Şriftin ölçüsü:
06.11.2012 13:09 | Oxunma sayı: 543
MARAQ İFADƏSİNİN TƏLƏBİ (MƏSLƏHƏTÇİ XİDMƏTLƏR - ŞİRKƏTLƏRİN SEÇİMİ)
ÖLKƏ: Azərbaycan Respublikası
LAHİYƏ ADI: Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi
Kredit No.: 8096-AZ
Tapşırıqın adı: Mikromaliyyə Proqramının Həyata Keçirilməsi, müqavilələr MKSIF/8096-AZ/MF/094-098
Azərbaycan Respublikası Hökuməti "Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi" çərçivəsində Dünya Bankından maliyyə vəsaiti alaraq mədaxilin bir qismini məsləhətçi xidmətlər üçün sərf etmək niyyətindədir.
Məsləhətçi xidmətlərə (xidmətlər) mikrokreditlərin uyğun şəxslərə verilməsi daxildir. Ümumilikdə 5 (beş) ən yüksək ixtisas dərəcəsinə malik vasitəçi kredit təşkilatı seçilərək onlarla müvafiq müqavilələr imzalanacaq. Vasitəçi kredit təşkilatlarının potensialına görə hər bir müqavilənin dəyəri təxminən 200 000 ABŞ dolları olacaq.
MKSİF-dən kredit ala bilmək üçün, Vasitəçi Kredit Təşkilatları aşağıdakı meyarlara cavab verməlidirlər:
Azərbaycan Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya
Kredit portfelində məcburi köçkünlərin faizi ən azı həmin ərazidəki məcburi köçkünlərin ümumi əhaliyə nisbətinə bərabər olmalıdır
5 000 ABŞ dollarının manat ekvivalentini keçməmək şərti ilə kredit vermək və verilən kreditlərin 90 %-nin 3 000 ABŞ dollarının manat ekvalentinin təşkil etməsi
Bazar payının ən azı 0.5 %-nə sahib olması
300 000 manatdan az olmamaq şərti ilə portfelin olması
Son 3 ildə mənfəətdə olmasının təsdiqlənməsi
Adekvat mənfəət, kapital və portfel keyfiyyətinin maliyyə auditi əsasnaməsində təsdiqlənən kimi göstərilməsi
Kredit yığımının qəbul edilə biləcək müvafiq səviyyədə olması
Sublayihə qiymətləndirilməsi apara biləcək ştatın və müvafiq həcmin olması
Müvafiq hüquqi siyasətin, inzibati stuktur və biznes prosedurlarının olması
Şəffaf kredit siyasəti, müştərilərin ehtiyaclarını qarşılayan kredit vasitələrinin olması
Beynəlxalq mühasibatlıq standartları və müvafiq yerli qanunlar əsasında maliyyə hesabatı hazırlayan, vaxtında ümumi kredit portfeli hesabatı hazırlayan məlumat idarəetmə sisteminin olması
Həddi keçməyən kredit itkilərinin olması
İdarəetmədən müstəqil müşahidə şurasının olması
Qurumun uğurlu fəaliyyət göstərməsi üçün qabiliyyətli idarəetmə komandasının olması
Son 2 maliyyə ili üzrə müstəqil audit rəyi
Təqdimatdan iki maliyyə ili əvvələ qədər olan risk portfelini 30 gündən çox və 5%-dən aşağı göstərmək imkanı olmalı
Ortalama kredit itkisinin 3%-dən aşağı olması barədə müvafiq sənədin təqdim edilməsi
Vəsaitlərin geri qayıtmaması ilə bağlı müvafiq sənədin təqdim edilməsi
Sonuncu maliyyə ili üzrə əmlak riskinin 20%-dən aşağı olması barədə müvafiq sənədin təqdim edilməsi
güclənən maliyyə dözümlülüyü və artan məcburi köçkün və aşağı gəlirli müştəriləri göstərən 3 illik pro forma maliyyə təsdiqlənməsini təqdim edə bilmək.
MKSİF-in Ətraf Mühitlə bağlı çərçivə sənədində nəzərdə tutlmuş və kreditlərin istifadəsi zamanı ətraf mühitə vurula biləcək ziyanların qarşısının alınması üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi.
Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu məsləhətçi şirkətləri (məsləhətçilər) xidmətlərin həyata keçirilməsi üçün öz maraq ifadələrini təqdim etməyə dəvət edir. Marağı olan məsləhətçilər yuxarıda göstərilən meyarlara uyğun olduqlarını təsdiq edən sənədləri təqdim etməlidirlər.
Məsləhətçilər öz ixtisas dərəcələrini gücləndirmək üçün digər şirkətlərlə birgə müəssisə və ya subməsləhətçi formasında əməkdaşlıq edə bilərlər.
Dünya Bankının maraqların ziddiyyəti üzrə siyasətini nəzərə alaraq maraqlanan məsləhətçilərin diqqəti Dünya Bankının Məsləhətçilərin Seçimi və İşə götürülməsi üzrə Rəhbərliyinin (BYİB kreditləri və BİA kreditləri və ya qrantları çərçivəsində) 2011-ci ilin yanvar ayında yenilənmiş nəşrinin ("Məsləhətçilər üzrə Rəhbərlik") 1.9 bəndinə yönəldilir.
Məsləhətçilər "Məsləhətçilər üzrə Rəhbərlik"də göstərilən Məsləhətçinin İxtisas Dərəcəsinə görə Seçim üsulu ilə seçiləcəklər.
Daha geniş məlumat aşağıda göstərilən ünvan və iş vaxtları saat 09:00 - 18:00 arasında alına bilər.
Maraq ifadəsi yazılı şəkildə aşağıdakı ünvana (əlbəəl, mail, faks və ya e-mail) vasitəsilə 2012-ci il noyabrın 20-nə qədər təqdim olunmalıdır.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu
Tbilisi Prospekti 57 D, Bakı, Azərbaycan
Tel: (99412) 431 87 69, 431 87 03
Faks: (99412) 431 82 11
E-mail: [email protected]
Əlaqələndirici şəxs: Arif Mikayılov
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.