Məsləhətçi xidmətləri üzrə maraqların ifadə olunması üçün müraciət

Azərbaycan Respublikası Hesablama Palatası Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) Məsləhətçi Xidmətləri Qrant № TF98323 Layihə ID №: P099924 Tapşırığın adı: 2012-2014-cü illər üzrə Strateji İnkişaf Planının həyata keçirilməsində Hesablama Palatasına kömək göstərmək üçün Məsləhətçi Xidmətləri İstinad №: C2.2.2
Azərbaycan Respublikası Hesablama Palatası Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi ilə əlaqədar İsveçrə Konfederasiyası hökumətindən qrant almışdır və bu qrantın bir hissəsini bu müqavilədən irəli gələn məsləhətçi xidmətləri üçün müvafiq ödənişlərə xərcləməyi nəzərdə tutur. Dünya Bankı bu qrant vəsaitlərinin administratoru (icraçısı) kimi çıxış edir. Bu xidmətlər 18 ay davam edəcək və bura aşağıdakılar daxildir:
Komponent 1: Səmərəlilik auditi üzrə potensialın artırılmasında palataya yardım edilməsi: səmərəlilik auditində təlim ehtiyaclarının qiymətləndirilməsi, bu sahədə təlimlər üçün konsepsiya, plan və tədris proqramlarının hazırlanması, səmərəlilik auditi üçün ISSAI çərçivəsinə uyğun təlimatların hazırlanması, təlimlərin keçirilməsi və təlimçilərin təlimi üsulunun tətbiq edilməsi, parlamentə hesabat verilən sınaq səmərəlilik auditlərinin seçilməsində və keçirilməsində palatanın dəstəklənməsi, xarici öyrənmə səfərləri təşkil etməklə bir çox inkişaf etmiş AAQ-lardan səmərəlilik auditi təcrübəsinin öyrənilməsi.
Komponent 2: Risk-əsaslı maliyyə auditlərinin aparılmasında potensialın artırılması üçün palataya yardım edilməsi: maliyyə auditi təlimləri ehtiyaclarının qiymətləndirilməsinin aparılması, bu sahədə təlimlər üçün konsepsiya, plan və tədris proqramlarının hazırlanması, ISSAI çərçivəsinə uyğun yeni maliyyə auditi təlimatının tərtib edilməsi, maliyyə auditi sahəsində auditoriya və iş zamanı təlimlərin keçirilməsi, büdcə təşkilatları üçün milli mühasibatlıq standartlarını tətbiq edən qurumlar tərəfindən hazırlanmış maliyyə sənədlərinin sınaq auditinin aparılması, maliyyə auditinin digər büdcə təşkilatlarını da əhatə etməsi ilə bağlı strategiyanın hazırlanması, CAAT (kompyuterin köməyi ilə audit alətləri) əsaslı maliyyə auditinin həyata keçirilməsi, dövlət maliyyə idarəçiliyində hesabların təhlili üzrə potensialın yaradılması və palataya ekspert məsləhətləri və tövsiyələrin verilməsi.
Komponent 3: Palataya öz hüquqi bazası və audit standartlarının təkmilləşdirilməsində yardım edilməsi: palatanın qanunvericilik bazasının INTOSAI-ın standartları, xüsusilə auditin təməl prinsiplərinə dair Lima Bəyannaməsi və AAQ-ların müstəqilliyinə dair Meksika Bəyannaməsi ilə müqayisəli qiymətləndirilməsi, qanunvericiliyə müvafiq dəyişikliklər üçün təkliflərin və ya yeni qanun layihələrinin hazırlanması, ISSAI standartları çərçivəsinin Azərbaycan dilinə tərcümə olunması, ISSAI bazasının Azərbaycan kontekstinə uyğunluğu ilə bağlı seminarların aparılması, hesablama palatası üçün milli audit standartlarının layihələrinin hazırlanması, hesablama palatası üçün milli audit standartlarının qəbulu ilə yekunlaşan maraqlı tərəflərin iştirakı ilə məşğələlərin və seminarların aparılması.
Komponent 4: Palatanın insan resursları və təlim praktikasının dəstəklənməsi: işəgötürmə, təlim və ən bacarıqlı kadrların cəlb olunması da daxil olmaqla daxili insan resursları siyasəti və prosedurlarının tərtib edilməsi, həmin siyasət və prosedurların praktikada tətbiq olunmasında palataya yardım göstərilməsi, təlim ehtiyaclarının təhlilinin həyata keçirilməsi, təlim strategiyası və proqramının hazırlanması, təlimlərin keçirilməsi və insan resursları üzrə təlimatın tərtib edilməsi. Palatanın 2012-2014-cü illər üzrə strateji inkişaf planının (SİP) uğurla həyata keçirilməsinə dəstək göstərilməsi: 2012-2014-cü illər üzrə SİP layihəsinin yekunlaşdırılması, münasib region AAQ-larından biri ilə uzunmüddətli tvinninq əlaqələrinin qurulmasında palataya kömək göstərilməsi, illik iş planlarının hazırlanması, işlərin gedişatı haqqında aylıq hesabatların hazırlanması, başlanğıc, aralıq və yekun hesabatlarının tərtib edilməsi, layihənin bütün aspektlərinin monitorinqi və qiymətləndirilməsi.
Hazırda palata müvafiq beynəlxalq məsləhətçi firmaları və ali audit qurumlarını (AAQ) ayrı-ayrı bir komponent və ya komponentlərin bir neçəsi üzrə bu xidmətlərin təmin edilməsində öz istəklərini bildirməyə dəvət edir. Maraqlanan firmalar və ya AAQ-lar tələb olunan keyfiyyətlərə və xidmətləri yerinə yetirməkdə müvafiq təcrübəyə malik olduqlarını nümayiş etdirən məlumatlar (broşüralar, oxşar tapşırıqların təsviri, oxşar vəziyyətlərdə təcrübə, kadrların müvafiq bacarıqlara sahib olması və s.) təqdim etməlidirlər. Seçim üçün meyarlar aşağıdakılardır:
Son 8 il ərzində oxşar mürəkkəbliyi, məzmunu və vəzifələri olan ən azı 2 layihənin həyata keçirilməsi;
Birgə tərəfdaşlardan ən azı birinin inkişaf etmiş və ya yüksək orta gəlirli ölkənin AAQ-ı olması, yaxud bu AAQ-lardan biri ilə iş-əməkdaşlıq təcrübəsinə malik olması;
Son 5 il ərzində regional təcrübə;
Firmanın birgə tərəfdaşlığın ISSAI çərçivəsinə uyğun dövlət müəssisələrinin maliyyə və səmərəlilik auditinin keçirilməsində böyük təcrübəsinin olması;
Azərbaycan dilində ünsiyyət bacarığı.
Maraqlı məsləhətçilərin diqqəti Dünya Bankının Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının kreditləri, Beynəlxalq İnkişaf Assosiasiyasının kreditləri və qrantları çərçivəsində Dünya Bankından Borc Alanlar tərəfindən məsləhətçilərin seçilməsi və işə cəlb olunması ilə bağlı Təlimatların 1.9 bəndinə yönəldilir. Dünya Bankının maraqların toqquşmasına dair siyasətini müəyyən edən həmin təlimatlar (məsləhətçi təlimatları) 2004-cü ilin may ayında dərc edilib, 2006-cı ilin oktyabr və 2010-cu ilin may ayında isə yenidən işlənib.
Məsləhətçilər öz iş keyfiyyətlərini artırmaq üçün yerli tərəfdaşlar daxil olmaqla digər firmalarla birgə tərəfdaşlıq və ya sub-podratçı kimi fəaliyyət göstərməlidirlər.
Məsləhətçi qeyd edilən məsləhətçi təlimatlarında müəyyən olunmuş sabit büdcə seçimi metodu ilə seçiləcək.
Maraqlı firmalar və ya AAQ-lar daha ətraflı məlumat üçün iş günləri saat 10:00-dan 17:00-a qədər aşağıdakı şəxsə müraciət edə bilərlər:
Azərbaycan Respublikası Hesablama Palatası
Kimə: Hilal Hüseynov
Vəzifəsi: Beynəlxalq əməkdaşlıq şöbəsi müdirinin müavini
Tel: (99412) 5982705
Faks: (99412) 4932025
Elektron poçt ünvanı: [email protected]
Veb-sayt: www.ach.gov.az http://www.coa.az
Maraqların ifadəsi 5 noyabr 2012-ci il tarixə qədər aşağıdakı ünvana göndərilməlidir:
Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP)
Ünvan: Bakı , Xaqani küçəsi, 33.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında