Şriftin ölçüsü:
19.06.2010 04:54 | Oxunma sayı: 554
Kredit B №: 4208-AZ
Kredit İttifaqları üçün Məlumat Sistemlərinin İdarəedilməsi (MİS) üzrə proqram təminatının satınalınması / İCB-PG-MİS/ADCP2-2010
1. Bu elan 2 avqust 2006-cı ildə Development Biznes qəzetində bu layihə barədə dərc edilmiş Ümumi Satınalma elanının davamıdır.
2. Azərbaycan Hökuməti İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Layihəsinin (KTİKL-2) həyata keçirilməsi məqsədilə Beynəlxalq İnkişaf Assosiasiyasından kredit almışdır və bu kredit vəsaitinin bir hissəsinin Kredit İttifaqları (Kİ) üçün Məlumat Sistemlərinin İdarəedilməsi üzrə proqram təminatınınn təchiz edilməsi məqsədilə müqavilə bağlanmasına sərf olunması nəzərdə tutulur.
3. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi/ KTİKL-2-nin Layihə İdarəetmə Qrupu (LİQ) 40 Kİ-ları üçün MİS proqram təminatının (sistemin hazırlanması, uyğunlaşdırılması, quraşdırılması, müvafiq təlimlərin keçirilməsi, texniki dəstək) satınalınması məqsədilə münasib tender iştirakçılarını möhürlənmiş tender təkliflərini təqdim etməyə dəvət edir:
Kredit İttifaqları üçün nəzərdə tutulan MİS proqramı kredit ittifaqlarının maliyyə məlumatlarını və istismar xüsusiyyətlərini təkmilləşdirmək məqsədini daşıyır və bu proqram təminatına Kİ-nın borcların ödənilməsi prosedurları və mühasibatlıq sisteminin bütün aspektləri daxil edilməlidir.
Bu xüsusiləşdirilmiş proqram təminatı kredit ittifaqları üçün bütün kredit prosedurlarını və hesablama əməliyyatlarını həyata keçirəcəkdir; zəif kredit ittifaqlarına çatışmazlıqları aradan qaldırmağa kömək edəcək və təşkilatın uzunmüddətli davamlılığını təmin edəcəkdir.
Kredit prosedurlarından və mühasibatlıq əməliyyatlarından başqa, proqram təminatı Kİ-larının işçi heyətini öz təşkilatlarının fəaliyyətini və risklərini analiz və idarə etmək üçün müvafiq vasitələrlə təmin edəcəkdir.
4. Tender Dünya Bankının Təlimatlarında (BYİB və BİA kreditləri üzrə Satınalmalar, May 2004-cü il) müəyyənləşdirilmiş Beynəlxalq Müsabiqəli tender prosedurlarına əsasən keçiriləcəkdir və təlimatda müəyyənləşdirilmiş aşağıdakı meyarlara malik münasib ölkələrdən olan bütün iddiaçılar üçün açıqdır:
1. Şirkətin maliyyə potensialı: İddiaçılar son 3 ildə illik olaraq ən azı 500,000 ABŞ dolları məbləğində həyata keçirdikləri analoji fəaliyyətlər barədə məlumatları sübut edən sənədləri təqdim etməlidirlər.
2. Şirkətin təcrübəsi və texniki imkanları: İddiaçılar son 3 il ərzində analoji funksional/texniki xüsusiyyətlərə malik məlumat sistemlərinin hazırlanması, quraşdırılması, uyğunlaşdırılması və texniki dəstəyin təmin edilməsi üzrə ən azı iki müqaviləni müvəffəqiyyətlə yerinə yetirmiş olmalıdırlar. Müqavilələrin uğurlu həyata keçirilməsi barədə benefisiarlardan zəmanət məktublarının təqdim edilməsi vacibdir. İddiaçılar bu elanda tələb olunan proqram təminatının işlənib hazırlanması və ya təchizatı üzrə ən azı 5 il təcrübəyə malik olmalıdırlar. İddiaçılar standart proqram təminatının ən azı iki il müddətində bazarda olmaları barədə sübutedici sənədlər təqdim etməlidirlər.
3. İddiaçılar təklif etdikləri proqram təminatının İSO-9000-9001 keyfiyyət tələbinə cavab verməsi barədə sübutedici sənədlər təqdim etməlidirlər.
5. Maraqlanan iddiaçılar daha ətraflı məlumat almaq və tender sənədlərini nəzərdən keçirmək üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi/ KTİKL-2-nin LİQ-i, Layihə Direktoru Hüseyn Hüseynova müraciət edə bilərlər (e-mail: [email protected]; [email protected]) və əsas şərtlər toplusunu aşağıda göstərilmiş ünvanda saat 10.00-dan 17.00-dək nəzərdən keçirə bilərlər.
6. Bu müqavilə üzrə tender təkliflərinin qiymətləndirilməsi zamanı yerli şirkətlərə üstünlük şamil edilməyəcəkdir.
7. Əsas şərtlər toplusu maraqlanan iddiaçılar tərəfindən aşağıdakı ünvana ingilis dilində yazılı müraciət edilməklə və geri qaytarılmayan 100 ABŞ dolları, yaxud 80 AZN ödənilməklə alına bilər. Ödəniş bank köçürməsi yolu ilə həyata keçirilir. Bank hesabı:
Azərbaycan Respublikası Beynəlxalq Bankı,
Bakı filialı,
Kod 805045,
VÖEN 9900001881,
Müxbir Hesab: 0137010002944,
S.W.I.F.T Bank: IBAZAZ2X,
Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi,
VÖEN 1700428481, Hesab No:
33308019449330335120 AZN;
33318018409330335120 ABŞ.
Əsas şərtlər toplusu xarici ölkələrə çatdırılmaq üçün hava poçtu, yerli çatıdırma üçün isə yerli poçtla və kuryerlə göndəriləcəkdir. Agentlik poçtla bağlı ləngimələrə, yaxud sənədlərin çatdırılmamasına cavabdeh deyildir.
8. Tender təklifləri aşağıdakı ünvana 27 iyul 2010-cu il saat 2.45-dək təqdim olunmalıdır. Tender təkliflərinin elektron təqdimatına icazə verilmir. Bütün tender təklifləri 4,000 ABŞ dolları məbləğində, yaxud ekvivalent valyutada "Tender Təkliflərinin Zəmanəti" ilə müşaiyət olunmalıdır. Gecikmiş tender təklifləri qəbul edilməyəcəkdir. Tender təklifləri 27 iyul 2010-cu il yerli vaxtla saat 3.00-da açılışda iştirak etmək arzusunda olan iddiaçıların nümayəndələrinin iştirakı ilə açılacaqdır.
9. Potensial İddiaçıların nəzərinə: i) İddiaçılardan proqram təminatının etibarlı lisenziyalı olması, yaxud İddiaçı tərəfindən istehsal olunduğu barədə təsdiqedici sənədlər tələb olunacaq və ii) bu sahədə hər hansı pozuntular qanunsuz hesab olunacaq və iddiaçılar Dünya Bankının maliyyələşdirdiyi müqavilələrdə iştirak hüququndan məhrum ediləcək.
10. Ünvan aşağıdakı kimidir:
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi
İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Layihəsi
Üzeyir Hacıbəyov küçəsi, 40, Hökumət evi, 8-ci mərtəbə, Otaq 807.
Bakı Az1016, Azərbaycan Respublikası.
Tel/Faks: +994 12 497 13 01
E-mail: [email protected]; [email protected]{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.