Şriftin ölçüsü:
03.04.2010 04:02 | Oxunma sayı: 437
Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik (AYBA), Füzuli rayonunun kəndlərində müharibədən zərər çəkmiş 300 ədəd fərdi yaşayış evinin bərpası üçün layihə-smeta sənədlərinin hazırlanması ilə əlaqədar açıq tender keçirir.
İşlərin tərkibi:
1. Layihə -smeta sənədləri Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunmuş və Bərpa Agentliyi tərəfindən təsdiq edilmiş 300 yaşayış evinin siyahısı üzrə hazırlanmalıdır.
Evlərin yerləşdiyi yer, sahiblərin adları və ailə tərkibi Füzuli Rayon İcra Hakimiyyəti Aparatının, Bərpa Agentliyi və layihə təşkilatının nümayəndələrinin iştirakı ilə yerində tərtib edilməlidir.
2. Bütün evlər yerində baxılıb, müayinədən keçirilməlidir. Ehtiyac yaranan hallarda torpağın mühəndis-geoloji axtarışları aparılmalıdır. Müayinə vaxtı özüllərin, yük daşıyan konstruksiyalarının etibarlığı müəyyənləşdirilməlidir. Zəruri hallarda onların güjləndirilməsi və yaxud əvəzlənməsi nəzərə alınmalıdır.
3. Müayinə nəticəsində hər hansı bir evin əsas konstruksiyasının bərpası məqsədəuyğun deyilsə, mövjud tiplik layihələrdən istifadə edərək yeni evin tikilməsi nəzərə alınmalıdır.
4. Bir qayda olaraq, hər seçilmiş evin torpaq sahəsində ayaqyolunun bərpası və yaxud yeni tikintisi nəzərdə tutulmalıdır.
5. Hər ailə üçün yaşayış otaqlarından başqa mətbəx və eyvan bərpa olunmalıdır.
6. Bərpa olunacaq otaqların sayı Bərpa Agentliyinin meyarlarına əsaslanaraq layihələrdə öz həllini tapmalıdır. Məsələn, sadə bir ailə üçün (1-3 nəfərdən ibarət olan) - 1 otaq bərpa olunmalıdır; mürəkkəb tərkibli ailələr üçün - hər ailəyə və adambaşına 5 m2 sahə düşməklə, bir otaq bərpa olunmalıdır.
7. Qapıların lakla örtülmüş ağacdan və pəncərələrin metal-plastik materiallardan hazırlanması, parket üsulu ilə şüşələnməsi və taxta pəncərəaltlıqlarının quraşdırılması nəzərdə tutulmalıdır.
8. Evlərin fasadları bütövlüklə bərpa olunmalıdır: bütün xarici qapı, pəncərələr quraşdırılır, fasadlar yüksək keyfiyyətlə suvanır və suya davamlı boya ilə rənglənir, evlərin perimetr boyu 1 m enində asfalt və yaxud beton səkilər tikilir, fasada çıxan pilləkanlar və girişlər bərpa olunur.
9. Zərər çəkmiş dam örtüklərinin dalğavari, sinklənmiş metal dam örtükləri ilə əvəz edilməsi, su axıdan borular və navalçaların quraşdırılması nəzərə alınmalıdır.
10. Hər evin daxili elektrik təchizatı bərpa edilməlidir: hər bərpa olunan otağa 1 elektrik açarı, 2 ədəd elektrik rozetkası və 1 ədəd patron nəzərdə tutulur, ev üçün sayğaçı və qoruyucusu olan elektrik lövhəsi quraşdırılır və bina xarici enerji təchizatı sisteminə qoşulmalıdır. Bütün naqillər misdən olmalıdır.
11. Döşəmələr qalınlığı 25-28 mm şpuntlu taxtadan düzəldilməlidir və 2 dəfə yağlı boya ilə rənglənməlidir.
12. Tavanlara 8-10 mm qalınlığında dikt vurulmalı və yağlı boya ilə rənglənməlidir.
13. Bərpa olunan otaqların divarları yüksək keyfiyyətlə suvanmalı və emulsiya ilə rənglənməlidir.
Tenderdə iştirak etmək üçün iddiaçıların oxşar işlərin aparılması üzrə geniş təcrübəsi olmalıdır (iddiaçı son 3 ildə ən azı 3 dəfə müvəffəqiyyətlə təhvil verilmiş oxşar obyektlərin layihə-smeta sənədlərinin hazırlanması, müvafiq qaydada ekspertizadan keçirilməsi və rəsmilləşdirilməsində iştirak etməlidir).
Bərpa Agentliyi tərəfindən keçirilən tenderlərdə iddiaçıların son 3 ildəki işlərinin yüksək keyfiyyətlə və vaxtında başa çatdırılması bir qayda olaraq nəzərə alınacaqdır.
İddiaçılar tender sənədlərini rəsmi müraciət əsasında və Agentliyin aşağıdakı hesabına 300 manat köçürməklə əldə edə bilərlər.
AYBA-nın rekvizitləri: Azərbaycan Beynəlxalq Bankı:
Kod: 805250; VÖEN: 9900001881; Müxbir hesabı: 0137010002944; S.W.I.F.T. Kod: İBAZAZ 2X
Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik:
VÖEN: 1400294891, Hesab AZN: 13304029449330720120,
Hesab USD: 33314018409316687120.
Tender haqqında hərtərəfli məlumat almaq üçün iddiaçılar aşağıdakı ünvana müraciət edə bilərlər:
Azərbaycan Respublikası, Bakı şəhəri, AZ/1108, İbrahimpaşa Dadaşov küçəsi, 60, III mərtəbə.
E.R.Abdullayev (planlaşdırma üzrə menecer), tel: 5617025;
X.H.İsmayılov (məsləhətçi), tel: 5617269;
Faks: 5617098;
E-mail: [email protected]
Tenderdə iştirak etmək üçün iddiaçıların bağlı və möhürlənmiş zərflərdə iki nüsxədən ibarət olan təklifləri 17.05.2010-cu il yerli vaxtla saat 16.00-dək yuxarıda göstərilən ünvanda qəbul ediləcəkdir.
Tenderin açılış proseduru 18.05.2010-cu il saat 16.30-da AYBA-nın ofisində keçiriləcəkdir.{nl}
Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyinin tender komissiyası
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.