Azərbaycan Respublikası Mərkəzi Bankının balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortasından ibarət olan birləşdirilmiş sığorta paketi proqramı üzrə TENDER ELANI

1. Azərbaycan Respublikası Mərkəzi Bankı balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortasından ibarət olan birləşdirilmiş sığorta paketi proqramı üzrə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq açıq tender keçirir.
Tender proseduru 2012-ci il 5 oktyabrda saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
2. İddiaçı qismində Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətinə lisenziyası olan (və həmin lisenziyasının 25 Oktyabr 2012-ci ildən ən azı 12 (on iki) ay ərzində mövcud olunması şərti ilə), yuxarıda göstərilən müvafiq sığorta növlərinin aparılması üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən rəsmi razılıq almış, müvafiq icbari sığorta növləri üzrə İcbari Sığorta Bürosunun İştirakçısı Sığortaçılarının Reyestrinə daxil edilmiş Sığorta Şirkəti çıxış edə bilər. İddiaçının kapitalı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 29 noyabr 2010-cu il tarixli Q-13 saylı Qərarına uyğun olaraq Sığortaçılar üçün tələb olunan 5 000 000.00 (beş milyon) manatdan az olmamalıdır.
3. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün ərizə;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;
- iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığın (lisenziyanın) və əmlakın, o cümlədən nağd pulun yanğından və digər risklərdən sığortalanmasına, habelə nəqliyyat vasitələrinin (CASCO) sığortasına dair müvafiq icra hakimiyyəti orqanının verdiyi razılığın surəti;
- təkrarsığorta xarici təkrarsığorta şirkəti tərəfindən həyata keçirildikdə xarici təkrarsığorta şirkətinin Maliyyə Nazirliyinin müvafiq reyestrinə daxil edilməsi barədə məlumat (təkrarsığorta xarici sığorta brokeri vasitəsilə həyata keçirildikdə də təqdim edilməlidir);
- Əsas şərtlər toplusunda müəyyən edilmiş reytinqə malik olan Təkrar Sığortaçılar tərəfindən riskin yerləşdirilməsini təsdiq edən, imzalanmış və möhürlənmiş təkrarsığorta şəhadətnamələri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- iki nüsxə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi 21 noyabr 2012-ci ilədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) faiz məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada və 07 yanvar 2013-cü ilədək qüvvədə olması şərti ilə);
- son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- son uç maliyyə ili, yəni 2009-cu, 2010-cu və 2011-ci illər üzrə, eyni zamanda 2012-ci ilin rüblük Maliyyə Hesabatları və Auditor
Hesabatlarının surətləri;
- 2012-ci il üzrə son iki rüb ərzində Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunan Sığortaçının öz vəsaitlərinin, həmçinin sığorta ehtiyatlarını təmin edən vəsaitlərin investisiyaya yönəldilməsi və məcmu kapital haqqında hesabat (6 saylı forma);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması barədə vergi orqanından arayış;
- tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan məlumat.
3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 2012-ci il 04 oktyabr saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 2012-ci il 26 sentyabr saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 32 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.
4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 200 (iki yüz) manat məbləğində vəsait köçürməlidir:
h/h: 0145010009944
kod: 501004
m/h: 0148010001944
VÖEN: 9900071001
Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti.
5. Xidmətin göstərilməsinə 25 oktyabr 2012-ci ildən başlanılır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərilməsinə 25 yanvar 2013-cü ildən başlanılır.
6. Xidmətin göstərilməsi müddəti: 12 ay.
7. Təkliflər aşağıdakı amillər əsasında qiymətləndiriləcəkdir: qiymət, təklif olunan xidmətlər paketi üzrə sığorta şərtləri, franşiza məbləği, təkrar sığortaçıların reytinqi.
8. Tenderdə iştirak etmək istəyən sığorta şirkətləri iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 32 ünvanında yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin Əsas şərtlər toplusunu əldə edə bilərlər. Əlaqələndirici şəxs: Əfqan Baxışov (Hüquq departamentinin əməkdaşı). Telefon: 493-11-22 (482).

{nl}

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında