MARAQ İFADƏLƏRİNİN TƏQDİMATINA DƏVƏT

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi Kredit №7435 - AZ
DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI, KADASTRI VƏ İDARƏETMƏ SİSTEMİNİN (DƏQKİS) YARADILMASI LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ MƏHSULLARIN KEYFİYYƏTİNƏ NƏZARƏT VƏ İDARƏ EDİLMƏSİ ÜÇÜN MƏSLƏHƏTÇİ QRUPUNUN SEÇİMİ
İstinad No.: RERP/PP#44-A2B1/CS/QCBS
Azərbaycan Respublikası Hökuməti Dünya Bankından Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin maliyyələşdirilməsi məqsədilə kredit almışdır və onun bir hissəsini beynəlxalq İT standartları və təklif edilən keyfiyyət metodlarına müvafiq olaraq DƏQKİS-in yaradılması layihəsində məhsulların keyfiyyətinə nəzarət (KN), keyfiyyətinə zəmanət (KZ) və məhsulların idarəedilməsi üzrə məsləhətçi xidmətləri üçün istifadə etmək niyyətindədir.
Məsləhətçi xidmətlərinə (xidmətlər) daxildir: vahid İT sisteminin (DƏQKİS) yaradılmasında KN və keyfiyyətə zəmanət prosedurlarını hazırlamaq, icra etmək və təsdiqləmək; layihə məhsullarının keyfiyyətinə baxış prosesində layihə planına müvafiq olaraq iştirak etmək (təhlil, layihələndirmə, hazırlıq, icra və s.); DƏQKİS alt-sistemlərinin layihələndirilməsi və hazırlanmasından əvvəl davamlı olaraq keyfiyyətə nəzarət işini planlaşdırmaq və yoxlamaq; DƏQKİS-in alt-sistemlərinin bütün KN proseslərinə beynəlxalq standartlara uyğun metodologiyanı tətbiq etmək; tətbiqi proqram təminatını sınaqdan keçirmək, sınaq nəticələrini izləmək və proqram təminatı konfiqurasiyasını yoxlamaq; hər bir alt-sistem prosesləri üçün keyfiyyəti, etibarlılığı, təhlükəsizlik və mühafizəni təmin edəcək KN və KZ prosedurlarını hazırlamaq; istifadəçinin iş prinsiplərinə uyğun olaraq sınaqların hazırlanması və icrasında beynəlxalq standartlara uyğun metodları tətbiq etmək; sınağın hazırlanma prosesini sənədləşdirmək və hər bir alt-sistem üçün zəruri sınaq hallarından ibarət kataloq hazırlamaq; keyfiyyət standartlarında və istifadə olunma hallarında əsas metodologiya, prosedurlar və ölçüləri təmin etmək; mənbə kodunun keyfiyyətini yoxlamaq və s.
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin Layihə İdarəetmə Qrupu müvafiq məsləhətçi şirkətlərini (məsləhətçilər) xidmətlərin təmin edilməsində öz maraqlarını ifadə etməyə dəvət edir. Maraqlanan məsləhətçilər xidmətləri icra etmək üçün tələb olunan ixtisasa və müvafiq təcrübəyə malik olduqlarını sübut edən məlumatları təqdim etməlidirlər. Keyfiyyətə nəzarət üzrə məsləhətçi üçün müsabiqə şərtləri aşağıdakılardır: I) ölkə səviyyəsində eyni ölçü və mürəkkəbliyə malik iri həcmli İT sistemlərinin yaradılması üçün KN-in aparılması üzrə ən azı 8 il təcrübə; II) eyni ölçü və mürəkkəbliyə malik İT sistemlərinin keyfiyyətinin yoxlanması və keyfiyyətinə nəzarətlə bağlı son 5 ildə ən azı 3 layihə; Daşınmaz Əmlak/Kadastr/Torpaq və Dövlət Əmlakının İdarəedilməsi və Qeydiyyatı Sistemləri sahəsində əvvəlki təcrübə, tələb olunan sahə üzrə təcrübəli komanda və s.
Maraqlanan məsləhətçilər 2004-cü ilin mayında nəşr edilmiş və may 2006 və oktyabr 2010-cu illərdə düzəliş edilmiş "Dünya Bankının Borcalanları tərəfindən məsləhətçilərin seçilməsi və işlə təmin edilməsi" üzrə Təlimatında (məsləhətçilərlə bağlı təlimat) Dünya Bankının maraqların ziddiyyəti ilə bağlı siyasətindən bəhs edən 1.9-cu paraqrafını nəzərə almalıdırlar. Məsləhətçilər öz ixtisaslarını artırmaq üçün müştərək müəssisə və ya alt məsləhətçi şirkət formasında digər şirkətlərlə birləşə bilərlər.
Məsləhətçi, məsləhətçilərlə bağlı təlimatda müəyyən edilmiş keyfiyyət və qiymətə əsaslanan seçim (QCBS) metoduna müvafiq olaraq seçiləcəkdir.
Maraqlanan şirkətlər aşağıda göstərilən ünvandan həftənin bazar ertəsi və cümə günləri saat 9:00-dan 18:00-dək daha ətraflı məlumat əldə edə bilərlər: Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi, Layihə İdarəetmə Qrupu, Elçin Fətullayev, satınalmalar üzrə assistent, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası, Hüseyn Cavid prospekti, 31A, 6-cı mərtəbə, otaq 612, AZ1073, Bakı, Azərbaycan, email: [email protected]; [email protected] Tel.: (+994 12) 510 91 45 (dax. 7227).
Maraq ifadələri 28 sentyabr 2012-ci il tarixə kimi yazılı şəkildə aşağıdakı ünvana ya şəxsən, ya da elektron formada təqdim edilməlidir.
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi
Layihə İdarəetmə Qrupu
Şahin Pənahov, layihə meneceri
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası, Hüseyn Cavid prospekti, 31 A, 6-cı mərtəbə, otaq 612,
AZ1073, Bakı, Azərbaycan.
Email: [email protected]
Tel.: (+994 12) 510 91 45 (dax. 7210)
Faks: (+994 12) 510 91 47


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında