"Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 44.6 - 67.5 km və 67.5 - 91.04 km hissələrinin 4 zolaqlı yola genişləndirilməsi" Layihəsi

"Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 44.6 - 67.5 km və 67.5 - 91.04 km hissələrinin 4 zolaqlı yola genişləndirilməsi" Layihəsi
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Tikinti İşləri BYİB Borcu 7889AZ, BİA Kredit 4723 AZ Layihə ID: Azərbaycan Magistral Avtomobil yolu 3 layihəsi
Tenderin İlkin Seçim Mərhələsinə Dəvət
Azərbaycan Respublikasının Hökuməti Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından borc və Beynəlxalq İnkişaf Assosiasiyasından (Dünya Bankı) kredit almışdır. Həmin vəsaitin bir hissəsi aşağıdakı iki müqavilə çərçivəsində ödənişlər üçün istifadə ediləcəkdir.
Lot 1: AMAYL 3, CW 2011-1, "Bakı-Şamaxı-Muğanlı" avtomobil yolunun 44.6 - 67.5 km hissəsinin 4 zolaqlı yola genişləndirilməsi,
Lot 2: AMAYL 3, CW 2011-2, "Bakı-Şamaxı-Muğanlı" avtomobil yolunun 67.5 - 91.04 km hissəsinin 4 zolaqlı yola genişləndirilməsi
"Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti "Bakı-Şamaxı-Muğanlı" avtomobil yolunun 44.6 - 67.5 km və 67.5 - 91.04 km hissələrinin 4 zolaqlı yola genişləndirilməsi" Layihəsi üzrə iddiaçıları və ya firmaları ilkin seçim mərhələsinə dəvət edir:
Layihəyə Bakı və Şamaxı arası avtomobil yolunun təkmilləşdirilməsi məqsədilə uzunluğu 22.9 km və 23.5 km olan iki tikinti müqaviləsi daxildir. Bu yaxınlarda tikintisi başa çatdırılmış mövcud iki zolaqlı avtomobil yolu mövcud təhkim zolağı daxilində ayrıcı zolaqdan ibarət dörd zolaqlı avtomobil yoluna genişləndiriləcəkdir.
Tenderə dəvət isə 2012-ci ilin dekabr ayına nəzərdə tutulur.
Tenderin ilkin seçim mərhələsi Dünya Bankının təlimatlarında (BYİB Borcları və BİA Kreditləri) göstərilən prosedurlara uyğun aparılacaqdır və təlimatlarda qeyd olunan bütün iddiaçılar üçün açıqdır.
Maraq göstərən firmalar tenderin ilkin seçim mərhələsi sənədlərini yazılı müraciətnamə təqdim etməklə ingilis dilində olmaqla 150 AZN (yüz əlli) və ya bu məbləğə ekvivalent olan 190 ABŞ dolları məbləğində vəsaiti geri qaytarılmayan iştirak haqqı kimi "Azəryolservis" ASC - nin xəzinəsinə köçürməklə və nağd ödəməklə 7 sentyabr 2012-ci il tarixdən etibarən yerli vaxtla saat 10:00 - dan 17:00 - dək əldə edə bilərlər. Bank hesabı aşağıda göstərildiyi kimidir:
Azərbaycan Respublikası Beynəlxalq Bankının Nəqliyyat Filialı
SWİFT: İBAZAZ2X
Hesab Nömrəsi : 33306019449345490205 AZN 33316018409345490205 USD
İD Kodu : 9900013141
Firma tərəfindən lazımi tədbirlər görüldükdən sonra, tələb olunan sənədlər kuryer poçtu vasitəsilə də göndərilə bilər.
Tenderin ilkin seçim mərhələsi üzrə müraciət formaları 17 oktyabr 2012-ci il saat 17:00-dək aşağıda göstərilən ünvana təqdim olunmalıdır. Sifarişçi gec təqdim olunan sənədləri ləğv etmək və ya qəbul etməmək hüququna malikdir.
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC
Əlaqə saxlanılan şəxs: Adil Qocayev, LİQ-in Direktoru
Azərbaycan AZ 1010, Bakı, Üzeyir Hacıbəyov küçəsi 72/4
Tel: (+994 12) 493 00 45
Faks: (+994 12) 493 46 65
E-mail: [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında