Tender təklifi dəyərinin 1 %-i  dəyərində  bank təminatı tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə  təqdim olunmalıdır. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır.

İddiaçıların tender zərfləri 6 fevral 2013-cü il saat 11.00-da Şəki İşıqlanma İdarəsində açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Tender haqqında məlumatları aşağıdakı ünvandan  almaq  olar:

Şəki İşıqlanma  İdarəsinin tender komissiyası.

Əlaqələndirici şəxs: Əhmədov Tərlan Nadir oğlu.

Telefon: 0177-4-45-17

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında