Azərbaycan Respublikası Təhsil Nazirliyi

Birbaşa tabeliyindəki internat tipli təhsil müəssisələrində oxuyan, dövlət təminatında olan şagirdlərin yeməklə təmin olunması üçün həmin təhsil müəssisələrinin ərzaq məhsulları ilə təchizatı və iaşə xidmətinin göstərilməsi məqsədilə
AÇIQ TENDER ELAN EDİR
Tenderin predmeti:
1-ci LOT :Fizika-riyaziyyat və informatika təmayüllü liseydə, S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında, kimya-biologiya təmayüllü respublika liseyində, Azərbaycan Milli Konservatoriyasının nəzdində incəsənət gimnaziyasında, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyada, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində təhsil alan, dövlət təminatında olan şagirdlərin yeməklə təmin edilməsi üçün bu təhsil müəssisələrinin ərzaq məhsulları ilə təchizatı və iaşə xidmətinin göstərilməsi;
2-ci LOT :Suraxanı rayonu sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 №-li xüsusi internat məktəbində təhsil alan, dövlət təminatında olan şagirdlərin yeməklə təmin edilməsi üçün bu təhsil müəssisəsinin ərzaq məhsulları ilə təchizatı;
Ərzaq məhsullarının təchizatı və iaşə xidmətinin göstərilməsi cədvəli tələbata uyğun gündəlik müəyyən edilmişdir.
Tender proseduru 26 dekabr 2012-ci il saat 15.00-da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə təhsil nazirliyinin iclas zalında keçiriləcəkdir.
Tender iştirakçılarına təklif edilir ki, tender təkliflərini tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq ikiqat bağlı zərfdə 25 dekabr 2012-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etsinlər.Tender təklifi və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Tender təklifləri zərflər açıldıqdan sonrakı dövrdə 30 bank günü qüvvədə olmalıdır.
Müəyyən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçı ərzaq məhsullarının alınması və iaşə xidmətinin göstərilməsi ilə bağlı ödənilməli olan vergi və rüsumları öz təklifində nəzərə almalıdır.
İddiaçılar tender təklifləri ilə birlikdə tender təkliflərinin 2 faizi həcmində 60 bank günü qüvvədə olan (zərflərin açıldığı tarixdən) bank təminatı təqdim etməlidirlər.
Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi zamanı ən sərfəli qiymətə, yüksək keyfiyyətə, ərzaq məhsulları ilə təchizat və iaşə xidmətinin göstərilməsi sahəsində peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, etibarlığı olan iddiaçılara üstünlük veriləcəkdir.
İddiaçı şagirdlərin gündəlik ərzaq məhsulları ilə təmin edilməsinə və iaşə xidmətinin göstərilməsinə təminat verməlidir.
Tenderdə iştirak etmək istəyənlər, təhsil nazirliyinin: VÖEN 1500046011, Beynəlxalq Bankın mərkəzi filialı, VÖEN 9900001881, h/h 33205019449328518204, kod 805722, müxbir hesab 0137010002944, S.W.İ.F.T. BİK İBAZAZ 2X, MN-DXA-nın 1saylı Xəzinədarlıq idarəsi, VÖEN 1700986181 hesabına hər bir lot üçün 100 manat məbləğində iştirak haqqı ödədikdən sonra tenderin Əsas şərtlər toplusunu tender komissiyasının əlaqələndiricisi İ.Mirzəhmədovadan ala bilərlər.(Bakı, Xətai prospekti, 49, otaq 308.Telefon: 496-33-52, Faks:496-07-03). İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
İştirakçılar tenderdə iştirak etmək hüququnu qazanmaq üçün 17 dekabr 2012-ci il saat 18.00-a kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə və ya məktub)
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-iddiaçının, tam adı hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və nizamnaməsinin notarial qaydada 2012-ci ildə təsdiq olunmuş surətləri;
-iddiaçının vergilərə və digər icbari ödənişlərə dair borcunun olub- olmaması haqqında arayışlar;
-iddiaçının son bir ildə maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış və bank rekvizitləri;
-iddiaçının son bir ildəki maliyyə vəziyyətini əks etdirən vergi bəyannaməsi;
-son üç ildə təhsil müəssisələrinin ərzaq məhsulları ilə təchizatı və şagirdlərə iaşə xidmətinin göstərilməsi sahəsində təcrübəsi barədə məlumat (geniş arayış);
-iddiaçının satınalma müqaviləsinin icrasını təmin etmək üçün maddi-texniki bazası, maliyyə imkanları, kadr potensialı haqqında məlumat;
-müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması barədə məlumat.
Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyən vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqdır.
Mal göndərənlərin satınalma prosedurunda iştirakına dövlət mənsubiyyətinə görə heç bir məhdudiyyət qoyulmur.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında