Tarix: 16 avqust, 2012-ci il Borc No. və Adı: Borc 2881-AZE: Yol Şəbəkəsinin İnkişaf Proqramı, Tranş 3.

Tarix: 16 avqust, 2012-ci il
Borc No. və Adı: Borc 2881-AZE: Yol Şəbəkəsinin İnkişaf Proqramı, Tranş 3.
Müqavilənin Nömrəsi və Adı: 01/2012/2881 AZE, Masallı-Astara Avtomobil yolu, Hissə B (km 22.15 - km 41.50)
Tender təkliflərinin təqdim edilməsinin yekun tarixi: 11 oktyabr, 2012-ci il saat 17:00 (yerli vaxt)
1. Azərbaycan Hökuməti Yol Şəbəkəsinin İnkişaf Proqramı çərçivəsində Masallı-Astara Avtomobil yolu Layihəsinin icrası məqsədilə Asiya İnkişaf Bankından (AİB) borc almışdır. Bu borcun bir hissəsi yuxarıda adı çəkilən müqavilə çərçivəsində ödənişlər üçün istifadə ediləcəkdir. Tender AİB-in iştirak hüququna malik ölkələrindən olan iddiaçılar üçün açıqdır.
2. "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti (sifarişçi) Masallı-Astara Avtomobil yolunun B Hissəsinin (22.15 km - 41.50 km) tikintisi və başa çatdırılması üçün nəzərdə tutulan ixtisas meyarlarına cavab verən iddiaçıları möhürlənmiş tender təkliflərini təqdim etməyə dəvət edir:
Bu tikinti işləri müqaviləsinə yeni yol oxu üzrə 19.35 km uzunluğunda iki hərəkət hissəli avtomobil yolunun, müxtəlif səviyyəli 2 yol kəsişməsinin, 10 körpünün, drenaj qurğularının (dairəvi və düzbucaqlı suötürücü borular), piyadalar üçün 2 yol ötürücüsünün, 4 istirahət ərazisinin, yol avadanlıqlarının tikintisi işləri daxildir. (işlər).
3. İddiaçılar tikinti işləri üzrə tender təkliflərini bu şərtlə təqdim edə bilərlər ki, onlar müvafiq ixtisas meyarlarına cavab versin və müqaviləni qənaətbəxş səviyyədə icra edə bilsin.
4. Tender prosesi tender sənədlərində göstərilən aşağıdakı meyarlara cavab verən bütün iddiaçılar üçün açıqdır:
I. Son 3 il üzrə 100 milyon ABŞ dolları dəyərində illik minimal tikinti dövriyyəsi;
II. 20 milyon ABŞ dolları dəyərində maliyyə vəsaitlərinin axınına dair tələblərə cavab verməklə satıla bilən aktivlər, vergidən azad maddi aktivlər, kredit xəttləri və digər maliyyə resurslarına malik olmaq.
III. Nəzərdə tutulan işlərə oxşar olaraq iddiaçının cəlb edildiyi hər bir layihənin dəyəri minimum 80 milyon ABŞ dolları olan son beş ildə uğurla və ya qənaətbəxş səviyyədə yerinə yetirdiyi ən azı iki müqavilə üzrə podratçı, icraçı podratçı və ya subpodratçı qismində iştirak.
IV. Son beş ilin istənilən hər bir il üzrə aşağıdakı əsas fəaliyyətlər sahəsində minimal tikinti təcrübəsi:
a. ən azı illik 1,100,000 m3 üzrə torpaq yatağının tikintisi;
b. ən azı illik 7,000 m2 körpü döşəməsi ərazisi ilə yanaşı çox aşırımlı körpünün tikintisi;
c. ən azı illik 140,000 m3 dənəvər yol geyimi materialının qoyulması;
d. ən azı illik 85,000 m3 asfaltın qoyulması.
5. Beynəlxalq rəqabətli tender AİB-in Tək Mərhələli Yeganə Zərf üzrə tender proseduruna müvafiq keçiriləcək və iştirak hüququna malik ölkələrdən olan bütün iddiaçılar üçün açıqdır.
6. Tender sənədlərinə dair əlavə məlumat əldə etmək və onların yoxlanışı məqsədilə maraqlanan iddiaçılar bütün iş günü ərzində saat 10:00-dan 16:00-a qədər aşağıda qeyd olunan ünvanla əlaqə saxlaya bilərlər:
Cənab Cavid Qurbanov - Sədr
Əlaqə saxlanılan şəxs: Cənab Adil Qocayev
Ünvan: Üzeyir Hacıbəyov küçəsi 72/4
Telefon: 994 12 493 00 45
Faks: 994 12 493 46 65
Email: [email protected]
7. Maraqlanan iddiaçılar Masallı-Astara avtomobil yolunun B hissəsi üzrə tender sənədlərini yazılı müraciətnamə təqdim etməklə ingilis dilində olmaqla 200 AZN (iki yüz) və ya bu məbləğə ekvivalent olan 250 (iki yüz əlli) ABŞ dolları məbləğində vəsaiti geri qaytarılmayan iştirak haqqı kimi "Azəryolservis" ASC- nin xəzinəsinə köçürməklə və nağd ödəməklə əldə edə bilərlər. Bank hesabı aşağıda göstərildiyi kimidir:
Azərbaycan Respublikası
Beynəlxalq Bankın Nəqliyyat Filialı
SWİFT: İBAZAZ2X
Hesab nömrəsi:
33306019449345490205 AZN
33316018409345490205 USD
İD kodu : 9900013141
8. AYS tender təkliflərinin hazırlanması və ya çatdırılması ilə əlaqədar iddiaçıların xərcləri üçün cavabdehlik daşımır.
9. Tender təklifləri 11 oktyabr 2012-ci il saat 17:00-dək yuxarıda göstərilən ünvana 1.0 milyon AZN və ya bu məbləğə ekvivalent olan sərbəst köçürülə bilən valyutada tender zəmanəti ilə birgə təqdim olunmalıdır.Gec təqdim edilmiş təkliflər ləğv ediləcəkdir. Tender təklifləri iddiaçıların iştirakı ilə 11 oktyabr 2012-ci il saat 17:00-a kimi açılacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında