Şriftin ölçüsü:
20.11.2012 11:35 | Oxunma sayı: 595
AÇIQ TENDER ELAN EDİR
Tender 2 lot üzrə keçirilir.
Lot 1. Ümumi təyinatlı dərman vasitələri, şəkərli və şəkərsiz diabet dərmanları, sarğı materialları, rentgen və flüoqrafiyada işlənən mallar, zərdablar. Narkotik və psixotrop dərmanlar, laborator reaktivlər, tibb ləvazimatları.
Lot 2. Ərzaq malları.
İddiaçılar lot-1 üçün 360 manat (üç yüz altmış), lot-2 üçün 60 manat (altmış) iştirak haqqını aşağıdakı hesaba ödədikdən sonra tenderin əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.
"Kapital bank"ın Qəbələ filialı
Kod: 200491
VÖEN: 990003611
Müxbir hesab: 4928010000 SWİFT BİK AII BAZ 2X Qəbələ YXO
Hesab: 32051019444900201149
VÖEN: 4400108761
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tender təklifinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: Mövcud qanunvericiliyə uyğun olaraq ən səmərəli təklifə, yüksək keyfiyyətə, analoji işlərdə təcrübəsinə, kadr potensialına, maliyyə və texniki imkanlarına.
İddiaçılar tenderdə iştirak etmək üçün 15 dekabr 2012-ci il saat 18:00-dək aşağıdakı sənədləri tender komissiyasına təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi qiymətinin 2% -i həcmində bank zəmanəti (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
-iddiaçıların son 1 il ərzindəki maliyyə vəziyyəti barədə bank arayışı;
-iddiaçıların son 1 ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-analoji işlər üzrə təcrübəsi, iddiaçının texniki və kadr potensialı haqqinda rəsmi məlumat.
Tender təklifi və bank zəmanəti 2 nüsxə olmaqla 20 dekabr 2012-ci il saat 18.00-dək bağlanmış və möhürlənmiş ikiqat zərfdə Qəbələ MRX-nın tender komissiyasına təqdim edilməlidir.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifləri 21 dekabr 2012-ci il saat 15.00-da MRX-nin tender komissiyası sədrinin otağında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Əlavə məlumatları (0-160) 5-13-46 saylı telefonla almaq olar.
Ünvan: Qəbələ şəhəri, Abbas Səhhət küçəsi, 12.
{nl}
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu
İmişli rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2012-ci il noyabrın 15-də İmişli rayonunun Bəhramtəpə qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirmişdir.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən İmişli rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- iri taxılçılıq təsərrüfatının yaradılması;
- müasir heyvandarlıq kompleksinin yaradılması;
- kiçik və orta həcmli bağçılıq təsərrüfatlarının yaradılması;
- müasir soyuducu anbar kompleksinin yaradılması.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.