AZƏRBAYCAN RESPUBLİKASI YOL ŞƏBƏKƏSİNİN İNKİŞAF PROQRAMI MƏSLƏHƏT XİDMƏTLƏRİ: PROQRAM İDARƏÇİLİYİ ÜZRƏ MƏSLƏHƏTÇİ MARAQLARIN İFADƏ OLUNMASI SORĞUSU

Azərbaycan Respublikasının Hökuməti Asiya İnkişaf Bankından (AİB) borc almış və onun bir hissəsini avtomobil yolu sektorunun institusional gücləndirilməsi üzrə məsləhət xidmətlərinə dair ödənişlərə sərf etmək niyyətindədir. 
Tələb olunan xidmətlərə aşağıdakılar daxildir:
Proqram idarəçiliyi üzrə məsləhətçi "Azəryolservis" ASC-nin tərkibində fəaliyyət göstərən layihə idarəetmə qrupları üçün xidməti və digər ixtisaslaşdırılmış təlimlərin keçirilməsi ilə "Azəryolservis" ASC-nin iş potensialının eləcə də, gələcəkdə LİQ tərəfindən proqramdan sərbəst şəkildə istifadəni təmin etmək məqsədilə avtomobil yollarının layihələndirilməsi, satınalma, tikintiyə nəzarət, texniki xidmətin göstərilməsi, ekoloji və sosial təhlükəsizlik, maliyyə idarəetməsi, müqavilə və layihənin idarə olunmasında ümumi tədbirlərin həyat keçirilməsi üçün bacarıqların gücləndirilməsinə cavabdeh olacaqdır. Proqram idarəçiliyi üzrə məsləhətçi layihə və proqramın idarə edilməsi üçün hesabatları nəqliyyat nazirliyi və AİB-ə təqdim edilməsində "Azəryolservis" ASC-yə kömək göstərəcəkdir. Proqram idarəçiliyi üzrə məsləhətçinin əsas vəzifəsi potensialın gücləndirilməsindən ibarət olacaqdır. Proqram idarəçiliyi üzrə məsləhətçi proqramın tam idarəçiliyinə cavabdeh olmaqla proqramın icrası ilə əlaqədar hesabatları "Azəryolservis" ASC-yə, nəqliyyat nazirliyinə, proqram üzrə İcraçı Komitə və Asiya İnkişaf Bankına təqdim etməlidir.
Müfəssəl texniki tapşırıq qısa siyahıya daxil edilən məsləhətçilərə təqdim ediləcəkdir.
Nəqliyyat nazirliyinin "Azəryolservis" ASC hazırda məsləhətçi firmaları təklif olunan xidmətlər üzrə maraqlarını ifadə etməyə dəvət edir.
Maraq göstərən məsləhətçi firmalar təklif olunan xidmətlər üzrə ixtisasları barədə məlumat verməlidir (uyğun tapşırıqlar üzrə kitabçaları (broşürləri), uyğun şəraitdə təcrübələri, işçilərinin müvafiq ixtisas bacarıqları və s.). İxtisas göstəricilərini genişləndirmək üçün məsləhətçi firmalar assosiasiya şəklində maraqlarını ifadə edə bilər.
Məsləhətçi Asiya İnkişaf Bankının Qaydalarına uyğun olaraq keyfiyyət və dəyər əsasında seçim (KDSÜ) üsuluna müvafiq seçiləcəkdir. Nəzərdə tutulan işlər 2013-cü ilin aprel ayından gec olmayaraq başlanmalı və 2016-ci ilin aprel ayına qədər tamamlanmalıdır.
AİB-ə üzv olan ölkələrdən maraq göstərən məsləhətçi firmalar əlavə məlumatları yerli vaxtla saat 10:00-dan 16:00-a qədər aşağıda qeyd olunmuş ünvandan ala bilərlər.
Maraqların ifadəsi 20 dekabr 2012-ci il tarixdən gec olmayaraq aşağıda qeyd olunmuş ünvana çatdırılmalıdır.
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi
"Azəryolservis" ASC
Azərbaycan, AZ 1010 Bakı, Üzeyir Hacıbəyov küçəsi, 72/4
Tel: (+ 994 12) 493 6009
Fax: (+ 994 12) 493 6009
E-mail: [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında