Srebrenitsa soyqırımının təşkilatçılarından daha birinə ömürlük həbs cəzası tələb edilir

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Məhkəməsinin prokurorları Serbiya Respublikası ordusunun sabiq generalı Zdravko Tolimirə qarşı ömürlük həbs cəzası kəsilməsini tələb ediblər. Bu barədə "Frans Press" agentliyi xəbər yayıb. 
İttiham tərəfinin fikrincə, Tolimir ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş Yuqoslaviya ərazisində serblər və Bosniya müsəlmanları arasında baş vermiş münaqişə dövründə soyqırımı törətməkdə, hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərdə məsuliyyət daşıyır. Prokurorlar hesab edirlər ki, serb ordusunun sabiq rəhbəri və hazırda Beynəlxalq Haaqa Məhkəməsi tərəfindən ittiham olunan Ratko Mladiçin müavinlərindən olmuş general Tolimir 1995-ci ildə Srebrenitsanın müsəlman əhalisinin qırğınında birbaşa iştirak edib.
Tolimirə ömürlük həbs cəzası tələb edən prokurorlar fikirlərini belə əsaslandırıblar ki, general "Allah və qanun qarşısında borcu bu hərəkətləri etməmək olduğu halda, könüllü şəkildə Mladiçin ardınca gedib". "Mladiçi bütün qanunlardan üstün tutaraq Tolimir özünün insanlığını itirib", - deyə ittihamçılar qeyd ediblər.
Əlavə olaraq bildirək ki, beynəlxalq səviyyəli cani Zdravko Tolimir 2007-ci ildə Bosniyada həbs edilib. Onun üzərində 2010-cu ildən etibarən başlanan məhkəmə prosesi müttəhimin səhhətinin pisləşməsi ilə əlaqədar dəfələrlə təxirə salınıb. Dünyada Srebrenitsa soyqırımı kimi məşhur olan hadisə isə 1995-ci ilin yayında baş verib. O zaman Ratko Mladiçin tabeliyində olan Serbiya Respublikasının ordusu əvvəlcədən təhlükəsizlik zonası elan olunmuş və əhalisinin əsas hissəsi müsəlmanlardan ibarət olan yaşayış məntəqəsini ələ keçirib. Bundan sonra isə serb hərbçiləri, bütün dünyada qəbul olunmuş versiyaya görə, anklavın uşaq və qocalar da daxil olmaqla bütün kişi əhalisini məhv ediblər.
Srebrenitsada baş vermiş insanlıq əleyhinə hərbi cinayət dünya ictimaiyyəti tərəfindən keçmiş Yuqoslaviya ərazisində törədilmiş vətəndaş müharibəsinin ən qanlı epizodlarından biri hesab olunur. 2007-ci ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal bu hadisəni soyqırım, (genosid) kimi qəbul edib.
Tolimirin hərbi rəhbəri olmuş, 1996-cı ildən beynəlxalq ədalət məhkəməsindən qaçıb gizlənən Serb Respublikası ordusunun komandanı Ratko Mladiç isə 2011-ci ilin mayında Serbiyada həbs edilərək Haaqadakı Beynəlxalq Məhkəməyə ekstradisiya edilib. Hazırda onun üzərində məhkəmə prosesi davam edir. Ona qarşı soyqırıma, hərbi cinayətlərə və insanlıq əleyhinə cinayətlərə rəhbərlik etmək kimi on bir ittiham irəli sürülüb.

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında