Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazası 2013-cü ilin birinci yarımilliyində avtomobil ehtiyat hissələrinin satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazası 2013-cü ilin birinci yarımilliyində avtomobil ehtiyat hissələrinin satınalınması üçün AÇIQ  TENDER  ELAN  EDİR

Tender 4 (dörd) lot üzrə keçirilir:

Lot-1. “Mercedes-Vito” avtomaşınları üçün ehtiyat hissələrinin satınalınması.

Lot-2. “Mercedes-Sprinter” avtomaşınları üçün ehtiyat hissələrinin və “Mercedes-Sprinter”, “Mercedes-Vito” avtomobilləri üçün kuzov şüşələrinin satınalması.

Lot-3. Rusiya istehsalı olan “Qazel”, “Sobol”, “UAZ”, “Volqa” və digər xarici markalı avtomaşınlar üçün ehtiyat hissələrinin satınalınması.

Lot-4. Avtomaşınlar üçün avtoşinlərin və akkumulyator batareyalarının satınalınması.    İddiaçılar öz tender təkliflərini bütün vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.   Üstünlük veriləcək meyarlar: ən sərfəli qiymət, yüksək keyfiyyət (orijinal ehtiyat hissələri), bu sahədə peşəkarlıq, maliyyə imkanları və malların cədvələ uyğun təhvili.  

Potensial imkanları olan iddiaçılar tenderin əsas şərtlər toplusunu Bakı Baş Səhiyyə İdarəsinin təcili yardım avtobazasının hesablaşma hesabına hər bir lot üçün 100 manat məbləğində iştirak haqqını ödədikdən sonra 18 yanvar 2013-cü il tarixədək Bakı, N.Quliyev küçəsi, 5 nömrəli ünvanda əlaqələndirici şəxs A.Cəfərlidən ala bilərlər:

Azərbaycan Respublikası Beynəlxalq Bankı Nəsimi filialı

Kod:805614

M/h: AZ03NABZ01350100000000002944

VÖEN: 9900001881 İBAZAZ 2X

Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin 8 saylı xəzinədarlıq İdarəsi

h/h: 33205019449702001207

VÖEN: 1401555911

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək istəyən bütün iddiaçılar aşağıdakı sənədləri hazırlayıb tender komissiyasına təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvan, poçt indeksi, telefon nömrəsi, rəhbərin adı və soyadı göstərilməklə imzalanmış və möhürlənmiş olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə sənəd;

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 2%-i həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur);

- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusda təsdiq edilmiş surəti).  

Tenderdə iştirak etmək istəyən iddiaçılar yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 25 yanvar 2013-cü il tarixdən gec olmayaraq təcili yardım avtobazasının tender komissiyasına təqdim etməlidirlər.  

İddiaçılar tender təkliflərini bir ədəd əsli, bir ədəd surəti ikiqat zərfə qoyaraq imzalanmış, möhürlənmiş şəkildə 5 fevral 2013-cü il saat 17:00-dək tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan iddiaçılara qaytarılacaqdır.

Təklif zərfləri 6 fevral 2013-cü il saat 11:00-da təcili yardım avtobazasında açılacaqdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.    

Telefon: 541-54-80

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında