TENDERDƏ İŞTİRAKLA BAĞLI DƏVƏT

Dərc edilmə tarixi: 21 noyabr 2012-ci il AZƏRBAYCAN RESPUBLİKASI Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi

 

Dərc edilmə tarixi: 21 noyabr 2012-ci il AZƏRBAYCAN  RESPUBLİKASI Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi

FARABİ sisteminin fəaliyyəti üçün avadanlıq və proqram təminatı platformalarının satınalınması

Kredit №. 4405 AZ Qrant №. TF057849

IFB-ICB -   # C2.3.2a /2012

1.Tenderdə iştirakla bağlı dəvət (İFB) bu layihə haqqında 15 dekabr 2009-cu il tarixdə UNDB internet səhifəsində dərc olunan ümumi satınalmalar elanına (ÜSE) riayət edir.

2.Azərbaycan Respublikası Maliyyə Nazirliyi Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsinin icrası məqsədilə İnkişaf və Yenidənqurma Beynəlxalq Bankı tərəfindən maliyyə vəsaiti qəbul etmişdir və bu vəsaitlərdən yuxarıda qeyd olunan TİD əsasında bağlanacaq müqavilə üzrə satın alınacaq məsləhətçi xidmətlərinin ödənilməsini nəzərdə tutur: # 2.3.2a.  Layihə Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdiriləcək. Tender Dünya Bankının uyğun qaydaları və prosedurları ilə idarə olunacaq.

3.Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu layihə çərçivəsində icraedici orqan kimi çıxış edir və FARABİ sisteminin fəaliyyəti üçün avadanlıq və proqram təminatı platformalarının satınalması üçün iddiaçılar tərəfindən möhürlənmiş təklifləri təqdim etməyə dəvət edir. FARABİ sistemi Büdcə Təşkilatları üçün Beynəlxalq Mühasibat Standardlarına (BTBMS) əsasən avtomatlaşdırılmış maliyyə və mühasibat uçotu hesabatlarının təqdimatı, mühasibat uçotu funksiyasının toplanması və mərkəzləşdirilməsi, analitik hesabat üçün biznes kəşfiyyat sisteminin yaradılması, pul axınlarının idarə olunması sisteminin təkmilləşdirilməsi, habelə Azərbaycan Respublikasının büdcə təşkilatlarının bu və ya digər ibtidai və orta biznes proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması üçün bazanın yaradılması üçündür. Təchizatı və quraşdırılması müddəti müqavilə imzalandığı gündən 180 gündür.

4.Tender Dünya Bankının “İBRD Qrant və İDA Krediti” təlimatlarında, may 2004, oktyabr 2006 və may 2010 təkmilləşdirilmişdir, qeyd edilən beynəlxalq müsabiqəli tender qaydalarına əsasən keçiriləcək və təlimatlarda göstərildiyi kimi  aşağıdakı tələblərə cavab verən bütün müvafiq iddiaçılara açıqdır:

Maliyyə potensialı

Dövriyyə

I. Son üç il (2009 -2010 - 2011) iddiaçının orta illik dövriyyəsi $ 4,0 milyon ABŞ dolları və ya ekvivalentindən artıq olmalıdır.

II. İlin əvvəlinə və sonuna pul vəsaitləri və onların ekvivalentlərinin orta həcmi son üç il ərzində (2010 -2011-2009) müsbət olmalıdır.

Likvidlik

Ən azı 0,5 milyon ABŞ dolları həcmində və ya ekvivalenti formasında əsas vəsait.

Birgə müəssisə olduğu halda aparıcı şirkətin əsas vəsaitləri 50 faizdən az olmamalıdır.

Təcrübə və Texniki Göstərici

Təcrübə

İştirakçı aşağıda qeyd olunan tələblərə cavab verməsi haqqında təsdiqlənmiş sənəd təqdim etməlidir:

Tender iştirakçısı son beş ildə hər biri  büdcəsi ən azı 2,5 milyon ABŞ dolları həcmində  35 və ya daha çox ali təhsil müəssisələrinin sistemi və istifadəçilərinin təlimi üzrə ilkin konfiqurasiya üçün tələb olunan proqram təminatının alınması sahəsində oxşar iki (2) uğurlu müqavilə icra etməlidir.

Heyət

VI bölmə  texniki göstəricilər hissəsində qeyd olunduğu kimi  iddiaçı fərdi və ya birgə müəssisə formasında ən azı aşağıdakı ixtisaslar üzrə işçi heyəti təqdim etmələdir:

a)Layihə meneceri,

b)Windows Sistemi Administratoru,

c)UNIX Sistemi Administratoru,

d)Şəbəkə və təhlükəsizlik administratoru,

e)Məlumatalar bazası üzrə Administrator,

f)Təlimçi (lər)

g)Saxlama sistemləri administratoru

Xüsusilə sistem tapşırığı üçün iddiaçı müntəzəm iş əsasında tam ştatlı işçi qüvvəsini təqdim etməlidir.

Sertifikatlaşdırma

İddiaçı VI bölmə texniki tələbat 2.0.1 maddəsinə əsasən sertifikatlaşdırma ilə təmin etməyə məsuldur. 

5.Maraqlı olan iddiaçılar daha ətraflı məlumat və tender sənədlərini nəzərdən keçirmək üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyindən aşağıdakı ünvana səhər saat 10.00-dan 17.00-a qədər müraciət edə bilərlər.

6. İngilis dilində tam formada olan tender sənədini maraqlı iddiaçılar aşağıdakı ünvana ərizə yazmaqla və geri qaytarılmayan 200 ABŞ dolları və ya 160 AZN məbləğində pul köçürməklə əldə edə bilərlər. Ödəniş aşağıdakı bank hesabına köçürmə ilə həyata keçiriləcək.

Benefisiar: Azərbaycan Respublikası Maliyyə Nazirliyi nəzdində KBSHL-nin Layihənin İdarəetmə Qrupu

VÖEN: 1400108191

H/h: 33308039449330224120

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti  Premyer Müştəri Xidməti Filialı  Kod: 805250

M/h: AZ03NABZ01350100000000002944

Bankın VÖEN-i: 9900001881

S.W.İ.F.T:  İBAZAZ2X

7.Yeli çatdırılma üçün sənədlər e-mail ilə göndəriləcəkdir. Tələb olunan halda tender sənədlərini kuryer xidmətləri göndərəcək və əlavə olaraq bu xidmət üçün qaytarılmayan 100 AZN (bir yüz manat) və ya 125 ABŞ dolları (bir yüz iyirmi beş ABŞ dolları) məbləği qeyd olunan hesab nömrəsinə köçürülməlidir. Layihənin İdarəetmə Qrupu çatdırılma ilə bağlı hər hansı gecikmələr və ya göndərilən sənədin alınmamasına cavabdeh deyildir. 

Tender təkliflərinin dəyəri 80,000 ABŞ dolları  və ya sərbəst konvertasiya oluna bilən valyutadan az olmamaqla sığortalanmalıdır 15 yanvar 2013-cü il Bakı vaxtı ilə saat 17:00-a qədər aşağıdakı ünvana təqdim edilməlidir. Göstərilən tarixdən sonra təqdim olunmuş təkliflər geri qaytarılacaqdır. Təkliflər iştirak etmək istəyən iddiaçıların iştirakı ilə 18 yanvar 2013-cü il  Bakı vaxtı ilə saat 17:00-da aşağıda qeyd olunan ünvanda açılacaqdır.

8.Mövcud tender iştirakçılarının diqqəti onlar təkliflərində bütün proqramların qüvvədə olan lisenziya ilə əhatə olunması və ya tender iştirakçısı tərəfindən istehsal edilməsinin tələb olunması pozuntu və saxtakarlıq hesab edilir ki, bu da Dünya Bankının maliyyələşdirdiyi müqavilə üçün  onların qeyri-münasib olması ilə nəticələnə bilər.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Cənab Fuad Nəsirov Layihənin İdarəetmə Qrupunun direktoru Ünvan: Səməd Vurğun küçəsi, 83, AZ 1022, Bakı, Azərbaycan Tel: (994 12) 404 47 27; 404 47 16 E-mail:  [email protected]; [email protected] Web site: www.maliyye.gov.az 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında