Şriftin ölçüsü:
14.09.2012 11:10 | Oxunma sayı: 550
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi Kredit №7435 - AZ
Daşınmaz əmlakın qeydiyyatı layihəsi çərçivəsində reyestr məlumatlar bazasına daxil ediləcək Bakı Ərazi İdarəsindəki mövcud mətn məlumatlarının keyfiyyətinə nəzarətin aparılması üçün məsləhətçi xidmətləri
İstinad No.: RERP/PP#46-A5/CS/CQS
Azərbaycan Respublikasının hökuməti Dünya Bankından Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin maliyyələşdirilməsi məqsədilə kredit almışdır və onun müəyyən bir hissəsini keyfiyyətə nəzarət üzrə məsləhətçi xidmətləri üçün istifadə etmək niyyətindədir.
Məsləhətçi xidmətlərinə (xidmətlər) daxildir: müqavilənin imzalandığı şirkət tərəfindən Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin A5 subkomponenti (sənədlərin idarəedilməsi) çərçivəsində reyestr məlumatlar bazasına daxil ediləcək Bakı Şəhər Ərazi İdarəsinin mövcud mətn məlumatlarının keyfiyyətinə nəzarətin icra edilməsi. İşlər 2 mərhələdə icra edilməlidir: I) yerli məlumat bazasına köçürülən mətn məlumatlarının təftişi; II) mətn məlumatlarının yerli məlumat bazasından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (RMB) məlumatlar bazasına köçürülməsindən sonra təftişi. Keyfiyyətə nəzarət üzrə məsləhətçi RMB-yə məlumatların düzgün, müfəssəl və dəqiq daxil edilməsinin keyfiyyətinə görə məsuliyyət daşıyacaq. Tapşırığın icra dövrü müqavilə imzalanan şirkətin mətn məlumatlarını RMB-yə daxil etmək üçün sərf etdiyi vaxtla eyni olacaq.
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin Layihə İdarəetmə Qrupu müvafiq məsləhətçi şirkətləri (məsləhətçilər) xidmətlərin təmin edilməsində öz maraqlarını ifadə etməyə dəvət edir. Maraqlanan məsləhətçilər xidmətləri icra etmək üçün tələb olunan ixtisasa və müvafiq təcrübəyə malik olduqlarını göstərən məlumatları təqdim etməlidirlər. Keyfiyyətə nəzarət üzrə məsləhətçi üçün müsabiqə şərtləri aşağıdakılardır: I)əlaqədar resurslar, yəni sənədlərin idarəedilməsi ilə bağlı nəzəri biliklər, elektron arxivin yaradılması və sənədlərin surətlərinin çıxarılması da daxil olmaqla işlərin icrası üçün müvafiq bilik, bacarıqlar və təcrübəyə malik olmaq; II) Məlumat bazasının idarəetmə sistemləri ilə tanışlıq; III) torpaq, kadastr və əmlakın qeydiyyat sistemləri ilə tanışlıq; IV) rus və Azərbaycan dillərini həm latın, həm də kiril əlifbası ilə tam bilmək; V) yüksək keyfiyyətə nail olmaq üçün müvafiq həll yolunu təklif etmək qabiliyyəti və s.
Maraqlanan məsləhətçilər "BYİB və BİA kreditləri üzrə Dünya Bankının Borcalanları tərəfindən məsləhətçilərin seçilməsi və işlə təmin edilməsi" üzrə Təlimatında (May 2004) (məsləhətçilərlə bağlı təlimat) Dünya Bankının maraqların ziddiyyəti ilə bağlı siyasətindən bəhs edən 1.9-cu paraqrafını nəzərə almalıdırlar.
Məsləhətçilər öz ixtisaslarını artırmaq üçün müştərək müəssisə və ya alt məsləhətçi şirkət formasında digər şirkətlərlə birləşə bilərlər.
Məsləhətçi, məsləhətçilərlə bağlı təlimatda müəyyən edilmiş məsləhətçinin ixtisasına əsaslanan seçim (CQS) metoduna müvafiq olaraq seçiləcək.
Maraqlanan şirkətlər aşağıda göstərilən ünvandan həftənin bazar ertəsi və cümə günləri saat 9:00-dan 18:00-dək daha ətraflı məlumat əldə edə bilərlər.
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi, Layihə İdarəetmə Qrupu, Elçin Fətullayev, satınalmalar üzrə assistent, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası, Hüseyn Cavid prospekti, 31A, 6-cı mərtəbə, otaq 612, AZ1073, Bakı, Azərbaycan.
Email:[email protected];
[email protected]
Tel.: (+994 12) 510 91 45 (dax. 7227).
Maraq ifadələri 2012-ci il sentyabrın 26-dək yazılı şəkildə aşağıdakı ünvana ya şəxsən, ya da elektron formada təqdim edilməlidir.
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi
Layihə İdarəetmə Qrupu
Şahin Pənahov, layihə meneceri
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,
Hüseyn Cavid prospekti, 31 A, 6-cı mərtəbə, otaq 612,
AZ1073, Bakı, Azərbaycan.
Email: [email protected]
Tel.: (+994 12) 510 91 45 (dax. 7210)
Faks: (+994 12) 510 91 47
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.