Şriftin ölçüsü:
08.11.2012 11:37 | Oxunma sayı: 493
T E N D E R E L A N E D İ R
Tender keçirən: Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Ünvan: Bakı şəhəri AZ 1022, S. Vurğun küçəsi, 83
1. Açıq tenderə razılaşdırılmış müddətdə və təqdim olunan texniki şərtlərə uyğun DDP Bakı (daşınma və sığorta xərclərini son təyinat yerinədək ödəmək) şərti ilə, Maliyyə Nazirliyinin aparatı üçün şəbəkə və telekommunikasiya avadanlıqlarının təchiz olunması təklif edilir.
Tender 2 (iki) lot üzrə keçirilir.
Lot-1. Maliyyə Nazirliyinin daxili kommunikasiya sistemi və rəqəmsal ATS-i üçün şəbəkə avadanlıqlarının alınması.
Lot-2. Maliyyə Nazirliyinin aparatı üçün multimediya, telekonfrans, səsləndirmə və prezentasiya avadanlıqlarının alınması.
2. Tender proseduru 2012-ci il dekabr ayının 26-da saat 11-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin V mərtəbəsində, otaq № 513 keçiriləcəkdir.
3. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
3.1. Tenderdə iştirak etmək üçün ərizə;
3.2. İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).
4. Tender təklifləri 2012-ci il dekabr ayının 25-də saat 10:00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinə təqdim olunmalıdır.
4.1. İstehsal şəraiti və məhsulları (xidmətləri) beynəlxalq standartların tələblərinə cavab verən, şəbəkə, kompüter avadanlıqlarının və proqram təminatının təchizində və satınalınmasında (və ya buna oxşar sahəsində) peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi-texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr tenderdə iştirak edə bilməzlər;
4.2. Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməlidir;
4.3. Təklif olunan məhsul beynəlxalq standartların tələblərinə cavab verən müvafiq sertifikatlara malik olmalıdır;
4.4. İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.
5. İddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdakı məlumatları bildirməlidir:
5.1. İddiaçının tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə;
5.2. İddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat;
5.3. İddiaçının son bir il əzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
6. İddiaçı təklifin dəyərinin 5 faizi həcmində bank təminatı təqdim etməlidir.
7. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin keçirəcəyi tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciət etdikdən və tenderdə iştirak üçün Lot-1 üçün - 300 manat (üç yüz), Lot-2 - 300 manat (üç yüz) və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi nəzərə alınmaqla bu məbləğlərin ABŞ dollarında ekvivalentini ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.
Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:
Azərbaycan Respublikası Maliyyə Naziliyi
MN DX 1 saylı Xəzinə İdarəsi
Hesablaşma hesabı: 33205019449328518204,
VÖEN: 17 009 861 81
Bank: Azərbaycan Respublikası Beynəlxalq Bankı
Kod: 805722,
Müxbir hesab: 0137010002944
VÖEN 9 900 001 881,
S.W.İ.F.T. Bik: İBAZAZ2X
8. Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin baş məsləhətçisi E. Qasımovdur. Əlavə məlumat almaq üçün 8 noyabr 2012-ci il tarixdən 25 dekabr 2012-ci il, saat 10:00-dan 18:00-dək müraciət etmək olar (fasilə saat 13-dən 14-dək).
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1022,
S.Vurğun küçəsi, 83, IV mərtəbə, 403-cü otaq
Telefon: (99412) 404-47-06 Faks: (99412) 404-47-20
9. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuş və ingilis dilinə tərcümə edilmişdir.
10.Tender "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçirilir.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.