MARAQLARIN İFADƏ OLUNMASI İLƏ BAĞLI DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ) AZƏRBAYCAN RESPUBLİKASI

MARAQLARIN İFADƏ OLUNMASI İLƏ BAĞLI DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ)
AZƏRBAYCAN RESPUBLİKASI
Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi
Sektor: Ümumi maliyyə. Kredit N.4405 AZ
Qrant N. TF057849
Azərbaycan Respublikası Maliyyə Nazirliyi Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsinin icrası məqsədilə Dünya Bankından maliyyə vəsaiti qəbul etmişdir və bu vəsaitlərdən aşağıda adı çəkilən müqavilə üzrə satın alınacaq məsləhətçi xidmətlərinin ödənilməsini nəzərdə tutur: Azərbaycan Professional Mühasiblər Assosiasiyasının yaradılması. Layihə Yaponiya Hökuməti (PHRD Qrantı), İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO Qrantı) və Azərbaycan Hökuməti tərəfindən maliyyələşdiriləcək.
Tapşırığın əsas məqsədləri aşağıdakılardır:
Bu tapşırıq qısa müddətli məqsədlərlə ünvanlanır, misal üçün Azərbaycan Professional Mühasiblər Assosiasiyasının hüquqi şəxs / qeyri-hökumət təşkilatı / Qeyri- Ticarət Təşkilatı kimi yaradılması. Tələb olunan meyarlar:
Məsləhətçi(lər)in aşağıdakı keyfiyyətlərə malik olması gözlənilir.
Yeni yaradılmış qeyri-hökumət təşkilatları üçün nizamnamə və hüquqi sənədlərin hazırlanmasında təsdiq olunmuş əhəmiyyətli səviyyədə təcrübə; xüsusilə məsləhətçi beynəlxalq səviyyədə tanınmış peşəkar mühasibat uçotu qurumları ilə əlaqə və ya rabitə kanalı təsis edəcəkdir;
məsləhətçinin Azərbaycanda fərdi peşəkar mühasiblərlə bağlı praktiki təcrübəsi olmalıdır;
məsləhətçinin Azərbaycanda peşəkar mühasiblərin üzləşdiyi cari problemlər haqqında dərin biliyi olmalıdır;
məsləhətçinin Azərbaycanda fəaliyyət göstərən beynəlxalq audit şirkətləri ilə təsdiqlənmiş iş təcrübəsi olmalıdır;
son üç ildə əldə olunmuş regional təcrübə;
ümumilikdə hüquqi və institusional çərçivənin, xüsusilə Azərbaycan mühasibat uçotu və Azərbaycan mühitinin xüsusi və dərin anlayışı;
təzyiq altında işləmək və nəticələrin əldə edilməsi;
yerli dildə işləmək bacarığı (Azərbycan dili).
İcra müddəti: müqavilə imzalandıqdan 6 həftə sonra.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müvafiq məsləhətçi şirkətləri təsvir olunan xidmətlərin həyata keçirilməsində maraqlı olduqlarını ifadə etməyə dəvət edir. Maraqlarını ifadə etmək istəyən şirkətlər xidmətləri göstərmək bacarığına malik olmalarını əks etdirən məlumatı (broşuralar, oxşar tapşırıqların təsviri, oxşar şəraitdə təcrübə, işçi heyəti arasında müvafiq bacarıqların mövcudluğu və s.) təqdim etməlidirlər.
Məsləhətçi şirkət "Dünya Bankından Borcalanlar tərəfindən məsləhətçilərin seçilməsi və işə cəlb olunması qaydaları"nda (may 2004-cü ilin nəşri və oktyabr 2006 və may 2010-cu ilin təkmilləşdirilmiş nəşri) əks olunan keyfiyyət əsasında seçim (CQS) prosedurlarına uyğun olaraq seçiləcəkdir.
Əlavə məlumatları, o cümlədən texniki tapşırığın nüsxəsini iş günləri ərzində saat 9.00-dan 17.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür.
Maraqlarını ifadə etmək istəyən şirkətlər 15 oktyabr 2012-ci il saat 17.00-a qədər aşağıda qeyd olunan ünvana müraciət etməlidirlər.

{nl}

Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cənab Fuad Nəsirov-Layihənin İdarəetmə Qrupunun Direktoru
Səməd Vurğun küçəsi, 83, AZ 1022, Bakı, Azərbaycan
Tel: (994 12) 404 47 27; 404 47 16
E-mail: [email protected]; [email protected]
Veb səhifə: www.maliyye.gov.az

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında