“Azərlotereya”nın yeni uduş rekordları

Qəbələ rayonu, Bunud kənd sakini, 66 yaşlı İsmayılov Qədim Həmdi oğlu adəti üzrə “Uğur” lotereyasını alarkən, heç ağlına da gəlmirdi ki, 2012-ci ili böyük uğurla başa vuracaq.

Qəbələ rayonu, Bunud kənd sakini, 66 yaşlı İsmayılov Qədim Həmdi oğlu adəti üzrə  “Uğur” lotereyasını alarkən, heç ağlına da gəlmirdi ki,  2012-ci ili böyük uğurla başa vuracaq. Bakıda qızıgildə qonaq olan Qədim müəllim televizorda tiraj başlayarkən biletlərini uşaqlara verir ki, yoxlasınlar. Bir neçə dəqiqədən sonra, “udduq, udduq!” çığırtısı onun 29 020 manat məbləğində  “Cek Pot”a sahib olmasından xəbər verirdi. Amma o, 29020 manatlıq uduşun bu il üçün son uğur olması ilə razılaşmır.

Doğrudan da, lotereya həvəskarlarını ilin sonuna qədər neçə-neçə uduşlar gözləyir və çox ola bilsin ki, əslində Qədim kişinin uğur ili hələ başa çatmayıb. Təki olsun! Bəlkə bu rekordu 22 yaşlı Atakişiyev Ravi Əziz oğlu təzələyəcək? Özü dediyi kimi, “çörək qazanmaq” üçün hər bir işin “qulpundan yapışır”. Lotereya oyunlarına elə də həvəsi yoxdur. Sadəcə, bazarda “birdən beyninə düşüb”, bir ədəd “Klassik Loto” bileti alıb və indi “Sunny” avtomobilinin sahibidir. Bakı sakini Abuzarov Parzalı Muştağ oğlu, Ravidən fərqli olaraq, lotereya həvəskarıdır. 52 yaşı olmasına baxmayaraq, dörd nəvənin babası Parzalı el arasında deyildiyi kimi, “taksovat”lıq edir. “Binqo” lotereyasının 101-ci tirajında 37 bilet alıbmış. Görünür, qismətini əsl məqamında tutub. Bu tirajda o, Chevrolet “Aveo” avtomobilinə sahib oldu.

Ay yarım bundan qabaq, iştirakçılara 43 150 manat məbləğində “Cek Pot” bəxş edən “5/36” lotereyasında Bakı sakini Məmmədov Şeyda Əliyar oğlu 2 953  manat, Sumqayıt sakini Hüseynov Zirəddin Qiyas oğlu isə 2700 manat udmuşlar və yeni “Cek Pot” artıq 65 000 manatadək yüksəlmişdir. Ötən yazımızda qeyd etmişdik ki, hal-hazırda, ölkə lotereya bazarının bütün tarixi ərzində görünməyən  uduşlar oynanılır. “Binqo” və “Klassik loto” kimi oyunlarda əsas uduşlar 150 000 manatlıq, “Uğur” və “6/40” lotereyalarında 100 000 manatlıq həddi keçiblər və artmaqdadırlar. “Azərlotereya” ASC isə öz prinsiplərinə sadiq qalaraq yeni layihələri ərsəyə gətirməkdədir. Yaxın günlərdə yeni “Qızıl Onluq” lotereyasevərlərin ixtiyarına verilir. Yeni ildən başlayaraq,  hər cümə, “Spase” telekanalında, canlı yayımda tirajı keçiriləcək bu oyun unikallığı ilə seçilir. Belə ki, biletin üzərində 1-dən 80-dək olmaqla, müxtəlif kombinasiyalarla on müxtəlif nömrə əks olunur. Oyun iştirakçıları özləri də pulsuz paylanacaq xüsusi blanklarda istədikləri variantları qeyd edərək xüsusi terminallardan biletləri əldə edə bilərlər. İçərisində 1-dən 80-dək nömrələnmiş şarlar yerləşdirilən lototrondan iyirmi ədəd şar çıxarılır və üzərində olan 10 rəqəmdən 5-i, 6-sı, 7-si, 8-i, 9-u lototrondan çıxan rəqəmlərlə uyğun olan və yaxud heç biri oynanılan rəqəmlərlə uyğun gəlməyən bütün biletlər  uduşlu sayılırlar. Üzərindəki 10 rəqəmdən 10-u da lototrondan çıxan rəqəmlərlə uyğun olan biletin sahibi isə “Qızıl Onluq”un xoşbəxt qalibi və “Cek-Pot”un sahibi olur. Yeri gəlmişkən, “Qızıl Onluq” lotereyasının biletlərini dekabr ayının sonundan satış məntəqələrindən əldə edə bilərsiz.

Cari ilin sonuna gəldikdə isə, lotereyasevərlər ənənəvi oyunlarda hər həftə oynanılan 100% uduşlu Şevrolet “Aveo”,  Nissan “Sunny” və Kia “Rio”,  avtomobilləri ilə yanaşı, yeni il ərəfəsində daha 5 avtomobilə sahib ola bilərlər.  Lotereya həvəskarlarının çoxu artıq bu layihələrin iştirakçıları kimi səbirsizliklə tirajları gözləyirlər. Bu oyunlarda onları çoxlu  pul uduşları ilə yanaşı, dekabrın 26-da “Yeni il Sevincləri”ndən Kia “Rio” və yeni Hyundai “Santa Fe”, dekabrın 28-də “Qış Möcüzəsi”ndən unikal Dodge “DURANGO”,  dekabrın 31-də isə “Super Binqo”dan Volkswagen “Passat” və  Kia “Optima” avtomobilləri gözləyir. Gəlin, 2013-cü ilə böyük uduş sevinci ilə qədəm basaq!


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında