Azərbaycan Respublikası Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi Kredit No.: 7435-AZ

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXK) ortofoto xəritələrin idarəedilməsi və paylanması üçün server və proqram təminatının satınalınması 
IFB No: RER/G/SIOPMMD/12/04
1.Bu tenderə dəvət elanı "Development Business" jurnalının 5 mart 2007-ci il tarixli nömrəsində dərc edilmiş layihənin ümumi satınalma elanının davamıdır.
2. Azərbaycan Respublikası Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin həyata keçirilməsi üçün kredit almışdır və bu vəsaitin bir hissəsini ICBNo: RER/G/SIOPMMD/12/04 saylı tenderin nəticəsi kimi DTXK-da ortofoto xəritələrin idarəedilməsi və paylanması üçün server və proqram təminatı infrastrukturunun təchiz olunması və quraşdırılması üçün müqavilə çərçivəsində ödənişlərə yönləndirmək niyyətindədir.
3.Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin Layihə İdarəetmə Qrupu aşağıdakı məhsulların təchiz edilməsi üçün müvafiq iddiaçıları möhürlü zərflərdə öz tender təkliflərini təqdim etməyə dəvət edir: serverlər, yaddaş qurğusu, UPS-lər (fasiləsiz enerji təchizatı), Windows Server 2008 R2 əməliyyat sistemi, şəbəkə avadanlığı, komutator (switch), antivirus və s.
4.Tender, Dünya Bankının təlimatlarına: BYİB və BİA krediləri üzrə satınalma qaydalarına müvafiq şəkildə beynəlxalq müsabiqəli tender (İCB) prosedurları əsasında aparılacaqdır və təlimatlarda müəyyən olunduğu kimi, iştirak hüququ olan və aşağıda göstərilən minimum ixtisas meyarlarına malik bütün iddiaçılar üçün açıqdır:
(a)Maliyyə potensialı: iddiaçı son beş (5) il ərzində minimum orta illik gəlir dövriyyəsinin 1 milyon ABŞ dolları olduğunu göstərən sənədləşdirilmiş sübut təqdim etməlidir.
(b)Təcrübə və texniki imkanlar: iddiaçılar 1) son 3 il ərzində oxşar malların təchizatı üzrə ən azı iki müqaviləni müvəffəqiyyətlə həyata keçirmiş olduğunu və 2) oxşar malların istehsalı və təchiz olunması üçün ən azı 5 il təcrübəyə malik olmasını sənədlərlə sübut etməlidir.
(c) İddiaçı təklif etdiyi malların beynəlxalq standartlara uyğun olduğunu nümayiş etdirmək üçün sənədləşdirilmiş əsas təqdim etməlidir.
Əlavə təfərrüatlar tender sənədlərində təqdim edilmişdir.
5. Maraqlanan iddiaçılar daha ətraflı məlumat üçün Layihə İdarəetmə Qrupu, satınalma assistenti Elçin Fətullayevə müraciət edə bilərlər (e-mail: [email protected]) və tender sənədlərini aşağıda göstərilən ünvanda saat 9:00-dan 18:00-dək nəzərdən keçirə bilərlər.
6.Tam tender sənədləri maraqlanan iddiaçılar tərəfindən saat 9:00-dan 18:00-dək aşağıdakı ünvana yazılı müraciət edilməklə və geri qaytarılmayan 150 AZN və ya 200 ABŞ dolları ödənilməklə alına bilər. Ödəniş bank köçürməsi yolu ilə həyata keçirilir. Bank hesabı:
Azərbaycan Beynəlxalq Bankı ASC
ABB "Premyer" Müştəri xidməti
Kod 805250
VÖEN: 9900001881
Müxbir Hesab: 0137010002944
S.W.İ. F.T Bank: İBAZAZ2X
Benefisiar: Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi, Əmlak Məsələləri Dövlət Komitəsi
Hesab
No: AZN 33308029449330358120
USD 33318028409330358120
VÖEN: 2000015631
Tender sənədləri xarici ölkələrə çatdırılmaq üçün hava poçtu, yerli çatdırılma üçün isə adi poçtla göndəriləcəkdir. LİQ poçtla bağlı ləngimələrə, yaxud sənədlərin çatdırılmamasına cavabdeh deyildir.
7. Tender təklifləri Azərbaycan, Bakı, Hüseyn Cavid prospekti 31, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası, 6-cı mərtəbə, Otaq No 612 nömrəli ünvanda 1 noyabr 2012-ci il saat 14:45-də və ya ondan əvvəl təqdim olunmalıdır. Tender təkliflərinin elektron təqdimatı qəbul edilmir. Gecikmiş tender təklifləri qəbul edilməyəcəkdir.Tender təklifləri 1 noyabr 2012-ci il yerli vaxtla saat 15:00-da açılışda iştirak etmək arzusunda olan iddiaçıların nümayəndələrinin iştirakı ilə açılacaqdır. Bütün tender təklifləri 10.000 ABŞ dolları məbləğində və ya buna bərabər məbləğdə sərbəst dönərli valyutada tender təkliflərinin zəmanəti ilə müşayət olunmalıdır.
8. İstinad edilən ünvan aşağıda verilmişdir:
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi/Layihə İdarəetmə Qrupu
Elçin Fətullayev - satınalma assistenti
Əmlak Məsələləri Dövlət Komitəsi yanında
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası 6-cı mərtəbə, otaq No 612,
H.Cavid prospekti, 31A, Bakı, Azərbaycan, AZ1073
E-mail:
[email protected];
[email protected]
Tel: +994 12 510 91 45 (daxili 72-27)
Faks: (+994 12) 510 91 47


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında