Şriftin ölçüsü:
12.09.2012 10:44 | Oxunma sayı: 945
Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidənqurulması üzrə Agentlik (AYBA) Azərbaycan Respublikası büdcəsinin vəsaiti hesabına Ağstafa, Tovuz, Zaqatala, Oğuz, Goranboy və Göygöl şəhərlərinin çirkli sutəmizləyici qurğuları üçün avadanlıqların təchizatı və quraşdırılması məqsədilə 3 lotdan ibarət
AÇIQ TENDER KEÇİRİR
Lot 1: Ağstafa və Tovuz şəhərlərinin çirkli sutəmizləyici qurğuları üçün avadanlıqların təchizatı və quraşdırılması;
Lot 2: Zaqatala və Oğuz şəhərlərinin çirkli sutəmizləyici qurğuları üçün avadanlıqların təchizatı və quraşdırılması;
Lot 3: Goranboy və Göygöl şəhərlərinin çirkab sutəmizləyici qurğuları üçün avadanlıqların təchizatı və quraşdırılması.
Tenderin keçirilməsində əsas məqsəd yuxarıda qeyd olunan tender predmetləri üzrə nəzərdə tutulmuş mürəkkəb tipli və beynəlxalq standartlara tam cavab verən avadanlıqların
- təchizatı,
-quraşdırılması,
-işə salınması və sazlanması,
-quraşdırılacaq avadanlıqların bir il ərzində qüsursuz işinə zəmanət,
-obyektlərdə işləyəcək işçi personalın öyrədilməsi.
Ona görə bu işlərin aparılması məqsədilə yüksək texniki və maliyyə potensialına malik, peşəkar və səriştəsi olan podratçı təşkilatların seçilməsi zəruri hesab edilir.
Tenderdə Azərbaycan Respublikasının "Dövlət satınalmaları haqqında" Qanununun alqı-satqı şərtləri əsas tutulacaqdır.
Tender iştirakçıları öz texniki sənədlərini və maliyyə təkliflərini ayrı-ayrı, bağlı, möhürlənmiş zərflərdə, 2 nüsxədə təqdim etməlidirlər (əsli və surəti). Qiymətləndirmə zamanı maliyyə təklifləri açılmadan iddiaçıların əvvəlcədən texniki-ixtisas sənədləri yoxlanacaqdır. Meyarlara cavab verməyən təkliflər kənarlaşdırılacaqdır. Bu yoxlamanın ancaq müsbət nəticəsini qazanan iddiaçının maliyyə təklifləri açılacaqdır.
İddiaçılar hər üç lotda və yaxud bir lotda iştirak edə bilərlər. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıda göstərilən sənədləri təqdim etməli və meyarları tam əhatə etməlidirlər:
-iddiaçıların son 5 ildə çirkli sutəmizləyici qurğuların tikinti-quraşdırma işlərinin aparılmasında və vaxtında müvəffəqiyyətlə başa çatdırılmasında təcrübəsi olmalıdır.
-tikinti və təchizat işlərinin yerinə yetirilməsi üçün iddiaçının idarəetmə səriştəsi, lazımi texniki, maliyyə və professional imkanları olmalıdır;
-işlərin görülməsi üçün iddiaçının sərbəst vəsaitlərinin olması haqqında arayış (işlərin aparılması üçün iddiaçının ən azı ehtimal qiyməti həcmində sərbəst vəsaiti olmalıdır);
-son 3 ildə iddiaçının maliyyə dövriyyəsi obyektlərin tikintisi üzrə təklif etdiyi qiymətindən 5 dəfə çox olmalıdır (hər il üzrə) və bu haqda iddiaçı təsdiqedici sənədləri təqdim etməlidir (bank arayışı);
-iddiaçının ən azı 3 milyon manat məbləğində səlahiyyətli bankdan kredit almaq imkanı olmalıdır və bu imkan haqqında təsdiqedici sənəd təqdim edilməlidir;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub-olmaması barədə aidiyyatı orqanlardan rəsmi arayışlar;
- vergilər nazirliyi tərəfindən təsdiqlənmiş son ilin balans məlumatı;
- iddiaçıların təsis və qeydiyyat sənədlərinin surəti;
-iddiaçının son üç ildəki maliyyə vəziyyəti haqqında bank arayışları;
-iddiaçıların kredit borclarının olmaması haqqında bank arayışları;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanı tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (forma 1 və forma 2);
-iddiaçının lazımi qədər avadanlıqları, xüsusi mexanizmləri və özünün işçi qüvvəsinin tərkibində yüksək səviyyəli mütəxəssisləri olmalıdır;
- iddiaçının tenderə çıxarılmış işlərin aparılmasına müvafiq lisenziyası olmalıdır və həmin lisenziya tender təklifinə əlavə edilməlidir;
- tender təklifi ilə birgə tender qiymətinin 2% həcmində Azərbaycan Beynəlxalq Bankının tender zəmanəti təqdim edilməlidir. Xarici banklardan verilən zəmanətlər Azərbaycan Respublikası Beynəlxalq Bankının kontr-zəmanəti ilə təsdiqlənməlidir.
Bərpa Agentliyi tərəfindən əvvəlki illərdə Azərbaycan Respublikası şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üçün keçirilən tenderlərdə iddiaçıların axırıncı 3 ildə icra və bərpa etdikləri obyektlərin yüksək keyfiyyətlə və vaxtında istifadəyə verilməsi bir qayda olaraq nəzərə alınacaqdır.
Tenderdə iştirak edəcək yerli iddiaçılara təlimata uyğun miqdarda güzəşt veriləcəkdir.
Tender haqqında hərtərəfli məlumat almaq üçün iddiaçılar aşağıdakı ünvana müraciət edə bilərlər:
Azərbaycan Respublikası, Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 60, III mərtəbə. Əhməd Əhmədov - əməliyyatlar üzrə menecer. Tel. (99412)5617281; Faks: (99412) 5617098;
Tenderdə iştirak etmək üçün iddiaçılar yazılı sorğu və sənədlər toplusu üçün hər lot üzrə ayrılıqda geri qaytarılmayan 2000 manat məbləği Bərpa Agentliyinin hesabına: Azərbaycan Respublikası Beynəlxalq Bankı, ABB Premyer Müştəri xidməti, Kod 805045; VÖEN 9900001881; müxbir hesab: 0137010002944; S.W.İ.F.T. Kod: BİK: İBAZAZ 2X, Hesab №-si: 33304029449330720120, VÖEN 1400294891) köçürməlidirlər.
Möhürlənmiş zərflərdə tender təklifləri 10 oktyabr 2012-ci il yerli vaxtla saat 16.00-dək yuxarıda göstərilən ünvanda qəbul ediləcəkdir.
Tenderin açılması proseduru 11 oktyabr 2012-ci il saat 16.00-da Bərpa Agentliyində keçiriləcəkdir.
Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidənqurulması üzrə Agentliyin tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.