YOL ŞƏBƏKƏSİNİN İNKİŞAF PROQRAMI 2, TRANŞ 1

MƏSLƏHƏT XİDMƏTLƏRİ: Ələt-Astara magistral avtomobil yolu, Masallı - Cəlilabad yol kəsişməsinin (km 142+890 - km 110+300) tikintisinə texniki nəzarət
MARAQLARIN İFADƏ OLUNMASI SORĞUSU
Azərbaycan Hökuməti Asiya İnkişaf Bankından (AİB) borc almış və həmin borcun bir hissəsini yol sektorunun institusional gücləndirilməsi üzrə məsləhət xidmətləri üçün istifadə etmək niyyətindədir. Tələb olunan xidmətlərə aşağıdakılar daxildir:
a.Sifarişçi tərəfindən çoxtərəfli inkişaf bankının oxşar nəşri əsasında hazırlanmış tikinti və quruculuq işləri üçün müqavilənin FİDİC (Məsləhətçi Mühəndislərin Beynəlxalq Assosasiyası) şərtlərinə uyğun olaraq podrat müqaviləsinin (müqavilə) idarə edilməsində "Mühəndis" qismində fəaliyyət;
b.Tikinti işləri üzrə podratçı (podratçı) tərəfindən avtomobil yolunun tikintisi üçün müfəssəl layihənin yoxlanılması və cizgilərin razılaşdırılması;
c.Daimi və müvəqqəti işlərin podratçı ilə imzalanmış podrat müqaviləsinin tərkib hissəsi hesab olunan texniki spesifikasiya və standartlara uyğun olaraq layihələndirilməsi və tikintisinin təmin edilməsi;
d.Keyfiyyətə nəzarət, işlərin gedişatı, arbitraj və ya məhkəmə prosesləri, ödənişlərin təsdiqi məsələləri daxil olmaqla podrat müqaviləsinin icrasından irəli gələn bütün məsələlərlə əlaqədar icraçı qurumun (İQ) məlumatlandırılması;
e.Ətraf mühitə təsirlərin yüngülləşdirilməsi planlarının idarə edilməsi daxil olmaqla, təhlükəsizlik məsələlərinin icrasının təmin edilməsi;
f.Tikinti ərazisinə texniki nəzarət və müqavilənin icrası ilə əlaqədar sahə təlimlərinin və digər müvafiq prosedurların keçirilməsində İQ-un işçi heyətinin təmin edilməsi;
Müfəssəl texniki tapşırıq qısa siyahıya düşən məsləhətçilərə göndəriləcəkdir.
Nəqliyyat nazirliyinin "Azəryolservis" ASC hazırda uyğun məsləhətçiləri təklif olunan xidmətlər üzrə maraqlarını ifadə etməyə dəvət edir.
Maraq göstərən məsləhətçilər təklif olunan xidmətlər üzrə ixtisasları barədə məlumat verməlidirlər (kitabçalar, oxşar layihələrdə iş təcrübələri, işçilərinin müvafiq ixtisas bacarıqları və s.).
İxtisas göstəricilərini artırmaq üçün məsləhətçilərin tərəfdaşları ola bilər.
Məsləhətçilərin seçimi Asiya İnkişaf Bankının təlimatlarına uyğun olaraq keyfiyyət və Dəyər əsasında seçim üsuluna uyğun olaraq aparılacaqdır. Xidmətlərin 2013-cü ilin aprel ayından gec olmayaraq başlanılması və 2016-cı ilin aprel ayına qədər tamamlanması ehtimal olunur.
AİB-ə üzv ölkələrdən olan məsləhətçilər əlavə məlumatları yerli vaxtla saat 10:00-dan 16:00-a qədər aşağıda qeyd olunmuş ünvandan ala bilərlər.
Maraqların ifadəsi 30 oktyabr 2012-ci il tarixdən gec olmayaraq aşağıdakı ünvana çatdırılmalıdır. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi
"Azəryolservis" ASC
Azərbaycan, AZ 1010 Bakı, Üzeyir Hacıbəyov küçəsi, 72/4
Tel: (+ 994 12) 493 00 45, 4 93 24 76
Fax: (+ 994 12) 493 46 65


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında