Şriftin ölçüsü:
14.09.2012 11:11 | Oxunma sayı: 1243
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi "Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi"
MARAQ İFADƏSİ VERİLMƏSİ HAQQINDA MÜRACİƏT
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi "Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi"nin (KYKİL) səmərəli icrasının təmin edilməsi məqsədilə layihənin Yevlax şəhərində yerləşən və Yevlax, Ağdaş, Şəki və Oğuz rayonlarını əhatə edən Regional Mərkəzi İşçi Orqanında (RMİO) aşağıdakı vəzifədə çalışmaq istəyində olan namizədlərin sənədlərinin qəbulunu elan edir:
REGİONAL KOORDİNATOR (RK)
Vəzifələr və məsuliyyətlər:
RK Yevlax şəhərində yerləşən Regional Mərkəzi İşçi Orqanının (RMİO) ofisində işləyəcək və İMİO-nun direktoruna tabe olacaq. O, regionda layihənin bütün fəaliyyətləri üçün idarəçilik və nəzarət öhdəliklərinə görə məsuliyyət daşıyaraq İMİO direktorunun rəhbərliyi ilə işləyəcək.
İMİO direktoru ilə sıx əlaqədə fəaliyyət göstərərək, o aşağıdakı əsas vəzifələri daşıyacaq:
•RK layihə komponentləri üzrə fəaliyyətlərə, həmçinin RMİO heyətinin (SBİ qrupu, icma inkişafı və gender mütəxəssisi, monitorinq və qiymətləndirmə mütəxəssisi, kənd kredit mütəxəssisi və maliyyə mütəxəssisi daxil olmaqla) işlərinə nəzarət edəcək;
•RK 1-ci komponent çərçivəsində mülki işlərin layihələndirmə və tikintiyə nəzarət üzrə məsləhətçi şirkətinin işlərinin dəqiq və vaxtında yerinə yetirilməsinə və İİB-ya məlumatların vaxtında təqdim edilməsinə cavabdeh olacaq;
•RMİO-nun k/t sistemləri üzrə mütəxəssisin, icma inkişafı və gender mütəxəssisin, k/t məsləhət xidmətləri üzrə mütəxəssisin, fermerlərə dəstək qrupları ilə əməkdaşlığın əlaqələndirilməsi də RK-nin üzərinə düşür.
Digər əsas məsuliyyətlərə aşağıdakılar daxildir:
•İMİO-nun nümayəndəsi olmaqla rayonda bütün fəaliyyətlərin həyata keçirilməsini təmin etmək;
•KYKİL-nin maraqlı tərəflərlə, müxtəlif texniki xidmət təminatçıları ilə, SİB-lərlə və layihə çərçivəsində yaradılaraq dəstəklənən digər icma və fermer qrupları arasında əlaqə yaratmaq;
•Xidmət təminatçılarının əməliyyat və fəaliyyətlərinə ümumi nəzarət etmək;
•İMİO-ya müntəzəm olaraq KYKİL komponentləri üzrə fəaliyyətlərə yardım və nəzarət etməkdə kömək göstərmək;
•Müxtəlif komponentlər üzrə illik iş planının tərtib edilməsində, həyata keçirilməsində və monitorinq edilməsində İMİO-ya kömək etmək;
•KYKİL-nin əsas heyətinə İMİO-nun tenderlərinin keçirilməsində, təkliflərin qiymətləndirilməsində və qısa siyahısının tərtib olunmasında yardım etmək;
•Tələb olunduğu kimi, İMİO-ya monitorinq və qiymətləndirmə prosesində kömək etmək və RMİO-nun monitorinq və qiymətləndirmə mütəxəssisinin işinə nəzarət etmək.
Tələb olunan ixtisas, bilik və bacarıqlar
•İrriqasiya sektorunda ən azı 10 il iş təcrübəsinə malik olmaq və mühəndislik sahəsində ali təhsil;
•təsdiq edilmiş rəhbərlik bacarığı;
•layihələrin birgə idarəolunması metodologiyaları haqqında biliklər;
•mükəmməl kommunikasiya və təşkilatçılıq bacarıqları;
•komandanın bir hissəsi kimi işləmək bacarığı və niyyəti;
•mükəmməl kompyuter bilikləri.
Təcrübə
•Beynəlxalq donorlar tərəfindən maliyyələşən çox sektorlu inkişaf layihələri üzrə ən azı 10 illik iş təcrübəsi;
•kənd inkişafı və ya mülki iş layihələri üzrə idarəçilik qismində ən azı 5 illik iş təcrübəsi;
•dövlət strukturları ilə və qarşılıqlı tərəfdaşlıq təcrübəsi.
•Azərbaycan və rus, ingilis dillərini bilənlərə üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək niyyətində olan namizədlər özləri haqqında ətraflı məlumatı, o cümlədən CV, tərcümeyi-hal, ali təhsil haqqında diplomun surətini və bacarıqları təsdiq edən hər hansı əlavə sənədləri aşağıdakı ünvana təqdim etməlidirlər. Sənədlərin təqdim olunmasının son müddəti 1 oktyabr 2012-ci il saat 17:00-dır.
ƏLAQƏ:
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi
İFAD Layihələrinin Mərkəzi İşçi Orqanı
Ü. Hacıbəyov küçəsi, 40, Hökumət Evi, 8-ci mərtəbə, otaq 821
Bakı 1000-AZ, Azərbaycan Respublikası
Tel: 994 12 493 46 93
Faks: 994 12 498 13 95
E-mail: [email protected]
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.