Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011/2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün dərsliklərin hazırlanmasını və çapını təşkil etmək məqsədilə açıq tender (satınalma müsabiqəsi) elan edir

1. Açıq tender aşağıdakı 27 lot üzrə keçirilir.

{nl}

Lot №si Dərsliyin adı və sinfi Həcmi (çap vərəqi ilə) Formatı Mətnin və cildin rəngi Çap üsulu
VII sinif
1 Zoologiya (rus dilinə tərcüməsi ilə birlikdə) 7,5 70x100 1/16 Tam rəngli Ofset
2 İnformatika (rus dilinə tərcüməsi ilə birlikdə) 8 70x100 1/16 Tam rəngli Ofset
3 Fransız dili 16 60x84 1/8 Tam rəngli Ofset
4 Rus dili 13 70x100 1/16 Tam rəngli Ofset
5 Literatura 13 70x100 1/16 Tam rəngli Ofset
6 Russkiy yazık 9 70x100 1/16 Tam rəngli Ofset
VIII sinif
7 Azərbaycan Respublikasının fiziki coğrafiyası (rus dilinə tərcüməsi ilə birlikdə) 7,5 70x100 1/16 Tam rəngli Ofset
8 Azərbaycan Respublikasının sosial- iqtisadi coğrafiyası (rus dilinə tərcüməsi ilə birlikdə) 5,5 70x100 1/16 Tam rəngli Ofset
9 Zoologiya (rus dilinə tərcüməsi ilə birlikdə) 7,5 70x100 1/16 Tam rəngli Ofset
10 Fransız dili 12 60x84 1/8 Tam rəngli Ofset
11 Rus dili 11 70x100 1/16 Tam rəngli Ofset
12 Alman dili 12 70x100 1/16 Tam rəngli Ofset
13 Russkiy yazık 9 70x100 1/16 Tam rəngli Ofset
IX sinif
14 Yeni tarix (rus dilinə tərcüməsi ilə birlikdə) 7,5 70x100 1/16 Tam rəngli Ofset
15 İnsan (Biologiya) (rus dilinə tərcüməsi ilə birlikdə) 9 70x100 1/16 Tam rəngli Ofset
16 Fransız dili 14 60x84 1/8 Tam rəngli Ofset
17 Rus dili 11 70x100 1/16 Tam rəngli Ofset
18 Literatura 13 70x100 1/16 Tam rəngli Ofset
19 Russkiy yazık 7,5 70x100 1/16 Tam rəngli Ofset
X sinif
20 İnsan və cəmiyyət (rus dilinə tərcüməsi ilə birlikdə) 8,5 70x100 1/16 Tam rəngli Ofset
21 Gənclərin cağırışaqədərki hazırlığı (rus dilinə tərcüməsi ilə birlikdə) 11 70x100 1/16 Tam rəngli Ofset
22 Russkiy yazık 7,5 70x100 1/16 Tam rəngli Ofset
XI sinif
23 İnsan və cəmiyyət (rus dilinə tərcüməsi ilə birlikdə) 8,5 70x100 1/16 Tam rəngli Ofset
24 Gənclərin cağırışaqədərki hazırlığı (rus dilinə tərcüməsi ilə birlikdə) 13 70x100 1/16 Tam rəngli Ofset
25 Rus dili 11 70x100 1/16 Tam rəngli Ofset
26 Fransız dili 14 60x84 1/8 Tam rəngli Ofset
27 Russkiy yazık 7,5 70x100 1/16 Tam rəngli Ofset

{nl}

II.Tenderdə nəşr və çap sahəsində peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı olan nəşriyyat-poliqrafiya müəssisələri (müəllif və ya müəlliflər qrupu ilə birlikdə) iştirak edə bilərlər.
III.Tender "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir. Tenderin prosedur qaydaları, təkliflərin təqdim edilməsi və qiymətləndirilmə meyarları "Əsas şərtlər toplusu"nda öz əksini tapır.
IV.Tenderdə iddiaçı statusu almaq istəyənlər elan dərc olunduğu gündən 27.07.2010-cu il tarixə kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:
Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
Dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında 2010-cu ildə təsdiq edilmiş surəti;
Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnaməsinin notariat qaydasında 2010-cu ildə təsdiq edilmiş surəti;
Nizamnaməsinin (Əsasnaməsinin) notariat qaydasında 2010-cu ildə təsdiq edilmiş surəti.
Vergi və sair icbari ödənişlərə dair borclarının olub-olmaması haqqında vergi orqanları tərəfindən verilmiş arayış (sənədlərin təqdim edildiyi tarixə);
Son bir ildəki maliyyə dövriyyəsi haqqında bank tərəfindən verilmiş arayış və bank rekvizitləri;
Son bir ildəki maliyyə vəziyyətini əks etdirən və vergi orqanları tərəfindən təsdiq olunmuş balansı (forma №2 ilə birlikdə) və ya vergi bəyannaməsi;
Nəşr və çap işləri sahəsindəki təcrübəsi barədə məlumat;
Sənədlər təqdim olunan vaxta Dövlət Sosial Müdafiə Fonduna verilmiş hesabatın surəti və Dövlət Sosial Müdafiə Fondunun arayışı;
Nəşriyyatın (mətbəənin) işçiləri, avadanlıqları və çap maşınları haqqında məlumat;
Məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;
İşin icrası ilə bağlı subpodratçı qismində başqa mətbəələrdən istifadə olunub- olunmayacağı barədə məlumat (əgər istifadə olunacaqsa həmin mətbəə ilə tender iştirakçısı arasında bağlanmış müqavilənin (və ya hüquqi sənədin) təsdiq olunmuş surəti əlavə olunur).
Qeyd: İddiaçı təqdim etdiyi sənədlərin, o cümlədən ixtisas göstəricilərinə dair məlumatların doğruluğuna görə məsuliyyət daşıyır.
V.Tenderdə iştirak haqqı aşağıdakı kimi müəyyən edilmişdir:
I lot üzrə -765 manat (yeddi yüz altmış beş manat)
II lot üzrə - 815 manat (səkkiz yüz on beş manat)
III lot üzrə - 85 manat (səksən beş manat)
IV lot üzrə - 150 manat (yüz əlli manat)
V lot üzrə -70 manat(yetmiş manat)
VI lot üzrə - 50 manat(əlli manat)
VII lot üzrə - 775 manat(yeddi yüz yetmiş beş manat)
VIII lot üzrə- 570 manat (beş yüz yetmiş manat)
IX lot üzrə - 775 manat (yeddi yüz yetmiş beş manat)
X lot üzrə - 70 manat (yetmiş manat)
XI lot üzrə - 130 manat (yüz otuz manat)
XII lot üzrə - 55 manat (əlli beş manat)
XIII lot üzrə - 55 manat(əlli beş manat)
XIV lot üzrə - 840 manat (səkkiz yüz qırx manat)
XV lot üzrə - 1000 manat (min manat)
XVI lot üzrə - 95 manat (doxsan beş manat)
XVII lot üzrə - 145 manat (yüz qırx beş manat)
XVIII lot üzrə - 80 manat (səksən manat)
XIX lot üzrə - 45 manat (qırx beş manat)
XX lot üzrə - 815 manat (səkkiz yüz on beş manat)
XXI lot üzrə - 1050 manat (min əlli manat)
XXII lot üzrə - 45 manat (qırx beş manat)
XXIII lot üzrə - 845 manat (səkkiz yüz qırx beş manat)
XXIV lot üzrə - 1285 manat (min iki yüz səksən beş manat)
XXV lot üzrə - 115 manat (yüz on beş manat)
XXVI lot üzrə - 105 manat (yüz beş manat)
XXVII lot üzrə - 50 manat (əlli manat)
Tenderin "Əsas şərtlər toplusu" tenderdə iştirak edəcəyi hər bir lot üzrə müəyyən edilmiş məbləğdə iştirak haqqı ödəyən iddiaçıya veriləcəkdir.
İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:
Bakı şəhəri, Az 1008, Xətai prospekti, 49, Azərbaycan Respublikası Təhsil Nazirliyi, VÖEN 1500046011, Beynəlxalq Bankın Mərkəzi Filialı, VÖEN: 9900001881, Kod 805722, Müxbir hesab 0137010002944, S.W.I.F.T. - Bik IBAZAZ 2 X, MN-DXA-nın 1 saylı Xəzinədarlıq İdarəsi, VÖEN: 1700986181,
Hesab № 33205019449328518204
Qeyd: İştirakçıların iddiaçı statusu almaq üçün tender keçirənə ödədikləri iştirak haqqı heç bir halda geri qaytarılmır.
VI.İddiaçılar tender elanında və ya "Əsas şərtlər toplusu"nda göstərilən bütün lotlar və ya hər lot üzrə yalnız bir təklif verə bilərlər. Hər bir lot üzrə azı üç təklif təqdim olunduqda tender proseduru baş tutmuş hesab edilir. Üçdən az təklif daxil olan lot üzrə tender proseduru baş tutmamış elan edilir və həmin lot üzrə təqdim olunan tender təklifləri (texniki və maliyyə təklifi) olan zərflər (bağlamalar) açılmır.
VII.Hər bir lot üzrə vahid tender təklifi təqdim olunmalıdır: Buna məzmun (keyfiyyət) və maliyyə qiymətləndirilməsi üçün verilən tender təklifləri daxildir:
- İddiaçı iştirak etdiyi hər bir lot üzrə təklifin təqdimat vərəqəsi ilə birlikdə hazırladığı dərsliyin son çap versiyasını özündə əks etdirən tam həcmdə rəngli maketini 5 (beş) nüsxədə (termoyapışqanla cildlənmiş şəkildə), dərsliklərin mətn və üz (cild) kağızlarının keyfiyyətini, cildləmə üslubunu, formatını, ümumi həcmini nümayiş etdirən hazır boş modelini 1 (bir) nüsxədə təqdim etməlidir.
-Dərsliyin rus dilinə olan tərcüməsi isə son çap versiyasını özündə əks etdirən 1 (bir) çap vərəqi həcmində (formata müvafiq olaraq 16 və ya 8 səhifə, cildi ilə birlikdə) olan mətn şəklində və rəngli maketi 1 (bir) nüsxədə təqdim olunmalıdır. Hər bir lot üzrə təqdim olunan dərsliyin maket və modelləri (Azərbaycan və rus dillərində) bir bağlamada (zərfdə və ya qutuda) təqdim olunur.
-Bağlamanın (zərfin) üzərində satınalan təşkilatın və iddiaçının adı, ünvanı, lot nömrəsi qeyd olunmalı, bağlandıqdan (yapışdırıldıqdan) sonra iddiaçı tərəfindən imzalanmalı və möhürlənməlidir.
-Dərsliklərin üzərində və içərisində iddiaçının və ya müəlliflərin adını açıqlayan hər hansı bir məlumat və ya müəllifin soyadı və adının qeyd olunacağı yerə işarəetmə, qeyd və digər şərti işarə olmamalıdır. Təqdim olunan komplektlərin cildləri plyonkasız və laminasiyasız olmalıdır.
-Dərsliklərin cildinin son səhifəsində pulsuz sözü yazılmalıdır.
Qeyd: Yalnız boş modellərin üzərinə onun hansı lota aid olduğunu bildirən, texniki şərtləri əks etdirən yarlıq (etiket) vurulmalı və onların bloku sap-tikişlə olmalı, üzlüyü (cildi) isə termoyapışqanla bərkidilərək laminasiya edilməlidir.
-İddiaçı iştirak etdiyi hər bir lot üzrə dərsliyə dair qiymət təklifini (maliyyə təklifini), təklifin təqdimat vərəqəsini, təklifin dəyərinin 2%-i həcmində olan bank təminatını, "Dövlət satınalmaları haqqında" Qanunun və "Əsas şərtlər toplusu"nun tələblərinə uyğun hazırlayaraq bir ədəd "Əsli" və bir ədəd "Surəti" olmaqla ayrı-ayrı zərflərə qoyur və həmin zərfləri isə digər bir zərfə qoyaraq təqdim edir. Hər bir zərf iddiaçı tərəfindən imzalanmalı, möhürlənməli, üzərində satınalan təşkilatın və iddiaçının adı, ünvanı, lot nömrəsi qeyd olunmalıdır.
-Qiymət (maliyyə) təklifinin dəyərinə dərsliyin hazırlanması, nəşr və çap xərcləri, bütün poliqrafik materialların dəyəri, hazır məhsulun müəyyən edilmiş təyinat məntəqəsinə təhvil verilməsi, sığorta, müəllif (müəlliflər) və elmi redaktorun qonorarı, mövcud qanunvericiliyə uyğun olaraq bütün vergilər, rüsumlar, eləcə də Dövlət Sosial Müdafiə Fonduna ödəniş və s. xərclər daxildir.
-Verilən təklifdə (maliyyə təklifində) bütün rəqəmlər (və ya təklifin ümumi məbləği) həm də sözlə yazılmalıdır. Tələb olunduğu təqdirdə hər bir lotun dəyərinə dair kalkulyasiya təqdim olunmalıdır.
-İddiaçının tender təklifinin qüvvədə olma müddəti zərflər (bağlamalar) açıldığı gündən sonra azı 30 bank günüdür.
-Qiymət təklifinin dəyərinin 2%-i həcmində olan bank təminatının (bu təminat səlahiyyətli bankdan olmalıdır) qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən 60 bank günü artıqdır.
VIII.Qiymətləndirilmə:
Dərsliklərin model və maketləri olan zərflər (bağlamalar), yəni texniki tender təklifi tender komissiyasının iclasında açılır və sənədləşdirilir, kodlaşdırılır və məzmun (keyfiyyət) qiymətləndirilməsinə təqdim olunur. Qiymət təklifi (maliyyə təklifi) olan zərflər isə açılmadan saxlanılır.
Məzmun (keyfiyyət) qiymətləndirilməsinin nəticələri tender komissiyasının iclasında elan edilir və bundan sonra kodlar açılır. Yalnız keçid balını toplamış dərsliklərin maliyyə təklifi olan zərf (zərflər) açılır və sənədləşdirilir. Qiymət təklifləri tender komissiyası tərəfindən təhlil edilir.
Keçid balını toplamayan iddiaçıların tender təklifi rədd edilmiş sayılır və onlara bildiriş göndərilir.
IX.Məzmun (keyfiyyət) üzrə tələb olunan keçid balını toplamış iddiaçılardan ən sərfəli (ən aşağı) qiymət təklif edəni tenderin qalibi hesab edilir və bu barədə ona bildiriş göndərilir. Tenderdə dempinq (dəyərindən çox aşağı) qiymət verən iddiaçının təklifi qiymətləndirilmədən kənarlaşdırılır. İddiaçının tenderə təqdim etdiyi maliyyə təklifində dempinq qiymətin verilməsi tender komissiyası və komissiyanın bu işə cəlb etdiyi peşəkar qiymətləndiricilər (ekspertlər) tərəfindən malların ehtimal olunan qiyməti əsasında müəyyən edilir.
Satınalan təşkilat tender təklifləri verilməsinin son müddəti qurtaranadək tenderin "Əsas şərtlər toplusu"na öz təşəbbüsü ilə və ya hər hansı iddiaçının sorğusuna cavab olaraq dəyişikliklər və əlavələr edə bilər. Bu barədə məlumat dərhal tenderin "Əsas şərtlər toplusu"nu almış bütün iddiaçılara göndərilir. Dəyişikliklər və əlavələr bütün iddiaçılar üçün məcburi qüvvəyə malikdir.
X. İddiaçıların hər bir lot üzrə dərsliyin model və maketləri olan təklif (texniki təklifi) zərfləri (bağlamalar) və dərsliklərin qiymət təklifi (maliyyə təklifi) olan zərfləri birlikdə 28 fevral 2011-ci il saat 18:00 - dək tender komissiyasına təqdim olunmalıdır. Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri qəbul edilmir.
Tender təklifləri (texniki təklif) olan zərflərin (bağlamaların) açılışı 1 mart 2011-ci il saat 15:00 - da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə təhsil nazirliyində keçirilir.
XI.Bütün tender sənədləri Azərbaycan dilində tərtib olunmalıdır.
Əlavə məlumat üçün bu ünvana müraciət etmək olar:
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri, Xətai prospekti, 49, II mərtəbə, 206-cı otaq, dərslik və nəşriyyat şöbəsi.
Əlaqə tel: 496-34-97, 489-99-86; Faks: (+99412) 496-93-29; 496-34-83, www.edu.gov.az e-mail: [email protected]

{nl}

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında