Xaçmaz Rayon Mərkəzi Xəstəxanası

Xaçmaz Rayon Mərkəzi Xəstəxanası 2013-cü il üçün dərman preparatları, sarğı materiallarının və ərzaq məhsullarının satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Xaçmaz Rayon Mərkəzi Xəstəxanası 2013-cü il üçün dərman preparatları, sarğı materiallarının və ərzaq məhsullarının satınalınması ilə əlaqədar AÇIQ  TENDER  ELAN  EDİR

Dərman preparatları və sarğı materiallarının satınalınması üçün tender 2-LOT üzrə keçirilir.

LOT-1. Narkotik və psixotrop dərmanların satınalınması.

LOT-2. Digər dərman və sarğı ləvazimatlarının satınalınması.

Ərzaq məhsullarının satınalınması üçün tender 3-LOT üzrə keçirilir.

Lot-1. Ət və süd məhsullarının satınalınması.

Lot-2. Digər ərzaq məhsullarının satınalınması.

LOT-3. Çörəyin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uygun olaraq yuxarıda göstərilən işlər üzrə öz yazılı tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlanmış zərfdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: yüksək keyfiyyət, aşağı qiymət və müqavilənin vaxtında yerinə yetirilməsi.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər. Əlaqələndirici şəxs: Şeydayeva Gülnarə.

Telefon nömrəsi: (0172023-32)5-25-50. Ünvan: Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 49, Xaçmaz Rayon Mərkəzi Xəstəxanası.

Dərman preparatları və sarğı materiallarının satınalınması üçün tenderdə iştirak etmək istəyənlər LOT-lar üçün əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqlarını köçürdükdən sonra yuxarıda göstərilən ünvandan ala bilər.

LOT-1 - 50 manat

LOT-2 - 200 manat

Ərzaq məhsullarının satınalınması üçün tenderdə iştirak etmək istəyənlər LOT-lar üçün əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.

LOT-1 - 50 manat

LOT-2 - 50 manat

LOT-3 - 20 manat

Təşkilat: Xaçmaz Dövlət Xəzinədarlıq Agentliyi   Xaçmaz Rayon Mərkəzi Xəstəxanası

Hesab: 0132030003944

VÖEN: 7700155521

Bank “Dövlət Xəzinədarlıq Agentliyi”

Kod: 2100051401555071

S.W.İ.F.T BİK-CTREAZ 22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tender təklifi (tender zərfləri açıldıqdan sonra 30 bank günü qüvvədə olmalıdır).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14  yanvar 2013-cü il saat 11:00-dək, tender təkliflərini və bank təminatını isə 21 yanvar 2013-cü il saat 15:00-dək təqdim edə bilərlər. Göstərilən vaxtdan gec təqdim olunan təkliflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 22 yanvar 2013-cü il saat 11:00-da Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 49 nömrəli ünvanda açılacaqdır.   İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında