"Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti lotereya biletlərinin çap edilməsi və satışının təşkili ilə əlaqədar açıq tenderə dəvət edir

Tender 2 lot üzrə keçirilir:
LOT-1 . Lotereya biletlərinin çap edilməsi (lotereya biletləri 2013-cü ilin yanvar ayının 1-dən 31 dekabr 2013-cü il tarixədək hər ay tələb olunan sayda və müddətdə çap edilib təhvil verilməlidir).
LOT-2. Lotereya biletlərinin satışının təşkili (lotereya biletlərinin 2013-cü ilin yanvar ayının 1-dən etibarən 31 dekabr 2013-cü il tarixədək hər ay tələb olunan sayda və müddətdə satışı təşkil olunmalıdır).

Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, anoloji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Bül bül prospekti, 19 ("Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti) ünvandan (əlaqələndirici şəxs: Abbasov Rüfət Rasim oğlu, telefon: 441 45 15) ala bilərlər.
LOT-1 -300 (üç yüz) manat
LOT-2 -400 (dörd yüz) manat

Təşkilat: "Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti
VÖEN: 1300053151
Hesab №-si 33307019449334144207
Bank: Azərbaycan Beynəlxalq Bankı, Nəsimi filialı
Kodu: 805614
VÖEN: 9900001881
Müxbir Hesab: Corr.AccAZ03NABZ0135010000000000 2944
S.W.I.F.T. Code: İBAZAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-Tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü güvvədə olmalıdır);
-tender təklifinin dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən zaı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları" haqqında Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 20 dekabr 2012-ci il saat 18:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 27 dekabr 2012-ci il saat 18:00-a qədər Bakı şəhəri, Bül bül prospekti, 19 ("Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti) ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təgdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 28 dekabr 2012-ci il tarixdə, saat 11:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

{nl}

Tender komissiyası

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında